Yoxsulluq, yoxsul - 1) gəlirləri olmayan müavinət və ya sədəqələr hesabına yaşayan insan və ya sosial-demoqrafik qrup; 2) yaşayış səviyyələri yaşayış minimumundan aşağı olan insan və insanlar qrupunun vəziyyəti.
Həyat tərzi – cəmiyyət, sosial qrup və şəxsin onların həyat şərtləri ilə müəyyənləşən həyat fəaliyyəti növlərinin sistemi.
İctimai yardım – ehtiyacı olan əhaliyə yardım göstərilməsi üçün XIX əsrdə dövlət qurumları və ya cəmiyyət tərəfindən təşkil edilən sistem.
Qəyyumluq - 1) vətəndaşların şəxsi və əmlak maraqlarının müdafiəsinin sosial-hüquqi formalarından biri; 2) üzərinə qayğı, qəyyumluq və müşahidə öhdəlikləri qoyulan şəxslər və təşkilatlar.
Təqaüd – ailə başçısını, əmək qabiliyyətini itirən zaman qocalığa görə ictimai istehlak fondlarından vətəndaşların aldığı pul təminatı.