11
Mütəxəssislər və müəllimlərin özləri, təlimin texnikası
ideyasına birmənalı münasibət bəsləmirlər. Müəllim əməyi hələ
də mexanikləşdirilməmiş əl əməyi olaraq qalır. Bir çox peda-
qoqlar belə hesab edirlər ki, bu belə də olmalıdır, çünki yalnız
canlı insan oxuda, öyrədə bilər. Lakin təlim texnologiyasının
inkişafı göstərir ki, hər bir fənni öyrətmək üçün texnoloji prosesi
yaratmaq mümkündür. Texnologiya üzrə mütəxəssislər “Texno-
loji proqramlar” təlim layihələri işləyib hazırlayırlar.
Müəllimlər həmin paketlər və layihələrlə işləyən zaman
məsləhətçi – təşkilatçı funksiyasını yerinə yetirirlər. Çoxlarına elə
gəlir ki, bu hamının müqəddəs saydığı müəllimlik peşəsinə
hörmətsizlikdir. Amma yadda saxlamaq lazımdır ki, bir çox müəl-
limlər metodistlərin onlar üçün hazırladığı metodiki işləmələrdə,
dərs planlarından məmnuniyyətlə istifadə edirlər. Köhnə əmək
əməliyyatlarından azad olan müəllim sözün həqiqi mənasında
pedaqoji işlə, şagirdlərin inkişafı ilə məşğul olur. Təlimdə şəxsiy-
yətin, yaradıcılığın və mexanikləşdirmənin nisbəti məsələsi
həqiqətən adi məsələ deyil, həll olunmalıdır. Beləliklə, pedaqoji
texnologiya dedikdə, qabaqcadan verilmiş xarakteristikalar üzrə
kompüter təlimi üçün işlənib hazırlanmış, optimal, didaktik
proseslər başa düşülür.
Bundan başqa, praktik planda pedaqoji texnologiya
müəllimin hər hansı bir texnoloji cəhətdən işlənib hazırlanmış
metodlar və priyomlar sistemini, nəhayət tərbiyə işinin meto-
dikasını və metodlarını da ifadə edə bilər.
Texnologiyanın köməyi ilə həll olunan başlıca problem
təlim prosesinin idarə olunmasıdır. Ənənəvi “qeyri-təlim texno-
logiyası” metodlarının nöqsanları vardır. Qeyri müəyyənlik öy-
rənmə əməliyyatlarının az idarə olunması mənimsənilmənin yox-
lanılmasının obyektiv və epizodik xarakter daşıması buna misal
ola bilər.
Ənənəvi yanaşmada müəllim teoremi öyrətmək, şeri təhlil
etmək, kvadrat tənlikləri həll etmək və s. məqsədləri qoyur. Bu
məqsədlər şagirdlərin fəaliyyətini təsvir etmir. Texnologiyaya
görə təlimin məqsədi şagirdin vəziyyətini, onun biliklərini,
12
fikirlərini, hisslərini, davranışını dəyişməkdir. Texnologiyanın
vəzifəsi təlimedici sistemin bütün elementlərini öyrənmək və
təlim prosesini layihələşdirməkdir.
Təhsil məktəblərində geniş yayılmış, lakin şəxsiyyətin
hərtərəfli inkişaf etməsində imkanları məhdud olan ənənəvi təlim
texnologiyaları XX əsrin sonunda bir çox yaradıcı, yenilikçi
pedaqoqlar tərəfindən təhsildə effektiv olmayan, hətta zərərli
nəticələr verən texnologiyalar kimi qiymətləndirilməyə başlandı.
Bu cür qiymətləndirmə inkişaf etmiş ölkələrdə cəmiyyətin məlu-
matlılıq səciyyəsinin kifayət qədər yüksək olması ilə qiymət-
ləndirilirdi. Tədris prosesində təhsil alanın hərtərəfli şəxsiyyət
kimi formalaşması üçün yeni pedaqoji texnologiyalardan məq-
sədəuyğun və kompleks şəkildə istifadə edilməsi daha yüksək
nailliyyətlər əldə etməyə imkan verir. Burada məqsədə və təlimin
məzmununa uyğun texnologiyalar seçilməsi və onların ardıcıl,
qabaqcadan müəyyənləşdirilmiş vaxtda yerinə yetirmək məqsədə-
müvafiqdir. Hazırda müasir pedaqoji praktikada daha geniş tətbiq
olunan şəxsiyyətyönümlü-inkişafetdirici pedaqoji texnologiyalar
aşağıdakılardır:
1) Əməkdaşlıqla təlim texnologiyası;
2) Layihələr metodu ilə təlim texnologiyası;
3) Modulla təlim texnologiyası.
Son illər tədris prosesində istifadə olunmağa başlayan
daha artıq maraq göstərilən təlim texnologiyasının mahiyyəti və
məzmunu ilə bir qədər ətraflı tanış olaq:
Dostları ilə paylaş: