Sosial adaptasiya - fərdi sosial mühitin şərtlərinə aktiv surətdə uyğunlaşması prosesi; çətin həyati vəziyyətə düşən vətəndaşların həyat fəaliyyəti mühitinə uyğunlaşması;
Sosial müdafiə - 1) optimal həyat şərtlərinin təqdim edilməsi, tələbatların ödənilməsi, həyat fəaliyyətinin dəstəklənməsi, şəxsiyyətin, müxtəlif sosial qrupların fəaliyyət göstərməsini təmin edən dövlət tərəfindən müəyyən edilən zəmanətlər, tədbirlər, müəssisələr sistemi; 2) vətəndaşların normal həyatında xəstəlik, işsizlik, qocalıq, əlillik, ailə başçısının vəfatı kimi risk vəziyyətlərinə qarşı yönələn dövlət və cəmiyyətin tədbirlər, fəaliyyət, vasitələr toplusu; 3) əhalinin sosial baxımdan müdafiəsiz, zəif qruplarının maddi dəstəyinin minimum səviyyəsinin dövlət tərəfindən təmin edilməsi üzrə sosial-iqtisadi və hüquqi xarakterli dövlət tədbirləri kompleksi.
Sosial dəstək - əhalinin müvəqqəti olaraq çətin həyati vəziyyətə düşən əmək qabiliyyətli ayrı-ayrı qruplarına pul vəsaitlərinin, kreditlərin, informasiyanın, təhsil imkanlarının və digər güzəştlərin təqdim edilməsi.
Sosial siyasət - cəmiyyətin sosial sahəsinin inkişaf etdirilməsi və idarə edilməsi üzrə dövlətin fəaliyyəti.
Sosial yardım - əhalinin an az müdafiə olunan qrupları üçün dövlət hamiliyi sistemi. Əsas növləri: maddi, maliyyə, təqaüd, protez-ortopedik, kredit.
Sosial təminat – yaşlılıq, əlillik, xəstəlik, ailə başçısının vəfatı zamanı və digər hallarda vətəndaşların maddi təminatı üzrə dövlət və ictimai tədbirlər sistemi; ehtiyacı olanlara yardım və dəstək göstərilməsinin ictimai yardımı əvəz edən tarixi paradiqması.
Sosial iş – insanlara, sosial qruplara müdafiə, dəstək, reabilitasiya vasitəsilə şəxsi və sosial çətinliklərin aradan qaldırılmasında yardım etməyi qarşısına məqsəd qoyan peşəkar fəaliyyət.