Sosial iş üzrə mütəxəssislərin hazırlanması – sosial iş sahəsində mütəxəssislərin peşəkar təliminin forma və səviyyələri.
Yaşlılar - nisbətən çox ömür sürmüş və bunun nəticəsində xəstəliyin olub-olmamasından asılı olmayaraq, müəyyən psixoloji-fiziki məhdudiyyətlər məruz qalan insanlar, bəzi hallarda onlar funksional olaraq, fəaliyyət qabiliyyətinə malik deyildirlər və ya onlara kənardan kömək göstərilməsi lazımdır.
Müavinət - vətəndaşların maddi təminat formalarından biri (işsizliyə görə müavinət, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət).
Himayə etmə - XVII əsrdə yaranan və aşağıdakı mənalara malik anlayış: xeyirxah münasibət, iltifat, himayə, göz yetirmə, qoruma, qayğı, qəyyumluq, rahatlıq.