Yaşayış minimumu - iş qabiliyyətinin normal bərpası və şəxsin inkişafı üçün lazım olan minimum vəsait. Vacib maddi nemətlərin xidmətlərin minimum mümkün səviyyədə istifadəsinin həcm və strukturunun göstəricisi, böyüklərin aktiv fiziki vəziyyəti, uşaq və yeniyetmələrin fiziki və sosial inkişafı.
Peşəkar dilənçilər - öz sağlamlıq vəziyyətlərinə görə işləyə bilməyən, ancaq bu və ya digər şəkildə sədəqə dilənməyi məslək halına gətirən insanlar.
İş evləri - peşəkar dilənçilərin əmək tərbiyəsinin məcburi qaydada həyata keçirildiyi ictimai himayə təşkilatları.
Redistribusiya - icma üzvləri tərəfindən istehsal edilən izafi məhsulun bir hissəsinin müxtəlif ictimai ehtiyaclar üçün rəhbərlərin sərəncamına verilməsi.
Resiprokasiya - qarşılıqlı yardım, bəxşiş və xidmətlərin qarşılıqlı mübadiləsi
Ailə - üzvləri birgə yaşayış və ev təsərrüfatının aparılması, emosional həyat, bir birinə münasibətdə qarşılıqlı öhdəliklərlə birləşən nikah və hüquqi qohumluğa əsaslanan kiçik qrup.