Əməkdaşlıqla (kollektiv) təlim texnologiyası – bu təlim
texnologiyasında əsas ideya nəyisə birlikdə yerinə yetirmək yox,
birlikdə öyrənməkdir. Kollektiv təlim texnologiyası XX sərin 80-
cı illərindən ABŞ və İsrail pedaqoqları Ravin və onun şagirdləri
tərəfindən işlənmişdir. Bu kollektiv qarşılıqlı təlim texnologi-
yasının aşağıdakı üstünlükləri vardır:
1) Müntəzəm şəkildə təkrar olunan çalışmalar nəticəsində
şagirdlərdə məntiqi təfəkkür və anlama vərdişləri təkmilləşir
13
2) Şifahi nitq prosesində və görülmüş işlərin müzakirəsi
zamanı şagirdlərin fikri fəaliyyət vərdişləri inkişaf edir, əvvəllər
qazandığı təcrübə və bilikləri aktuallaşır
3) Qruplarda işləyən hər bir uşaq özünü sərbəst hiss edir,
təlim tapşırıqlarını özünəməxsus tempdə yerinə yetirir
4) Uşaq həm öz işinin, həm də kollektivin işinin nəticəsi
üçün məsuliyyət daşıyır
5) Uşaqda öz şəxsi keyfiyyətlərini, imkan və qabiliy-
yətlərini qiymətləndirmək bacarığı formalaşır
6) Bu informasiyanın bir neçə müxtəlif tərəfdaşla müza-
kirəsi assosiativ əlaqənin miqdarını çoxaldır. Bununla da mənim-
səmə daha da möhkəmlənir.
Bu metodda qrupun
əsas üzvləri mövzu üzərində
yoldaşları ilə əlaqəli şəkildə işləyirlər. Birlikdə qarşıya qoyulmuş
məqsədə nail olmağa çalışırlar. Tapşırıqlar, onların yerinə
yetirilməsi üçün ayrılan vaxt müxtəlif olur. Komandalar bir-birilə
yarışmırlar, onlar müxtəlif müddətdə müxtəlif tapşırıqlara cavab
hazırlayırlar. Hər bir qrupun müvəffəqiyyəti onun üzvlərinin fərdi
məsuliyyəti və çalışqanlığı ilə bağlıdır. Buna görə də qrupun bü-
tün üzvləri çalışırlar ki, verilən tapşırığı, materialları yaxşı mə-
nimsəyə bilsinlər. Kollektivlə iş zamanı müəllimin əsas vəzifəsi
uşaqları bilməməkdə, bacarmamaqda günahlandırmaq və bunları
sinifdə elan etmək deyil, onları bilmədiklərini və bacarmadıqlarını
öyrənməyə, istiqamətləndirməyə yol göstərməkdir. Onların fəa-
liyyəti müddətində müəllim uşaqların gördükləri işləri izləməli,
lazım gəldikdə ehtiyacı olan qrupa kömək etməlidir. Müəllim öz
köməkliyini xeyirxahlıqla, sakit tərzdə etməli və bunu qrupda
müzakirə aparan uşaqlara təlqin etməlidir. Əgər qrup verilən
tapşırığın öhdəsindən gələ bilmirsə bunun 2 səbəbi var:
I. tapşırıq həddən artıq çətin və mürəkkəbdir;
II.tapşırığı əldə etmək üçün uşaqlarda möhkəm praktik
vərdişlər yaranmayıb.
Bütün bu hallarda müəllimin pedaqoji ustalığınıın artırıl-
ması istiqamətində iş aparılmalıdır.
14
Layihələr metodu ilə təlim texnologiyası – Layihələr
metodu XX əsrin 20-ci illərindən ABŞ-da Con Djui və onun
şagirdi Kill Patrin tərəfindən işlənmişdir. Bu metodla fəal təlim
əsas şagirdin məqsədəuyğun fəaliyyəti ilə onun şəxsi maraqlarına
uyğun qurulmuşdur. Metodun əsas mahiyyəti uşaqların əldə
etdikləri biliklərin həyatda onlara lazım olmağını göstərməkdir.
Tədris prosesində şagirdə tanış olmayan, onun üçün əhəmiyyət
daşıyan, real həyatdan götürülmüş ən vacib problemin həllinə,
onun malik olduğu və əldə edəcəyi biliklərdən istifadə etmək
öyrədilir. Müəllim yeni informasiyaların alınma mənbəyini gös-
tərə bilir və bu informasiyadan necə axtarmağın mümkün oldu-
ğunu deyə bilir, uşağı istiqamətləndirə bilir. Layihələr meto-
dundan uşaqlar fərdi, cütlər və qrup şəklində müəyyən vaxt
ərzində müstəqil fəaliyyət göstərməyə, həmişə hansısa bir prob-
lemi həll etməyə yönəlir. Problemin həllində müxtəlif təlim
metodları və vasitələri tətbiq edilməklə yanaşı, həm də müxtəlif
elm, texnika sahəsində sınaqdan çıxmış biliklərdən interaktiv
şəkildə istifadə etməsi nəzərdə tutulur.
Müasir pedaqoji texnologiyaların bünövrəsi kimi layihələr
metodu-müxtəlif təlim vasitələri və informasiya texnologiyaların-
dan istifadə etməklə reallaşır. Burada həm müasir (kompüter
telekommunikasiyaları, elektron baza göstəriciləri, video və
multimedia vasitələri, faks, video rabitə), həm də ənənəvi (elm və
məlumat kitabları, video yazıları və b.) tədris vasitələrindən
istifadə edilə bilər. Həmçinin layihələr metodu bir kompleks
problem üzrə yerinə yetirilir.
Modulla təlim texnologiyası – Təlimdə şəxsiyyətyö-
nümlü konsepsiyanın reallaşdırılması, inkişafetdirici pedaqoji
texnologiyaların layihələşməsi və praktikada tətbiqi onların
müxtəlif şəraitdə, müxtəlif mövzular üzrə sınaqdan çıxarılmasını,
bu sahədə pedaqoji təcrübənin öyrənilməsini tələb edir.
Məktəblərdə tətbiqinə geniş maraq göstərilən yeni peda-
qoji texnologiyalardan biri də modulla təlim texnologiyasıdır.
Təlimin modul texnologiyası dedikdə, uşaqların müstəqil olaraq
15
dərsdə və dərsdənkənar vaxtlarda modullu iş prosesində konkret
təlim məqsədlərinə nail olması başa düşülür.
Görkəmli tədqiqatçı alimlərdən A.Mehrabov, Ə.Ağayev,
Ə.Abbasov, Z.Zeynalov, R.Həsənov və b. texnoloji yanaşmanın
strukturunu şaquli və üfuqi olmaqla iki yerə bölürlər. Belə
texnoloji yanaşmanın şaquli strukturunda bir-birilə əlaqəli – meta,
makro, mezo və mikrotexnologiyaları ayırmaq lazımdır.
Matetexnologiya – sosial pedaqoji səviyyədə təhsil sahə-
sində sosial siyasəti həyata keçirməyə imkan verən ümum-
pedaqoji (ümumdidaktik, ümumtərbiyə) texnologiyadır.
Makrotexnologiya və ya təhsil sahələri üzrə texnologiya
hər hansı təhsil sahəsini təlim-tərbiyə prosesinin müəyyən
istiqamətini, ümumpedaqoji və ümummetodiki səviyyədə fənnin
tədrisi ilə bağlı fəaliyyət sahələrini əhatə edir.
Mezotexnologiya və ya lokal modul texnologiya təlim-
tərbiyə prosesinin ayrı-ayrı hissələri (modulları), xüsusi, didaktik,
metodik və ya tərbiyənin müəyyən bir problem sahəsi ilə bağlı
məsələləri həll etmək üçün tətbiq olunan texnologiyadır.
Mikrotexnologiya – pedaqoji prosesin subyektləri arasın-
dakı operativ məsələlərin, qarşılıqlı əlaqələrin, yazı vərdişlərinin
həlli ilə bağlı texnologiyadır. Belə texnologiyalara misal olaraq
yazı vərdişlərinin formalaşdırılması, subyektin (şəxsiyyətin, tədris
prosesinin iştirakçılarının) şəxsi keyfiyyətlərinin korreksiyası
üçün treninqlərin təşkili ilə bağlı texnologiyaları göstərmək olar.
(Bax: A.Mehrabov, Ə.Abbasov, Z.Zeynalov, R.Həsənov. Peda-
qoji texnologiyalar. Bakı-2006, səh. 11)
ƏDƏBİYYAT
1. Ağayev Ə. Təlim prosesi: Ənənə və müasirlik. Bakı, 2006.
2. Qaralov Z. Tərbiyə (prinsiplər, məzmun, metodika), I, II,
III cild. Bakı, 2003.
3. Mərdanov M. Azərbaycan təhsil sistemi: real vəziyyət,
problemlər və islahat istiqamətləri. Bakı, 2005.
16
4. Mehrabov A., Abbasov Ə., Zeynalov Z., Həsənov R.
Pedaqoji texnologiyalar. Bakı, 2006.
5. Nəzərov A., Məmmədov R. Pedaqoji ustalıq. Dərs vəsaiti.
Bakı, 2008.
6. Nəzərov A., Mollayeva E. Müasir dövrün təhsil
problemləri. Dərs vəsaiti. Bakı, 2011.
7. Təhsil sahəsində Azərbaycan Respublikasının İslahat
proqramı (1998 – 2004). I kitab, Bakı, 2005, I cild.
8. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu.
Bakı, 2009.
17
III MÖVZU
TƏLİM TEXNOLOGİYASININ STRUKTUR VƏ
FUNKSİONAL KOMPONENTLƏRİ
PLAN:
1
Praktik mənada texnologiya dedikdə nə başa
düşülür
2
Təlim
texnologiyalarını
təşkil
edən
başlıca
əlamətlər
3
Pedaqoji texnologiyaların təsnifatı
4
Pedaqoji sistemin təkmilləşdirilməsinin yolları
5
İdarəetmədə böyük dəyişikliyin baş verməsinin
səbəbi
6
Pedaqoji texnologiyaların təkmilləşdirici funksiyası
7
Tədris prosesində
pedaqoji texnologiyalardan
istifadənin yolları
Praktik mənada pedaqoji texnologiya dedikdə, həm də
qarşıya qoyulmuş məqsədə uyğun olaraq bilik, bacarıq, vərdiş və
münasibətləri formalaşdırmaq və onlara nəzarəti həyata keçirmək
üçün əməliyyatlar kompleksi başa düşülür.
Pedaqoji texnologiyada müəllimin fəaliyyətini aşağıdakı
funksional komponentlərə ayırmaq olar:
1) Qnostik (idraki) komponent
2) Layihələşdirici komponent
3) Konstruktiv komponent
4) Təşkilatçılıq komponenti
5) Kommunikativ (ünsiyyət) komponent
Beləliklə, müəllimin təlim texnologiyalarını aşağıdakı
əməliyyatlar təşkil edir:
I.
Bilikləri toplamaq üçün (əldə etmək) əməliyyatlar
II. Təlimin və təhsil-tərbiyənin məqsədlərini layihələş-
dirmək üçün əməliyyatlar
III. Təlim və təhsil-tərbiyə prosesini təşkil etmək üçün
əməliyyatlar
18
IV.
Bilikləri şagirdlərə öyrətmək üçün əməliyyatlar
Qnostik komponentə daxildir: təlim, təhsil-tərbiyənin
məqsədləri, tədris etdiyi fənnin məzmunu barədə biliklər, şagird-
ləri öyrənmək, təlim prinsiplərini və texnologiyalarını öyrənmək,
öyrədici və tərbiyəedici məşğələlər keçirmək və s.
Layihələşdirici komponent. Uzaq məqsədləri (pespek-
tivləri), əməliyyatları, vasitələri özündə birləşdirir; layihələşdirmə
cinsi fərqlər nəzərə almaqla həyata keçirilməlidir
Konstruktiv komponent. Qarşıdakı məşğələni hazırla-
maq üçün əməliyyatlar komplektini nəzərdə tutur
Təşkilatçılıq komponenti. Məşğələləri hazırlamaq və
keçirmək üçün əməliyyatlar komplektini nəzərdə tutur
Kommunikativ komponent. Şagirdlərlə qarşılıqlı ünsiy-
yət prosesi zamanı fəaliyyət üçün əməliyyatlar komplektini
özündə birləşdirir.
Son iki komponent (kommunikativ və
təşkilatçılıq
komponentləri) bir-biri ilə sıx əlaqədədirlər.
Texnologiyaların müxtəlif təsnifatları var. Onlardan ikisi –
pedaqoji və psixoloji texnologiyalar xüsusilə qeyd edilməlidir.
Pedaqoji texnologiyalarda əməliyyatlar və hərəkətlər fiziki cəhət-
dən hiss olunur. Psixoloji texnologiyalar gizli xarakter daşıyır.
Bu, konkret insanın psixikasında baş verən əməliyyatlar və
hərəkətlərdir. Amma pedaqoji və psixoloji texnologiyalar arasın-
da dəqiq sərhəddi müəyyənləşdirmək olduqca çətindir.
Pedaqoji texnologiyalar aşağıdakı kimi təsnif oluna bilər:
1) Təlim texnologiyası
2) Tərbiyə texnologiyası
3) İnkişaf texnologiyası
4) Diaqnostika texnologiyası
Təlim texnologiyası dedikdə, bilik, bacarıq və vərdişləri
formalaşdırmaq üçün əməliyyatlar komplekti başa düşülür.
Tərbiyə texnologiyası dedikdə, nisbi, sabit və müntəzəm
olaraq ümumiləşən münasibətlərin, məqsədyönlü formalaşdırıl-
ması üçün əməliyyatlar komplekti başa düşülür.
19
İnkişaf texnologiyası təlim və təhsil-tərbiyə texnologiyası
ilə əlaqədardır. Psixi inkişaf dedikdə, əqli bacarıqların forma-
laşdırılması, insan psixikasında hər hansı əməliyyatların (çıxarıl-
ması) çoxalması nəzərdə tutulur.
Beləliklə, bacarıqların formalaşması harada baş verirsə
orada da psixi inkişaf müşahidə olunur.
Fiziki inkişaf zamanı fiziki bacarıqlar nəticə kimi özünü
göstərir.
Diaqnostika texnologiyası pedaqoqların və ya psixoloq-
ların uşağın məktəbə hazırlığını diaqnostlaşdırmasıdır
Pedaqoji texnologiyaların psixi materialı vardır. Məsələn,
təlim prosesində predmetlərin və hadisələrin psixi obrazları
biliklərin psixi materialı hesab olunur. 12 növ analizatorun beyinə
gətirdiyi informasiya orada 12 növ obraz yaradır. Deməli, biliklər
şagirdlərin psixikasında formalaşmış obrazlardır.
Əgər biliklərin psixi materialı obyektlərin və ya hadisə-
lərin obrazlarıdırsa, inkişafın psixi materialı psixi əməliyyatlardır.
Bu əməliyyatlar psixi proseslərdə həyata keçirilir. Şagirdlərin
psixi inkişafı psixi proseslərdə yeni psixi əməliyyatların for-
malaşdırılmasını nəzərdə tutur.
Münasibətlər təhsil-tərbiyənin psixi materialını təşkil edir.
Münasibətlərin tərbiyə prosesinin materialı olması üçün onlar
aşağıdakı göstəricilər üzrə ölçülməlidir: həcminə görə; anlaşılan
olmasına görə; sabit və müntəzəm olmasına görə; ümumiləşdirici
olmasına görə; oyadıcı qüvvə olmasına görə.
Münasibətlər insanın davranışında təzahür edəndə, o idarə
olunanda tərbiyə prosesinin nəticəsi hesab olunur.
Cəmiyyət inkişaf etdikcə hər sahədə olduğu kimi pedaqoji
sahədə də yeni-yeni tələblər irəli sürülür. Bu isə pedaqoji prosesin
təkmilləşməsi, yeni məzmun, forma və metodlar tətbiq etməyi
zəruri edir.
Pedaqoji sistemin təkmilləşməsi iki yolla həyata keçirilir:
1. İntensiv yol
2. Ekstensiv yol
20
İntensiv yol pedaqoji sistemin daxili ehtiyatlarını işə sal-
maqla bağlıdır. Məsələn, yeni metodlar tətbiq etməklə şagirdlərə
müstəqil iş bacarıqları aşılanmaqla onları özünütəhsilə cəlb etmək
intensiv yoldur.
Ekstensiv yol pedaqoji prosesə əlavə vaxt və vəsait cəlb
olunmasını nəzərdə tutur. Məsələn, gənc nəslə möhkəm bilik
vermək üçün təlim müddətini uzatmaq, proqramları genişlən-
dirmək olar. Bu ekstensiv yoldur. Halbuki bunsuz da məqsədə
nail olmaq mümkündür.
Pedaqoji prosesdə yeniliklərin miqyası müxtəlif ola bilər.
Müəyyən bir metodu, formanı təkmilləşdirmək, yeni iş texno-
logiyalarını tətbiq etmək, yaxud təhsil-tərbiyə sistemini yeniləş-
dirmək.
Respublikada hazırda islahatlar aparılır. Təhsilin maddi
bazası, təhsil və tərbiyə işinin məzmununda, metodikasında,
müəllim-şagird münasibətlərində, idarə etmədə böyük dəyişiklik
baş verir. Azərbaycanda milli dövlət quruculuğunun başlanması
ilə pedaqoji nəzəriyyə və praktikada əvvəllər bərqərar olmuş
stereotiplərin köhnəldiyi dərk edildi. Yeni pedaqoji konsepsiyalar,
nəzəriyyələr irəli sürüldü. Yeni pedaqoji təfəkkür, milli qaynaqlar
və ümumbəşəri dəyərlər zəmində yaranan məktəbin inkişafında
təsir edə biləcək konsepsiyalar, nəzəriyyələr meydana çıxdı.
Şagirdin bir şəxsiyyət kimi formalaşması təhsil sisteminin
əsas vəzifəsi hesab olunur. Bu köklü vəzifənin həyata keçirilməsi
üçün təhsilin, təlimin inkişafetdirici, tərbiyəedici, diaqnostik
funksiyaların genişlənməsi ön plana çəkildi.
Pedaqogikanın metodoloji problemlərinə, strukturlarına
dair yeni ideyalar, fikirlər, yanaşmalar formalaşdı. Bu dövrdə
təlim və tərbiyə nəzəriyyəsində ciddi dəyişiklik baş verdi. İde-
yalar dəyişdi. Elmi pedaqogikanın qarşısında duran ən aktual
problemlərdən biri ahəngdar şəxsiyyətin formalaşması məsə-
ləsidir.
Məlum olduğu kimi zaman-zaman bu barədə müxtəlif
fikirlər və fərqli nəzəriyyələr yaranmışdır. Təlimin əsas məqsədi
şagirdlərin şüurunda dünyanın düzgün mənzərəsini yaratmaq,
21
onların intellektual inkişafını və tərbiyəsini təmin etməkdən
ibarətdir.
Təlim metodu bütövlükdə pedaqoji proseslərin ünsür-
lərindən olub, digər ünsürlərlə vəhdətdə çıxış edir. O təlimin məq-
səd və məzmununa xidmət edir. Məqsəd və məzmun dəyişdikcə
metod və texnologiyalar da dəyişir.
Qeyri səmərəli metodlarla yüksək təlim-tərbiyə nəticə-
lərinə nail olmaq olmaz.
Müasir dərs yalnız tədris vəzifələrinin deyil, təlim, tərbiyə
və inkişafın bir-biri ilə qarşılıqlı əlaqədə olduğu konpleks
vəzifələrinin planlaşdırılmasını tələb edir.
Təlimləndirici funksiya: Pedaqoji texnologiyaların bu
funksiyası aparıcı vəzifədir. Bu funksiyanın nailiyyətləri dərsdə
qarşıya qoyulmuş didaktik vəzifəyə tam uyğun olaraq demokratik
və adekvat metodu seçməkdə məzmun son dərəcə aydın və ifadəli
təmin edilməsində özünü göstərir.
Tərbiyəedici funksiya:
Ənənəvi təlim prosesində
tərbiyəedici dərs dərsin müəyyən hissəsində onun üçün bilavasitə
əlverişli şəraitin olması anda yerinə yetirilir. Adətən bir çox
hallarda material izah olunub başa çatandan sonra tərbiyəvi nəticə
çıxarılır. Təlim prosesində tərbiyəvi işin təşkili fəaliyyətdə olan
materialın məzmununda və dövlət ideologiyasından asılı olur.
Təlim metodlarının köməyi ilə əsas tətbiyəvi ideyalar kollek-
tivçilik, əməkdaşlıq, qarşılıqlı, yaradıcı və s. həyata keçirilir.
Kollektiv fəaliyyətdə şəxsiyyətlərarası əlaqələr möhkəmləndirilir.
Təlim prosesində tərbiyə təlimin metodik sistminin təşkilində öz
həllini tapır. Təlim prosesində müəllim şagirdin idrak fəaliyyətini
idarə edir, onu inkişaf etdirir. İnkişafetdirici təlim idealı ensiklo-
pedik, inkişaf etmiş şəxsiyyət deyil, çevik, ağıllı, hər yeniliyə cəld
reaksiya verən, gələcəkdə dərk etməyə və müstəqil fəaliyyətə
tələbatları olan, yaxşı bələdləşmə vərdişlərinə, yaradıcı qabiliy-
yətə yiyələnən şəxslərdir.
İlk dəfə inkişaf etmiş ölkələrdə yaranmış yeni pedaqoji
texnologiyalarla əlaqədar təlim metodları keçən əsrin yetmişinci
illərində məktəblərdə “Proqramlaşdırılmış təlim” adı ilə geniş
22
tətbiq olunmağa başlanmışdır. Bu ölkələrdə yeni pedaqoji
texnologiyalar təlim metodları kimi proqramlaşdırıldığı halda,
bizim məktəblərimizdə bu metod düzgün qiymətləndirilmədi-
yindən müsbət nəticə verməmişdir. Lakin bütün bunlara bax-
mayaraq, o illərdən başlayaraq tədricən yeni pedaqoji tenolo-
giyalarla əlaqədar proqram tələblərinin şərtləri elmi-nəzəri cəhət-
dən əsaslandırılmış və tətbiqinə dair tövsiyələr hazırlanmışdır.
Belə ki, nəzərdə tutulmuş didaktik problemlər yüksək nailiyyətlər
səviyyəsində elmi-nəzəri təhlil və həll edilərək tətbiqi imkanları
dəqiqləşdirilir, müəllimə normal işləmək üçün məntiqi iş ahəng-
darlığının yaradılması yolları müəyyənləşdirilir, habelə tədris
prosesində müəllim-şagird münasibətlərinin, birgə fəaliyyət,
qarşılıqlı əməkdaşlıq strukturları formalaşdırılır.
Təlim texnologiyalarından istifadə onun müxtəlif növləri –
problemli təlim, işgüzar oyunlar, modul təlim, Valdorar peda-
qogikası, Şatalov pedaqoji sistemi, kompüter təlimi və s. bunların
hamısı təlim texnologiyalarının formaları kimi təhlil edilməlidir.
Hazırda respublikamızın bir sıra şəhər və kənd məktəb-
lərində təlimin yeni texnologiyaları əsasında qurulan, yeni
texnologiya metod və vasitələrə əsaslanan dərs nümunələrini
nümayiş etdirə bilən bir sıra qabaqcıl müəllimlərimiz vardır. Bu
sahədə müəllimlər neçə illərdir ki, öz ustalıqlarını artırırlar.
ƏDƏBİYYAT
1. Abbasov A., Əlizadə H. Pedaqogika. Bakı, 2000.
2. Cabbarov R. Təlim-tərbiyə müəssisələrinin idarə olunması
məsələləri. Bakı, 2002.
3. Mehrabov A. və b. Pedaqoji texnologiyalar. Bakı, 2006.
4. Nəzərov A., Məmmədov R. Pedaqoji ustalıq. Bakı, 2008.
5. Nəzərov A. “Müasir təlim texnologiyaları” fənni üzrə
proqram. Bakı, 2010.
6. Sadıqov F. Pedaqogika. Bakı, 2006.
7. “Qloballaşma və Azərbaycanda təhsilin aktual problem
ləri”.Beynəlxalq Elmi-praktik konfransın materialları.Bakı,
2004.
23
IV MÖVZU
TƏLİM TEXNOLOGİYALARININ TƏSNİFATI VƏ
XARAKTERİK XÜSUSİYYƏTLƏRİ
PLAN:
1. Pedaqoji
texnologiyaların
təhlilinin
məktəb
müəllimlərinə və psixoloqlarına kömək etməsi
2. Bəzi pedaqoji texnologiyaların təhlili; “fikirlərin
hücumu” (məqsədlər)
3. Binar dərs (məqsədlər)
4. Qarşılıqlı nəzarət (məqsədlər)
5. Pedaqoji texnologiya təlim prosesinə yeni baxış
kimi
Pedaqoji texnologiyaların təhlili məktəb müəllimlərinə və
psixoloqlarına kömək etməlidir. Təlim prosesində ən səmərəli yol
bu və ya digər situasiya üçün əlverişli olan pedaqoji texnologiyanı
tətbiq etməkdir.
Aşağıda bəzi pedaqoji texnologiyaların təhlili verilir:
“Fikirlərin hücumu” (məqsədlər).
1. Şagirdlərin yaradıcı fikirlərini birləşdirməklə elmi və ya
təlim problemini həll etmək, “kollektiv beyin” yaratmaq
2.
Əməkdaşlıq etmək bacarıqlarını, qanuna tabelik
vərdişlərini tərbiyə etmək
3. Şagirdlərin yaradıcılığını inkişaf etdirmək.
Bu texnologiya məktəbdə sorğu zamanı yeni materialı
öyrənəndə, keçilmiş materialı təkrar edəndə və ümumiləşdirəndə,
problemləri həll edəndə, sinfin planlarını tərtib edəndə və b.
hallarda tətbiq edilir. Bundan bütün fənlərin tədrisində istifadə
etmək olar. Onun ardıcıllığı, gedişi belədir:
I.
Şagirdlərə mövzu, məqsəd bildirilir və onlarda maraq
yaradılır
II. Əməkdaşlığın ümumi qaydaları bildirilir
III. Qiymətləndirmə meyarları bildirilir
IV. Elmi aspektlər və katib təyin olunur
24
V. Müəllim və ya başqa aparıcı ilkin situasiyanı şərh edir.
O, deyir: “Uşaqlar, qarşıda tədris ili durur. Biz onu maraqlı keçirə
bilərik. Amma onu necə keçirmək bizim özümüzdən asılıdır. İndi
bizim hər birimiz tədris ilində nə ilə məşğul olmaq istədiyimizi
açıq-aşkar deyə bilərik. İstədiyiniz məşğələni təklif edin. Əmin
olun ki, bütün təkliflər yazılacaqdır. Onların real və qeyri-real
olması barədə düşünməyin, istədiyiniz fikri söyləyin. Bilin,
başqalarının təkliflərini tənqid etmək olmaz”.
Katiblər hər şeyi yazı taxtasında yazırlar. Müəllimin və ya
aparıcının davranışı xeyirxah olmalı, tənqidə yol verməməlidir.
VI. Başlanğıc informasiya ilə tanış olunur. Şagidlər onu
dinləyir, agər nə isə aydın deyilsə, sual verib dəqiqləşdirirlər
VII. Əlavə informasiya verilir. Müəllim əgər lazım gələrsə
son nəticəni bir daha qeyd edir.
VIII. Fikirlərin hücumu başlanır. Hər bir şagird qısa
işgüzar təkliflərlə sərbəst formada çıxış edir. Hər bir təklif qısa
formada lövhədə yazılır. Ekspertlər fikirləri qısa ifadə etməyə
kömək göstərir, katiblər isə yazırlar. Ekspertlər, katiblər fikirlərin
hücumunu müntəzəm olaraq müdafiə edirlər. Dinləyicilərin
təkliflərinə heç kəs cavab vermir, heç kəs qiymətləndirmir, təhlil
etmir, necə deyilirsə yazı taxtasına elə də yazılır. Hücumun
müddəti 45 dəqiqədən çox olmur.
IX. Şagirdlərin fəallığı sönür, təkliflər gəlmir, fikirlərin
hücumu başa çatır.
X. Ekspertlər fikirlərin hücumunu təhlil edirlər, növbəti
mərhələdə
nəticələr
bildirilir.
Nəticələri
inssenrizovka
(texnologiya) qurtaran kimi də bildirmək olar.
XI. Müəllim və ya aparıcı yekunlaşdırır və ümumi-
ləşdirmələr aparır.
Tədris prosesində “Fikirlərin hücumu” texnologiyası az
tətbiq olunur, çünki bu çətin texnologiyadır. Bu texnologiya
danışmaq bacarığının, pozitiv emosiyaların, şagirdlərin müsbət
“mən” konsepsiyasının, əməkdaşlıq etmək bacarığının – qanuna
tabe olmaq bacarıqlarının inkişafına müsbət təsir edir. “Fikirlərin
hücumu”nda müəllimin davranışından çox şey asılıdır. Əgər o,
25
şagirdin fəaliyyətinə neqativ qiymət verərsə onda bu texno-
logiyanın effektini heçə endirər.
Dostları ilə paylaş: |