DƏrs vəSAİTİ Vəsait Boloniya prosesi, kredit sistemi üzrə ali pedaqoji


Əməkdaşlıqla  (kollektiv) təlim  texnologiyası –



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə2/7
tarix21.01.2017
ölçüsü0,77 Mb.
#6184
növüDərs
1   2   3   4   5   6   7

Əməkdaşlıqla  (kollektiv) təlim  texnologiyası – bu  təlim

texnologiyasında əsas  ideya  nəyisə birlikdə yerinə yetirmək  yox,

birlikdə öyrənməkdir. Kollektiv təlim texnologiyası XX sərin 80-

cı  illərindən  ABŞ  və İsrail  pedaqoqları  Ravin  və onun  şagirdləri

tərəfindən  işlənmişdir.  Bu  kollektiv  qarşılıqlı  təlim  texnologi-

yasının aşağıdakı üstünlükləri vardır:

1) Müntəzəm şəkildə təkrar olunan  çalışmalar  nəticəsində

şagirdlərdə məntiqi təfəkkür və anlama vərdişləri təkmilləşir



13

2)  Şifahi  nitq  prosesində və görülmüş  işlərin  müzakirəsi

zamanı  şagirdlərin  fikri  fəaliyyət  vərdişləri  inkişaf edir, əvvəllər

qazandığı təcrübə və bilikləri aktuallaşır

3)  Qruplarda işləyən hər bir uşaq özünü  sərbəst  hiss edir,

təlim tapşırıqlarını özünəməxsus tempdə yerinə yetirir

4)  Uşaq  həm  öz  işinin,  həm  də kollektivin  işinin  nəticəsi

üçün məsuliyyət daşıyır

5) Uşaqda  öz  şəxsi  keyfiyyətlərini,  imkan  və qabiliy-

yətlərini qiymətləndirmək bacarığı formalaşır

6)  Bu  informasiyanın  bir  neçə müxtəlif  tərəfdaşla  müza-

kirəsi assosiativ əlaqənin miqdarını çoxaldır. Bununla da mənim-

səmə daha da möhkəmlənir.

Bu  metodda  qrupun

əsas  üzvləri  mövzu  üzərində

yoldaşları ilə əlaqəli şəkildə işləyirlər. Birlikdə qarşıya qoyulmuş

məqsədə nail  olmağa çalışırlar.  Tapşırıqlar, onların  yerinə

yetirilməsi üçün ayrılan vaxt müxtəlif olur. Komandalar bir-birilə

yarışmırlar,  onlar  müxtəlif müddətdə müxtəlif  tapşırıqlara  cavab

hazırlayırlar. Hər bir qrupun müvəffəqiyyəti onun üzvlərinin fərdi

məsuliyyəti və çalışqanlığı ilə bağlıdır. Buna görə də qrupun bü-

tün  üzvləri  çalışırlar  ki,  verilən  tapşırığı,  materialları  yaxşı  mə-

nimsəyə bilsinlər.  Kollektivlə iş  zamanı  müəllimin əsas  vəzifəsi

uşaqları  bilməməkdə,  bacarmamaqda  günahlandırmaq  və bunları

sinifdə elan etmək deyil, onları bilmədiklərini və bacarmadıqlarını

öyrənməyə, istiqamətləndirməyə yol  göstərməkdir.  Onların  fəa-

liyyəti  müddətində müəllim  uşaqların  gördükləri  işləri  izləməli,

lazım  gəldikdə ehtiyacı  olan  qrupa  kömək  etməlidir.  Müəllim  öz

köməkliyini  xeyirxahlıqla,  sakit  tərzdə etməli  və bunu  qrupda

müzakirə aparan  uşaqlara  təlqin etməlidir. Əgər  qrup  verilən

tapşırığın öhdəsindən gələ bilmirsə bunun 2 səbəbi var:

I. tapşırıq həddən artıq çətin və mürəkkəbdir;

II.tapşırığı əldə etmək  üçün  uşaqlarda  möhkəm  praktik

vərdişlər yaranmayıb.

Bütün  bu  hallarda  müəllimin  pedaqoji  ustalığınıın  artırıl-

ması istiqamətində iş aparılmalıdır.

14

Layihələr  metodu  ilə təlim  texnologiyası – Layihələr

metodu  XX əsrin  20-ci  illərindən  ABŞ-da  Con  Djui və onun

şagirdi  Kill  Patrin  tərəfindən  işlənmişdir.  Bu  metodla fəal təlim

əsas şagirdin məqsədəuyğun fəaliyyəti ilə onun şəxsi maraqlarına

uyğun  qurulmuşdur.  Metodun əsas  mahiyyəti  uşaqların əldə

etdikləri  biliklərin  həyatda  onlara  lazım  olmağını  göstərməkdir.

Tədris  prosesində şagirdə tanış  olmayan,  onun  üçün əhəmiyyət

daşıyan,  real  həyatdan  götürülmüş ən  vacib  problemin  həllinə,

onun  malik  olduğu  və əldə edəcəyi  biliklərdən  istifadə etmək

öyrədilir.  Müəllim  yeni  informasiyaların  alınma  mənbəyini  gös-

tərə bilir  və bu  informasiyadan  necə axtarmağın  mümkün  oldu-

ğunu  deyə bilir,  uşağı  istiqamətləndirə bilir.  Layihələr  meto-

dundan  uşaqlar  fərdi,  cütlər  və qrup  şəklində müəyyən  vaxt

ərzində müstəqil  fəaliyyət  göstərməyə,  həmişə hansısa  bir  prob-

lemi  həll  etməyə yönəlir.  Problemin  həllində müxtəlif  təlim

metodları  və vasitələri  tətbiq  edilməklə yanaşı,  həm  də müxtəlif

elm,  texnika  sahəsində sınaqdan  çıxmış  biliklərdən interaktiv

şəkildə istifadə etməsi nəzərdə tutulur.

Müasir pedaqoji texnologiyaların bünövrəsi kimi layihələr

metodu-müxtəlif təlim vasitələri və informasiya texnologiyaların-

dan  istifadə etməklə reallaşır.  Burada  həm  müasir  (kompüter

telekommunikasiyaları,  elektron  baza  göstəriciləri,  video  və

multimedia vasitələri, faks, video rabitə), həm də ənənəvi (elm və

məlumat  kitabları,  video  yazıları  və b.)  tədris  vasitələrindən

istifadə edilə bilər.  Həmçinin  layihələr  metodu  bir  kompleks

problem üzrə yerinə yetirilir.



Modulla  təlim  texnologiyası – Təlimdə şəxsiyyətyö-

nümlü  konsepsiyanın  reallaşdırılması,  inkişafetdirici  pedaqoji

texnologiyaların  layihələşməsi  və praktikada  tətbiqi  onların

müxtəlif şəraitdə, müxtəlif mövzular üzrə sınaqdan çıxarılmasını,

bu sahədə pedaqoji təcrübənin öyrənilməsini tələb edir.

Məktəblərdə tətbiqinə geniş  maraq  göstərilən  yeni  peda-

qoji  texnologiyalardan  biri  də modulla  təlim  texnologiyasıdır.

Təlimin  modul  texnologiyası  dedikdə,  uşaqların  müstəqil  olaraq



15

dərsdə və dərsdənkənar  vaxtlarda  modullu  iş  prosesində konkret

təlim məqsədlərinə nail olması başa düşülür.

Görkəmli  tədqiqatçı  alimlərdən  A.Mehrabov, Ə.Ağayev,

Ə.Abbasov,  Z.Zeynalov,  R.Həsənov  və b.  texnoloji  yanaşmanın

strukturunu  şaquli  və üfuqi  olmaqla  iki  yerə bölürlər.  Belə

texnoloji yanaşmanın şaquli strukturunda bir-birilə əlaqəli – meta,

makro, mezo və mikrotexnologiyaları ayırmaq lazımdır.

Matetexnologiya – sosial  pedaqoji  səviyyədə təhsil  sahə-

sində sosial  siyasəti  həyata  keçirməyə imkan  verən  ümum-

pedaqoji (ümumdidaktik, ümumtərbiyə) texnologiyadır.

Makrotexnologiya və ya  təhsil  sahələri  üzrə texnologiya

hər  hansı  təhsil  sahəsini  təlim-tərbiyə prosesinin  müəyyən

istiqamətini,  ümumpedaqoji  və ümummetodiki  səviyyədə fənnin

tədrisi ilə bağlı fəaliyyət sahələrini əhatə edir.

Mezotexnologiya və ya  lokal  modul  texnologiya  təlim-

tərbiyə prosesinin ayrı-ayrı hissələri (modulları), xüsusi, didaktik,

metodik  və ya  tərbiyənin  müəyyən  bir  problem  sahəsi  ilə bağlı

məsələləri həll etmək üçün tətbiq olunan texnologiyadır.

Mikrotexnologiya – pedaqoji  prosesin  subyektləri  arasın-

dakı  operativ  məsələlərin,  qarşılıqlı əlaqələrin,  yazı  vərdişlərinin

həlli  ilə bağlı  texnologiyadır.  Belə texnologiyalara  misal  olaraq

yazı vərdişlərinin formalaşdırılması, subyektin (şəxsiyyətin, tədris

prosesinin  iştirakçılarının)  şəxsi  keyfiyyətlərinin  korreksiyası

üçün  treninqlərin  təşkili  ilə bağlı  texnologiyaları  göstərmək  olar.

(Bax:  A.Mehrabov, Ə.Abbasov,  Z.Zeynalov,  R.Həsənov.  Peda-

qoji texnologiyalar. Bakı-2006, səh. 11)

ƏDƏBİYYAT

1. Ağayev Ə. Təlim prosesi: Ənənə və müasirlik. Bakı, 2006.

2. Qaralov  Z.  Tərbiyə (prinsiplər,  məzmun,  metodika),  I,  II,

III cild. Bakı, 2003.

3. Mərdanov  M.  Azərbaycan  təhsil  sistemi:  real  vəziyyət,

problemlər və islahat istiqamətləri. Bakı, 2005.

16

4. Mehrabov  A.,  Abbasov Ə.,  Zeynalov  Z.,  Həsənov  R.



Pedaqoji texnologiyalar. Bakı, 2006.

5. Nəzərov A., Məmmədov R. Pedaqoji ustalıq. Dərs vəsaiti.

Bakı, 2008.

6. Nəzərov  A.,  Mollayeva  E.  Müasir  dövrün  təhsil

problemləri. Dərs vəsaiti. Bakı, 2011.

7. Təhsil  sahəsində Azərbaycan  Respublikasının  İslahat

proqramı (1998 – 2004). I kitab, Bakı, 2005, I cild.

8. Təhsil  haqqında  Azərbaycan  Respublikasının  Qanunu.

Bakı, 2009.


17

III MÖVZU

TƏLİM TEXNOLOGİYASININ STRUKTUR VƏ

FUNKSİONAL KOMPONENTLƏRİ

PLAN:

1

Praktik  mənada  texnologiya  dedikdə nə başa

düşülür

2

Təlim 

texnologiyalarını 

təşkil 

edən 

başlıca

əlamətlər

3

Pedaqoji texnologiyaların təsnifatı

4

Pedaqoji sistemin təkmilləşdirilməsinin yolları

5

İdarəetmədə böyük  dəyişikliyin  baş  verməsinin

səbəbi

6

Pedaqoji texnologiyaların təkmilləşdirici funksiyası

7

Tədris  prosesində

pedaqoji  texnologiyalardan

istifadənin yolları

Praktik mənada  pedaqoji  texnologiya  dedikdə,  həm  də

qarşıya qoyulmuş məqsədə uyğun olaraq bilik, bacarıq, vərdiş və

münasibətləri formalaşdırmaq və onlara nəzarəti həyata keçirmək

üçün əməliyyatlar kompleksi başa düşülür.

Pedaqoji  texnologiyada  müəllimin  fəaliyyətini  aşağıdakı

funksional komponentlərə ayırmaq olar:

1) Qnostik (idraki) komponent

2) Layihələşdirici komponent

3) Konstruktiv komponent

4) Təşkilatçılıq komponenti

5) Kommunikativ (ünsiyyət) komponent

Beləliklə,  müəllimin  təlim  texnologiyalarını  aşağıdakı

əməliyyatlar təşkil edir:

I.

Bilikləri toplamaq üçün (əldə etmək) əməliyyatlar



II. Təlimin  və təhsil-tərbiyənin  məqsədlərini  layihələş-

dirmək üçün əməliyyatlar

III. Təlim  və təhsil-tərbiyə prosesini  təşkil  etmək  üçün

əməliyyatlar

18

IV.


Bilikləri şagirdlərə öyrətmək üçün əməliyyatlar

Qnostik  komponentə daxildir:  təlim,  təhsil-tərbiyənin

məqsədləri,  tədris  etdiyi  fənnin məzmunu barədə biliklər,  şagird-

ləri  öyrənmək, təlim  prinsiplərini  və texnologiyalarını  öyrənmək,

öyrədici və tərbiyəedici məşğələlər keçirmək və s.



Layihələşdirici  komponent. Uzaq  məqsədləri  (pespek-

tivləri), əməliyyatları, vasitələri özündə birləşdirir; layihələşdirmə

cinsi fərqlər nəzərə almaqla həyata keçirilməlidir

Konstruktiv  komponent.  Qarşıdakı  məşğələni  hazırla-

maq üçün əməliyyatlar komplektini nəzərdə tutur



Təşkilatçılıq  komponenti. Məşğələləri  hazırlamaq  və

keçirmək üçün əməliyyatlar komplektini nəzərdə tutur



Kommunikativ  komponent. Şagirdlərlə qarşılıqlı  ünsiy-

yət  prosesi  zamanı  fəaliyyət  üçün əməliyyatlar  komplektini

özündə birləşdirir.

Son  iki  komponent  (kommunikativ  və

təşkilatçılıq

komponentləri) bir-biri ilə sıx əlaqədədirlər.

Texnologiyaların müxtəlif təsnifatları var. Onlardan ikisi –

pedaqoji  və psixoloji  texnologiyalar  xüsusilə qeyd  edilməlidir.

Pedaqoji texnologiyalarda əməliyyatlar və hərəkətlər fiziki cəhət-

dən  hiss  olunur.  Psixoloji  texnologiyalar  gizli  xarakter  daşıyır.

Bu,  konkret  insanın  psixikasında  baş  verən əməliyyatlar  və

hərəkətlərdir.  Amma  pedaqoji  və psixoloji  texnologiyalar  arasın-

da dəqiq sərhəddi müəyyənləşdirmək olduqca çətindir.

Pedaqoji texnologiyalar aşağıdakı kimi təsnif oluna bilər:

1) Təlim texnologiyası

2) Tərbiyə texnologiyası

3) İnkişaf texnologiyası

4) Diaqnostika texnologiyası



Təlim  texnologiyası dedikdə,  bilik,  bacarıq və vərdişləri

formalaşdırmaq üçün əməliyyatlar komplekti başa düşülür.



Tərbiyə texnologiyası dedikdə,  nisbi,  sabit  və müntəzəm

olaraq  ümumiləşən  münasibətlərin,  məqsədyönlü  formalaşdırıl-

ması üçün əməliyyatlar komplekti başa düşülür.


19

İnkişaf texnologiyası təlim və təhsil-tərbiyə texnologiyası

ilə əlaqədardır.  Psixi  inkişaf  dedikdə, əqli  bacarıqların  forma-

laşdırılması,  insan  psixikasında  hər hansı əməliyyatların  (çıxarıl-

ması) çoxalması nəzərdə tutulur.

Beləliklə,  bacarıqların  formalaşması  harada  baş  verirsə

orada da psixi inkişaf müşahidə olunur.

Fiziki  inkişaf  zamanı  fiziki  bacarıqlar  nəticə kimi  özünü

göstərir.



Diaqnostika  texnologiyası pedaqoqların  və ya  psixoloq-

ların uşağın məktəbə hazırlığını diaqnostlaşdırmasıdır

Pedaqoji  texnologiyaların  psixi  materialı  vardır.  Məsələn,

təlim  prosesində predmetlərin  və hadisələrin  psixi  obrazları

biliklərin psixi materialı hesab olunur. 12 növ analizatorun beyinə

gətirdiyi informasiya orada 12 növ obraz yaradır. Deməli, biliklər

şagirdlərin psixikasında formalaşmış obrazlardır.

Əgər  biliklərin  psixi  materialı  obyektlərin  və ya  hadisə-

lərin obrazlarıdırsa, inkişafın psixi materialı psixi əməliyyatlardır.

Bu əməliyyatlar  psixi  proseslərdə həyata  keçirilir.  Şagirdlərin

psixi  inkişafı  psixi  proseslərdə yeni  psixi əməliyyatların  for-

malaşdırılmasını nəzərdə tutur.

Münasibətlər təhsil-tərbiyənin psixi materialını təşkil edir.

Münasibətlərin  tərbiyə prosesinin  materialı  olması  üçün  onlar

aşağıdakı  göstəricilər  üzrə ölçülməlidir:  həcminə görə;  anlaşılan

olmasına görə; sabit və müntəzəm olmasına görə; ümumiləşdirici

olmasına görə; oyadıcı qüvvə olmasına görə.

Münasibətlər insanın davranışında təzahür edəndə, o idarə

olunanda tərbiyə prosesinin nəticəsi hesab olunur.

Cəmiyyət inkişaf etdikcə hər sahədə olduğu kimi pedaqoji

sahədə də yeni-yeni tələblər irəli sürülür. Bu isə pedaqoji prosesin

təkmilləşməsi,  yeni  məzmun,  forma  və metodlar  tətbiq  etməyi

zəruri edir.

Pedaqoji sistemin təkmilləşməsi iki yolla həyata keçirilir:

1.  İntensiv yol

2. Ekstensiv yol

20

İntensiv  yol  pedaqoji  sistemin  daxili  ehtiyatlarını  işə sal-



maqla  bağlıdır.  Məsələn,  yeni  metodlar  tətbiq  etməklə şagirdlərə

müstəqil iş bacarıqları aşılanmaqla onları özünütəhsilə cəlb etmək

intensiv yoldur.

Ekstensiv  yol  pedaqoji  prosesə əlavə vaxt  və vəsait  cəlb

olunmasını  nəzərdə tutur.  Məsələn,  gənc  nəslə möhkəm  bilik

vermək  üçün  təlim  müddətini  uzatmaq,  proqramları  genişlən-

dirmək  olar.  Bu  ekstensiv  yoldur.  Halbuki  bunsuz  da  məqsədə

nail olmaq mümkündür.

Pedaqoji  prosesdə yeniliklərin  miqyası  müxtəlif  ola  bilər.

Müəyyən  bir  metodu,  formanı  təkmilləşdirmək,  yeni  iş  texno-

logiyalarını  tətbiq  etmək,  yaxud  təhsil-tərbiyə sistemini  yeniləş-

dirmək.


Respublikada  hazırda  islahatlar  aparılır.  Təhsilin  maddi

bazası,  təhsil  və tərbiyə işinin  məzmununda,  metodikasında,

müəllim-şagird  münasibətlərində,  idarə etmədə böyük  dəyişiklik

baş  verir.  Azərbaycanda  milli  dövlət  quruculuğunun  başlanması

ilə pedaqoji  nəzəriyyə və praktikada əvvəllər  bərqərar  olmuş

stereotiplərin köhnəldiyi dərk edildi. Yeni pedaqoji konsepsiyalar,

nəzəriyyələr irəli sürüldü. Yeni pedaqoji təfəkkür, milli qaynaqlar

və ümumbəşəri  dəyərlər  zəmində yaranan  məktəbin  inkişafında

təsir edə biləcək konsepsiyalar, nəzəriyyələr meydana çıxdı.

Şagirdin bir şəxsiyyət kimi formalaşması təhsil sisteminin

əsas vəzifəsi hesab olunur. Bu köklü vəzifənin həyata keçirilməsi

üçün  təhsilin,  təlimin  inkişafetdirici,  tərbiyəedici,  diaqnostik

funksiyaların genişlənməsi ön plana çəkildi.

Pedaqogikanın  metodoloji  problemlərinə,  strukturlarına

dair  yeni  ideyalar,  fikirlər,  yanaşmalar  formalaşdı.  Bu  dövrdə

təlim  və tərbiyə nəzəriyyəsində ciddi  dəyişiklik  baş  verdi.  İde-

yalar  dəyişdi.  Elmi  pedaqogikanın  qarşısında  duran ən  aktual

problemlərdən  biri  ahəngdar  şəxsiyyətin  formalaşması  məsə-

ləsidir.

Məlum  olduğu  kimi  zaman-zaman  bu  barədə müxtəlif

fikirlər və fərqli  nəzəriyyələr  yaranmışdır.  Təlimin əsas  məqsədi

şagirdlərin  şüurunda  dünyanın  düzgün  mənzərəsini  yaratmaq,



21

onların  intellektual  inkişafını  və tərbiyəsini  təmin  etməkdən

ibarətdir.

Təlim  metodu  bütövlükdə pedaqoji  proseslərin  ünsür-

lərindən olub, digər ünsürlərlə vəhdətdə çıxış edir. O təlimin məq-

səd  və məzmununa  xidmət  edir.  Məqsəd  və məzmun  dəyişdikcə

metod və texnologiyalar da dəyişir.

Qeyri  səmərəli  metodlarla  yüksək  təlim-tərbiyə nəticə-

lərinə nail olmaq olmaz.

Müasir dərs yalnız tədris vəzifələrinin deyil, təlim, tərbiyə

və inkişafın  bir-biri  ilə qarşılıqlı əlaqədə olduğu  konpleks

vəzifələrinin planlaşdırılmasını tələb edir.



Təlimləndirici  funksiya: Pedaqoji  texnologiyaların  bu

funksiyası  aparıcı  vəzifədir.  Bu  funksiyanın  nailiyyətləri  dərsdə

qarşıya qoyulmuş didaktik vəzifəyə tam uyğun olaraq demokratik

və adekvat metodu seçməkdə məzmun son dərəcə aydın və ifadəli

təmin edilməsində özünü göstərir.

Tərbiyəedici  funksiya:

Ənənəvi  təlim  prosesində

tərbiyəedici dərs dərsin müəyyən hissəsində onun üçün bilavasitə

əlverişli  şəraitin  olması  anda  yerinə yetirilir.  Adətən  bir  çox

hallarda material izah olunub başa çatandan sonra tərbiyəvi nəticə

çıxarılır.  Təlim  prosesində tərbiyəvi  işin  təşkili  fəaliyyətdə olan

materialın  məzmununda  və dövlət  ideologiyasından  asılı  olur.

Təlim  metodlarının  köməyi  ilə əsas  tətbiyəvi  ideyalar  kollek-

tivçilik, əməkdaşlıq,  qarşılıqlı,  yaradıcı  və s.  həyata  keçirilir.

Kollektiv fəaliyyətdə şəxsiyyətlərarası əlaqələr möhkəmləndirilir.

Təlim  prosesində tərbiyə təlimin metodik sistminin  təşkilində öz

həllini tapır. Təlim prosesində müəllim şagirdin idrak fəaliyyətini

idarə edir,  onu  inkişaf etdirir.  İnkişafetdirici təlim idealı ensiklo-

pedik, inkişaf etmiş şəxsiyyət deyil, çevik, ağıllı, hər yeniliyə cəld

reaksiya  verən, gələcəkdə dərk  etməyə və müstəqil  fəaliyyətə

tələbatları  olan, yaxşı  bələdləşmə vərdişlərinə, yaradıcı  qabiliy-

yətə yiyələnən şəxslərdir.

İlk  dəfə inkişaf  etmiş  ölkələrdə yaranmış  yeni  pedaqoji

texnologiyalarla əlaqədar  təlim  metodları  keçən əsrin  yetmişinci

illərində məktəblərdə “Proqramlaşdırılmış  təlim”  adı  ilə geniş

22

tətbiq  olunmağa  başlanmışdır.  Bu  ölkələrdə yeni  pedaqoji



texnologiyalar  təlim  metodları  kimi  proqramlaşdırıldığı  halda,

bizim  məktəblərimizdə bu  metod  düzgün  qiymətləndirilmədi-

yindən  müsbət  nəticə verməmişdir.  Lakin  bütün  bunlara  bax-

mayaraq,  o  illərdən  başlayaraq  tədricən yeni  pedaqoji  tenolo-

giyalarla əlaqədar proqram tələblərinin şərtləri elmi-nəzəri cəhət-

dən əsaslandırılmış  və tətbiqinə dair  tövsiyələr  hazırlanmışdır.

Belə ki, nəzərdə tutulmuş didaktik problemlər yüksək nailiyyətlər

səviyyəsində elmi-nəzəri  təhlil  və həll  edilərək  tətbiqi  imkanları

dəqiqləşdirilir,  müəllimə normal  işləmək  üçün  məntiqi  iş  ahəng-

darlığının  yaradılması  yolları  müəyyənləşdirilir,  habelə tədris

prosesində müəllim-şagird  münasibətlərinin,  birgə fəaliyyət,

qarşılıqlı əməkdaşlıq strukturları formalaşdırılır.

Təlim texnologiyalarından istifadə onun müxtəlif növləri –

problemli  təlim, işgüzar  oyunlar,  modul  təlim,  Valdorar  peda-

qogikası, Şatalov pedaqoji sistemi, kompüter təlimi və s. bunların

hamısı təlim texnologiyalarının formaları kimi təhlil edilməlidir.

Hazırda  respublikamızın  bir  sıra  şəhər  və kənd  məktəb-

lərində təlimin  yeni  texnologiyaları əsasında  qurulan,  yeni

texnologiya  metod  və vasitələrə əsaslanan  dərs  nümunələrini

nümayiş  etdirə bilən  bir  sıra  qabaqcıl  müəllimlərimiz  vardır.  Bu

sahədə müəllimlər neçə illərdir ki, öz ustalıqlarını artırırlar.

ƏDƏBİYYAT

1. Abbasov A., Əlizadə H. Pedaqogika. Bakı, 2000.

2.  Cabbarov  R.  Təlim-tərbiyə müəssisələrinin  idarə olunması

məsələləri. Bakı, 2002.

3. Mehrabov A. və b. Pedaqoji texnologiyalar. Bakı, 2006.

4. Nəzərov A., Məmmədov R. Pedaqoji ustalıq. Bakı, 2008.

5.  Nəzərov  A.  “Müasir  təlim  texnologiyaları”  fənni  üzrə

proqram. Bakı, 2010.

6. Sadıqov F. Pedaqogika. Bakı, 2006.

7.  “Qloballaşma  və Azərbaycanda  təhsilin  aktual  problem

ləri”.Beynəlxalq  Elmi-praktik  konfransın  materialları.Bakı,

2004.


23

IV MÖVZU

TƏLİM TEXNOLOGİYALARININ TƏSNİFATI VƏ

XARAKTERİK XÜSUSİYYƏTLƏRİ

PLAN:

1. Pedaqoji 

texnologiyaların 

təhlilinin 

məktəb

müəllimlərinə və psixoloqlarına kömək etməsi

2. Bəzi  pedaqoji  texnologiyaların  təhlili;  “fikirlərin

hücumu” (məqsədlər)

3. Binar dərs (məqsədlər)

4. Qarşılıqlı nəzarət (məqsədlər)

5. Pedaqoji  texnologiya  təlim  prosesinə yeni  baxış

kimi

Pedaqoji  texnologiyaların  təhlili məktəb  müəllimlərinə və

psixoloqlarına kömək etməlidir. Təlim prosesində ən səmərəli yol

bu və ya digər situasiya üçün əlverişli olan pedaqoji texnologiyanı

tətbiq etməkdir.

Aşağıda bəzi pedaqoji texnologiyaların təhlili verilir:



“Fikirlərin hücumu” (məqsədlər).

1. Şagirdlərin yaradıcı fikirlərini birləşdirməklə elmi və ya

təlim problemini həll etmək, “kollektiv beyin” yaratmaq

2.

Əməkdaşlıq  etmək  bacarıqlarını,  qanuna  tabelik



vərdişlərini tərbiyə etmək

3. Şagirdlərin yaradıcılığını inkişaf etdirmək.

Bu    texnologiya  məktəbdə sorğu  zamanı  yeni  materialı

öyrənəndə, keçilmiş materialı təkrar edəndə və ümumiləşdirəndə,

problemləri  həll  edəndə,  sinfin  planlarını  tərtib  edəndə və b.

hallarda  tətbiq  edilir.  Bundan  bütün  fənlərin  tədrisində istifadə

etmək olar. Onun ardıcıllığı, gedişi belədir:

I.

Şagirdlərə mövzu,  məqsəd  bildirilir  və onlarda  maraq



yaradılır

II. Əməkdaşlığın ümumi qaydaları bildirilir

III. Qiymətləndirmə meyarları bildirilir

IV. Elmi aspektlər və katib təyin olunur

24

V. Müəllim və ya başqa aparıcı ilkin situasiyanı şərh edir.



O, deyir: “Uşaqlar, qarşıda tədris ili durur. Biz onu maraqlı keçirə

bilərik. Amma onu necə keçirmək bizim özümüzdən asılıdır. İndi

bizim  hər  birimiz  tədris  ilində nə ilə məşğul  olmaq  istədiyimizi

açıq-aşkar  deyə bilərik.  İstədiyiniz  məşğələni  təklif  edin. Əmin

olun  ki,  bütün  təkliflər  yazılacaqdır.  Onların  real  və qeyri-real

olması  barədə düşünməyin,  istədiyiniz  fikri  söyləyin.  Bilin,

başqalarının təkliflərini tənqid etmək olmaz”.

Katiblər hər şeyi yazı taxtasında yazırlar. Müəllimin və ya

aparıcının davranışı xeyirxah olmalı, tənqidə yol verməməlidir.

VI.    Başlanğıc informasiya ilə tanış olunur. Şagidlər onu

dinləyir, agər nə isə aydın deyilsə, sual verib dəqiqləşdirirlər

VII. Əlavə informasiya verilir. Müəllim əgər lazım gələrsə

son nəticəni bir daha qeyd edir.

VIII.  Fikirlərin  hücumu  başlanır.  Hər  bir  şagird  qısa

işgüzar  təkliflərlə sərbəst  formada  çıxış  edir.  Hər  bir  təklif  qısa

formada  lövhədə yazılır.  Ekspertlər  fikirləri  qısa  ifadə etməyə

kömək göstərir, katiblər isə yazırlar. Ekspertlər, katiblər fikirlərin

hücumunu  müntəzəm  olaraq  müdafiə edirlər.  Dinləyicilərin

təkliflərinə heç kəs  cavab  vermir,  heç kəs qiymətləndirmir,  təhlil

etmir,  necə deyilirsə yazı  taxtasına  elə də yazılır.  Hücumun

müddəti 45 dəqiqədən çox olmur.

IX.  Şagirdlərin  fəallığı  sönür,  təkliflər  gəlmir,  fikirlərin

hücumu başa çatır.

X.  Ekspertlər  fikirlərin  hücumunu  təhlil  edirlər,  növbəti

mərhələdə

nəticələr 

bildirilir. 

Nəticələri 

inssenrizovka

(texnologiya) qurtaran kimi də bildirmək olar.

XI.  Müəllim  və ya  aparıcı  yekunlaşdırır  və ümumi-

ləşdirmələr aparır.

Tədris  prosesində “Fikirlərin  hücumu”  texnologiyası  az

tətbiq  olunur,  çünki  bu  çətin  texnologiyadır.  Bu  texnologiya

danışmaq  bacarığının,  pozitiv  emosiyaların,  şagirdlərin  müsbət

“mən”  konsepsiyasının, əməkdaşlıq  etmək  bacarığının – qanuna

tabe olmaq bacarıqlarının inkişafına müsbət təsir edir. “Fikirlərin

hücumu”nda  müəllimin  davranışından  çox  şey  asılıdır. Əgər  o,



25

şagirdin  fəaliyyətinə neqativ  qiymət  verərsə onda  bu  texno-

logiyanın effektini heçə endirər.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin