ƏDƏBİYYAT
1. Ağayev Ə. və b. Pedaqogika. Bakı, 2006.
2. Bədəlova Ə. Azərbaycan xalq pedaqogikası. Bakı,
2010.
3. Hüseynzadə R. və b. Təhsilin humanistləşdirilməsi və
demokratikləşdirilməsi. Bakı, 1997.
4. Nəzərov A. və b. Pedaqoji ustalıq. Bakı, 2008.
5. Təhsilin humanistləşdirilməsi yolu ilə yeni pedaqoji
təfəkkürün inkişafı. Bakı, 1999.
6. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu.
Bakı, 2011.
80
XIV MÖVZU
TƏHSİLİN FASİLƏSİZLİYİ VƏ
İNFORMATLAŞDIRILMASI
PLAN:
1. Təhsilin
fasiləsizliyi
dedikdə, bilik, bacarıq,
informasiya olmanın nəzərdə tutulması
2. Təhsilin informatlaşmasının indiki şəraitdə daha
çox aktuallıq kəsb etməsi
3. Kompüterin Azərbaycan məktəblərinə daxil olduğu
indiki zamanda bu prinsipin çox böyük əhəmiyyət
daşıması
4. Təhsilin informatlaşdırılması ilə əlaqədar alimlərin
müxtəlif fikirləri
Bu prinsipin əsas məqsədi, təlimin metodu və texno-
logiyalardan istifadə edərək təhsil alanlara müstəqilliyi “öyrən-
məyi” öyrətməyi, təhsilə çevik münasibət göstərməyi aşılamaqdır.
Məlum olduğu kimi, hazırda həm informasiyalar, həm də
informasiyaların tez-tez dəyişməsi, yeniləşməsi baş verir. Digər
tərəfdən, peşə qazanmış insanlar yeni tələbatlara uyğun olaraq
yeni peşə qazanmaq məcburiyyətində qalırlar. Bütün bunları
nəzərə alaraq şagirdlər orta təhsil alarkən elə hazırlanmalıdırlar ki,
onlar təhsilin fasiləsizliyindən istifadəyə hazır olsunlar, eyni
zamanda öz təsirlərini fasiləsiz, məqsədəuyğun olaraq artıra bil-
sinlər. Burada “təhsil” dedikdə, bilik, bacarıq, informasiya alma
nəzərdə tutulur.
Bu prinsip cəmiyyətin informatlaşdırılmasının sürətləndiyi
indiki şəraitdə daha aktualdır. Bu prinsipin nəzərə alınmasında
əsas məqsəd təhsil alanların müasir informasiya texnologi-
yalarında istifadəyə hazırlamaq, onlarda informasiya mədəniyyəti
formalaşdırmaqdır.
Kompüterin Azərbaycan məktəblərinə daxil olduğu indiki
zamanda bu prinsipin çox böyük əhəmiyyəti vardır. Təlim –
yalnız təfəkkürlə iş deyil, təlimin nəticələri digər psixi proseslərin
81
razılaşdırılmış təsirindən və insanın digər psixi xüsusiyyətlərinin
meydana çıxmasından asılıdır. Təlim fəaliyyətinin fəallaşdırılması
bu prosesdə motivləşdirmənin və psixi proseslərin idarə edilmə-
sindən çox asılıdır, əks təqdirdə tətbiq olunan pedaqoji texno-
logiya və ya interaktiv metodlar istənilən səmərəli nəticəni verə
bilməz.
1. Təlimin motivləşdirilməsi üçün dəqiq, məqsəd-
yönlülük olmalıdır.
2. Təlimin məzmunu şagirdlərin dərketmə səviyyələrinə
uyğun olaraq seçilməlidir.
3. Hər bir fənnin dövlətin təhsil standartlarına uyğun
olması üçün optimal səviyyə həyata keçirilməlidir.
4. Şagirdlərin şəxsiyyətyönümlülüyü, maraq və meylləri
nəzərə alınmalıdır.
5. Verilən biliklərin həyati gərəkliliyi meydana çıxarıl-
malıdır və s.
Öyrənmə
proseslərini
(diqqəti,
marağı,
təfəkkürü)
fəallaşdırmaq üçün isə bir neçə vacib şərtə əməl edilməlidir:
- Məşğələlər, sosial-gigiyenik tələblərə
cavab verən
şəraitdə aparılmalıdır. Buraya binanın (avadanlığı) abadlığı,
istiliyi, akkustikası, işıqlılığı, şagirdlərin gün rejimi, yeməyi,
gəliş-gedişi daxildir. Əgər təlim tədris üçün normal şərait
yoxdursa, orada diqqət və qavrama yüksək ola bilməz. Alimlər
müəyyənləşdirmişlər ki, normal yatmamaq və aclıq əqli əməyin
məhsuldarlığını kəskin şəkildə endirir. Bu şərt təkcə təhsil
alanlara deyil, təhsil verənlərə də aiddir;
- Təlim informasiyası kəmkəsrlər deyil, kifayət qədər
məlumatlandırıcılıq səviyyəsində verilməlidir. Bu həm diqqətin
davamlılığını qoruyur, həm də mükəmməl anlama şagird
fəaliyyətinin düzgün və fəal qurulmasına kömək edir;
- Əyani vasitələrdən, didaktik materiallardan istifadə
zamanı həmin materialların təmiz, səliqəli, yararlı olması təmin
edilməlidir. Eləcə də müəllimin şərhi kitab dili ilə deyil, canlı
danışıq səviyyəsində, həm də professional olmalıdır. Həmçinin
müəllimin səsinin ucalığı, tembri, nitqin tempi, intonasiyası,
82
pauza təlim prosesinin təşkilində mühüm rol oynayır. Təəssüf ki,
bu cür əhəmiyyətli keyfiyyətlər müəllim hazırlığında lazımınca
nəzərə alınmır;
- Təlim prosesində
xoş
əhval-ruhiyənin yaradılması
intellektual məhsuldarlığı xeyli artırır. Təəssüf ki müəllimlərin
xeyli qismi bu cəhəti yerinə yetirmirlər. Müşahidələrimiz göstərir
ki, dayaz biliyi olan sinfi idarə edə bilməyən hazırlıqsız
müəllimlər sinifdə tələbkarlıq adı altında amirlik edir. Kobud söz
gücünə, özlərinin qəbul edilməsinə
çalışırlar. Belə
üslub
şagirdlərin müəllimi dinləməyə də, təlim fəaliyyətinə də marağını
heçə endirir;
- İnformasiyanın vizual və sözlə verilməsinin əlaqələn-
dirilməsi şagirdlərin qavramasını və dərkini həm asanlaşdırır, həm
də məhsuldar edir.
Alimlər yazırlar ki, ötən əsrin 50-ci illərinin sonlarında
Qərbdə “ağıllı göz” nəzəriyyəsi baş qaldırmışdır. Həmin nəzə-
riyyənin nümayəndələri deyirlər ki, göz beyni inkişaf etmişdir.
İ.M.Yaqlom qeyd edirdi ki, yaşlı insanın eşitmə orqanı bir
neçə məlumat üzrə eyni vaxtda 1000 vahid informasiya buraxır.
Toxunma orqanı 10.000, görmə orqanı isə 100.000. Psixoloq
B.Q.Anonyev bildirir ki, görmə sistemi vasitəsilə qavrama 3
səviyyədə gedir.
Hissetmə, qavrama, təsəvvüretmə, eşitmə vasitəsilə yalnız
təsəvvür etmə səviyyəsində.
Tədqiqatlar göstərir ki, insan şifahi nitqlə
aldığı
informasiyanı 15%, görməklə 25% yadda saxlayır. Əgər eyni
vaxtda bu hər iki vasitədən informasiya verilərkən istifadə
edilirsə, məzmunun yadda saxlanılması 65%-ə çata bilər.
83
ƏDƏBİYYAT
1. Ağayev Ə. Təlim prosesi: Ənənə və müasirlik. Bakı,
2006.
2. Ağayev Ə. və b. Sosial pedaqogika. Bakı, 2008.
3. Abbasov A. Pedaqogika. Bakı, 2010.
4. Kərimov Y. Pedaqoji tədqiqat metodları. Bakı, 2009.
5. Mərdanov M., Şahbazov F. Azərbaycan təhsil sistemi
(1998-2005) II kitab. Bakı, 2005.
6. Mehrabov
A.
Azərbaycan
təhsilinin
müasir
problemləri. Bakı, 2007.
7. Nəzərov A. “Müasir təlim texnologiyaları” fənni üzrə
proqram. Bakı, 2010.
84
XV MÖVZU
TƏHSİLİN MƏHSULDARLIĞINA GÜCLÜ TƏSİR
GÖSTƏRƏN TİBBİ-BİOLOJİ ŞƏRTLƏR. FİZİKİ
TƏRBİYƏ
PLAN:
1. Şagird sağlamlığının qorunması
2. Uşaqların təmiz havada olmasına diqqət yetirilməsi
3. Həddindən
artıq
yorğunluğa
yol
vermənin
qarşısının alınması
4. Fiziki tərbiyənin mahiyyəti və əhəmiyyəti
5. Fiziki tərbiyənin vasitələri və formaları
Təlimin məhsuldarlığına güclü təsir göstərən tibbi-bioloji
şərtlər vardır ki, bunları həm müəllimlər, həm də şagirdlər və
valideynlər bilməli, nəzərə almalıdırlar. Həmin şərtlər bunlardır:
1. Şagird sağlamlığının qorunması. Şagirdə sağlamlığını
saxlaya bilmək, qorumaq qaydaları öyrədilməlidir. Bəzi tədqiqi
məlumatlara görə şəhər məktəblərindəki yuxarı sinif şagirdlərinin
orqanizmi son həddə qədər yüklənir. Onların gənc bədənlərinin
dözümü buna çatmır. Əksəriyyəti sutkada 30 dəqiqədən 2,5 saata
qədər az yatır. Yalnız azyatma onların iş qabiliyyətini 30%
azaldır.
2. Uşaqların təmiz havada olmasına diqqət yetirilməsi.
Şəhər uşaqlarının demək olar ki, 2/3-si təmiz havada kifayət qədər
olmur. Bədən tərbiyəsi dərsləri ya heç keçirilmir, ya da açıq
meydançalarda aparılan səyahətlər, turizm gəzintiləri təşkil
edilmir, ailədə də bir çox halda bu cəhətə diqqət yetirilmir.
Nəticədə şagirdin səhhəti zəifləyir, təlimdə zora düşür.
3. Həddindən artıq yorğunluğa yol vermənin qarşısının
alınması. Şagird yorğunluğu başlıca olaraq iki halda təzahür edir:
I. gün rejiminə əməl edilməməsi, təlim yükünün çoxluğu
və ağırlığı;
II. kifayət qədər müsbət emosiyaların olmadığı şəraitdə.
85
Şagirdin müəllimin ona münasibətindən, öyrətmə səyin-
dən, yaxud təlim şəraitindən daxili razılığı yoxdursa, o tez yorulur
və təlim əməyi ona zövq vermir. Bütün bunları nəzərə alaraq
təlimi elə qurmaq lazımdır ki, şagird bütün şəraitdən tam razı
qalsın.
Əməkdaşlıq şəraiti və yeni təlim metod və texno-
logiyalarının doğurduğu yaradıcı interaktiv ab-hava təbii ki
şagirdlərin həvəsini və marağını artırır, onların özlərinə aid
problemlərin həllinə müstəqil yanaşa bilmələrini təmin edir.
Bədən tərbiyəsi, idman orqanizmin möhkəmləndirilməsi,
səmərəli əqli fəaliyyət üçün geniş imkanlar açır, əqli fəaliyyətlə
fiziki fəaliyyətin növbələşməsi nəticəsində iş qabiliyyətinin
bərpası prosesi daha səmərəli olur. Fiziki tərbiyə uşaqların bədə-
ninin ahənfdar inkişafına, qamətin yaraşıqlı, hərəkətlərin gözəl,
zərif və çevik olmasına kömək edir, estetik zövqün forma-
laşmasına imkan yaradır.
Bütün
yuxarıda
deyilənləri
yekunlaşdıraraq
fiziki
tərbiyəyə belə bir konkret tərif vermək olar: Fiziki tərbiyə –
müəllimin rəhbərliyi altında şagirdlərin öz sağlamlığını möh-
kəmləndirməsi, çevikliyini və gumrahlığını təmin etməsi prose-
sidir. Bu proses fiziki mədəniyyətin müasir inkişaf səviyyəsinə
tam uyğun olaraq təşkil edilməli və şagirdlərin fiziki kamilliyinə
gətirib çıxarmalıdır.
Fiziki tərbiyə məqsədyönlü, planlı və mütəşəkkil proses
olub, gənc nəslin can sağlığını təmin etməyə, onun fiziki qabiliy-
yətini inkişaf etdirməyə, mütəhərrik vərdişlərin və bacarıqların
formalaşmasına xidmət edir. Fiziki tərbiyə şagirdlərin bədən
quruluşunun mütənasibliyində, qamətin gözəlliyində, hərəki
keyfiyyətlərin (gücün, hərəkət sürətinin, cəldlik və dözümlüyün,
elastikliyin) inkişaf və formasında təzahür edir. Fiziki tərbiyə
şagirdlərdə əməkdə iştirak etmək vərdişləri, iradə, kollektivçilik,
əzmkarlıq və s. keyfiyyətləri inkişaf etdirir, onları Vətənin
müdafiəsinə hazırlayır.
Bu zəruri işdə fiziki tərbiyənin mühüm tərkib hissəsi olan
bədən tərbiyəsi dərsləri böyük rol oynayır. Bədən tərbiyəsi
86
dərslərində şagirdlər düzgün yeriməyi, qaçmağı, tullanmağı,
maneələri dəf etməyi, idman alətlərində müxtəlif çalışmaları,
təmrinləri yerinə yetirməyi öyrənir, öz bədənlərinin sağlamlığına
kömək edən hifzüsəhha qaydalarına yiyələnirlər.
Cəmiyyətin ən qiymətli sərvəti insan və onun sağlam-
lığıdır. Heç bir yüksək texniki nailiyyət insanların səhhətinin
qorunması və möhkəmləndirilməsi ilə müqayisə oluna bilməz.
Buna görə də insanların sağlamlığı Pluton, Hippokrat dövründən
müdrik şəxsiyyətlərin diqqətini cəlb etmişdir. Təsadüfi deyil ki,
“sağlam bədəndə sağlam ruh olar” yunan atalar sözü də həmin
dövrün məhsuludur. Qədim Elladanın nəhəng qayaların birində bu
sözlər yazılmışdır: “Güclü olmaq istəyirsənsə qaç, sağlam olmaq
istəyirsənsə qaç, gözəl olmaq istəyirsənsə qaç”. Antik dövrün
böyük filosofu Platon sağlamlığı insan üçün birinci xoşbəxtlik
hesab edirdi. Hippokrata görə hərəkətsiz müalicə yoxdur. Plutarx
deyirdi ki, gimnastika təbabətin şəfaverici hissəsidir.
“Qanunlar” əsərinin müəllifi, xalq arasında Loğman adı ilə
tanınan Əbu Əli ibn Sina deyirdi:
Vərdişlə (idmanla – A.N.) yaxşıca olsan aşina,
Çatırsan fərəhlə sən yüz yaşına.
Bəlkə də daha çox yaşayırsan bil,
Həb və toz dərdinə heç dərman deyil.
Bütün dərdlərinə bax budur dava:
Təbiət – su, günəş və təmiz hava.
Hər bir adam yüksək mənəviyyatla, əməksevər vətəndaş
olmaqla yanaşı möhkəm sağlamlığa, fiziki keyfiyyətə yiyələn-
məlidir. Sağlamlığı mühafizə edən və möhkəmləndirən mühüm
amillərdən biri fəal hərəkətdir, zəruri fiziki qüvvədir.
Qüvvə xarici müqaviməti və ona qarşı təsiri əzələnin gücü
ilə aradan qaldırmaq qabiliyyətidir.
Cəldlik insanın yeni hərəkətləri tez mənimsəmək və
dəyişilən şəraitdə hərəki vəzifələri müvəffəqiyyətlə icra etməyə
imkan verir. Bu hərəki qarşılıqlı əlaqədə inkişaf və təzahür edir.
Y.A.Komenski “Ana qucağı məktəbi” adlı əsərində yazırdı ki,
həyatımız oda bənzəyir, hava axını və daimi hərəkət olmadıqda
87
od dərhal söndüyü üçün uşaqların da hər gün təmrinlər etməsi və
hərəkətdə olmaları zəruridir.
Fiziki
tərbiyə
məktəblilərin
sağlam
və
möhkəm
böyüməsini təmin edir, şagirdlərə həyatda zəruri olan hərəkət,
bacarıq və vərdişləri (düzgün yerimək, qaçmaq, tullanmaq,
üzmək, təbii amillərdən düzgün istifadə etmək və s.) aşılayır,
məktəblilərdə əqli qabiliyyətləri, mənəvi keyfiyyətləri, əmək
vərdişlərini, estetik zövq və duyğuları, idman və bədən tərbiyəsi
məşğələləri ilə üzvi şəkildə birləşdirir, onların ahəngdar inkişafını
təmin edir.
Bütün şagirdlərin hər gün dərslərdə, dərsdənkənar vaxt-
larda, idman bölmələrində bədən tərbiyəsi ilə məşğul olmasını
təşkil etmək, bunun üçün lazımi şərait yaratmaq lazımdır. Hər bir
məktəbdə, bütün təlim-tərbiyə
ocaqlarında avadanlıqla və
inventarla yaxşı təchiz edilmiş idman salonları və meydançaları
yaradılmalı, şagirdlərin fiziki tərbiyəsinə, gigiyenik məsələlərinə
daha çox fikir verilməlidir.
Fiziki təmrinlər, çalışmalar, sağlamlığı təmin edən təbii,
habelə gigiyenik amillər tərbiyənin qüdrətli vasitələridir.
İnsanın sağlamlığının təmin edilməsində, əmək və hərbi
fəaliyyətə hazırlanmasında təmrin və çalışmalar mühüm rol
oynayır. Məktəbdə fiziki təmrinlərdən gimnastika, oyun, turizm
və idman zalında istifadə olunur. Gimnastika təmrinləri üçün
səciyyəvi cəhət odur ki, bunlar şagirdlərin ayrı-ayrı əzələ qrup-
larını, orqanizmlərini inkişaf etdirir. Oyunlar bütövlükdə orqa-
nizmə təsir göstərir, hərəki keyfiyyətlərin kompleks inkişafına
kömək edir. Oyun, hərəkət bir növ işdir, fəaliyyətdir.
Turizm zamanı şagirdlərdə
ünsiyyət, kollektivçilik,
qarşılıqlı hörmət və s. keyfiyyətlər formalaşır.
Fiziki tərbiyənin təşkili formalarına bədən tərbiyəsi fənni,
idman sağlamlıq işləri, müstəqil məşğələlər, fiziki tərbiyə üzrə
sinifdənxaric və məktəbdənkənar işlər daxildir. Fiziki tərbiyə və
idman üzrə sinifdənxaric işlər bədən tərbiyəsi dərslərində
mənimsənilmiş biliklər və bacarıqlarla sıx əlaqələndirilir.
88
Şagirdlərin fiziki, hərbi vətənpərvərlik yerişi “Üfüqdə
parıltı”, “Qartal balası” kimi hərbi idman oyunları xüsusi
əhəmiyyətlidir. “Üfüqdə parıltı” hərbi idman oyunu aşağı siniflər,
“Qartal balası” isə
yuxarı sinif şagirdləri üçün nəzərdə
tutulmuşdur. Bu oyunlarda güclü romantika olduğu üçün onlar
yeniyetmələri və gəncləri özünə cəlb edir. Bu oyunlar axtarışlar
və kəşfiyyatlar, “hərbi” sirlər aləmidir. Hərbi idman oyunları
məktəblilərin şəxsiyyətinin formalaşmasına ciddi təsir göstərir.
Onlar belə hərbi idman oyunları prosesində çətinlikləri aradan
qaldırmağı öyrənir, vəziyyətdən çıxış yolu axtarır, ətraf aləmin
mürəkkəb, müəmmalı sirlərini dərk edirlər. Belə hərbi idman
oyunlarında iştirak etməklə
məktəblilər xalqımızın döyüş
ənənələrinin mahiyyətini mənimsəyir, tədricən hərbi intizamın
məsuliyyətini, çətinlikləri aradan qaldırmağın nə demək olduğunu
öyrənirlər.
I sinifdə şagirdlərə sağlamlıqda rejimin rolu haqqında
məlumat vermək, bədəni təmiz saxlamağın, səhərlər gimnastika
ilə məşğul olmağın əhəmiyyətini öyrətmək lazımdır və s.
II sinif şagirdləri I sinifdə əldə edilmiş məlumatı inkişaf
etdirməli və aşağıdakıları bilməlidir: düzgün nəfəs almaq, düzgün
yerimək və düzgün oturmaq, sanitariya-gigiyena qaydalarına əməl
etmək və rejimi gözləmək; dərs məşğələlərində öyrəndikləri
hərəkətlərin icrası ilə məşğul olmaq, dərsdənkənar idman
tədbirlərində iştirak etmək və s.
III sinif şagirdləri sağlamlıq haqqında söhbətlərə qulaq
asmalı, rejimə əməl etməli, vaxtlı-vaxtında istirahət etməyin,
vaxtında yatıb-durmağın əhəmiyyətini dərk etməli və bunları
əməli olaraq yerinə yetirməlidirlər.
IV sinif şagirdləri gimnastika, yüngül atletika, üzgüçülük,
xizək sürmək işləri ilə məşğul olur, kiçiklərə mütəhərrik oyunları
öyrədir, gigiyenik qaydalara əməl edir, proqram səviyyəsində
praktik bacarıq və vərdişlərə yiyələnirlər.
89
ƏDƏBİYYAT
1. Azərbaycan Respublikasında ümumi təhsilin konsep-
siyası. Bakı, “Kurikulum” jurnalı, 2008. № 1.
2. Ağayev Ə. Pedaqogika. Bakı, 2006.
3. Əhmədov B., Rzayev A. Pedaqogikadan mühaziyə
konspektləri. Bakı, 1983.
4. Həsənov A., Ağayev Ə. Pedaqogika. Bakı, 2007.
5. Mehrabov A. Azərbaycan təhsilinin müasir prob-
lemləri. Bakı, 2007.
6. Mərdanov M. Azərbaycan təhsili müstəqillik illərində.
Bakı, 2003.
7. Mustafayeva R., Mustafayeva S. Pedaqogika. (Müha-
zirə xülasələri) Bakı, 2002.
8. Nəzərov A. Təhsilin müasir problemləri (Proqram)
Bakı, 2010.
9. Sadıqov F. Pedaqogika. Bakı, 2006.
90
XVI MÖVZU
TƏRBİYƏ TEXNOLOGİYALARI. ŞƏXSİYYƏTİN
TƏRBİYƏSİ İŞİNDƏ FƏRDİ XÜSUSİYYƏTLƏRİN
NƏZƏRƏ ALINMASI
PLAN:
1.Tərbiyə texnologiyaları anlayışının şərhi
2.Tərbiyə olunanla tərbiyə edən arasında qarşılıqlı
münasibətlər
3.Fərdi yanaşma ilə fərdi tərbiyə arasındakı fərqlər
4.Uşaqların fərdi xüsusiyyətlərini öyrənmək üçün
müxtəlit tədqiqat üsullarından istifadə olunması
Tərbiyə texnologiyalarının yaradılmasında aşağıdakı
pedaqoji prinsiplər nəzərə alınmalıdır:
1. Məqsədyönlülük
2. Perspektivlik
3. Komplekslik
4. Fəallıq
5. Mütəşəkkillik
6. Yaşauyğunluq və s.
Məktəbdə müxtəlif işlərin hazırlanması texnologiyalarının
həyata keçirilməsində yuxarıdakı pedaqoji prinsiplər diqqət
mərkəzində saxlanmalıdır. Tərbiyəvi tədbirlərin təşkilində kollek-
tivçiliyin böyük rolu vardır. Dahi rus pedaqoqu A.S.Makarenko
(1888-1939) öz pedaqoji fəaliyyətində kollektiv tərbiyəyə böyük
önəm vermiş və bu barədə demişdir: “Kollektivdə kollektiv üçün
kollektiv vasitəsilə tərbiyə – budur tərbiyənin ən ali prinsipi”.
Həm də şagirdlərlə iş apararkən hər bir müəllim, yaxud tərbiyəçi
fərdi işlə kollektiv işi uzlaşdırmalıdır. Çünki burada tərbiyə
texnologiyaları və tərbiyə metodlarının tələblərinə müvafiq olaraq
məktəblilərin ümumi və fərdi cəhətləri nəzərə alınmalıdır.
Məlumdur ki, tərbiyə prosesi dedikdə, ilk növbədə bir
neçə sualla qarşılaşırıq. Tərbiyə olunan kimdir? Tərbiyə edən
kimdir? Tərbiyənin məqsədi nədir? Tərbiyə prosesində hansı
91
üsullardan istifadə olunur? Tərbiyə olunanla tərbiyəedən arasında
qarşılıqlı münasibətlər necədir? və s. Təbii ki, pedaqoji və
psixoloji biliklərə istinad etmədən həmin suallara düzgün cavab
vermək mümkün deyildir. Çünki tərbiyə işinin bir sıra dərin
pedaqoji-psixoloji problemləri mövcuddur. Tərbiyə prosesində
uşaq şəxsiyyətinin təlabatları, arzıı və istəkləri, temperament
xüsusiyyətləri, sərvət meylləri, maraqları, idealları, dünyagörüşü
və əqidəsi təşəkkül edir. Tərbiyə prosesində hansı pedaqoji-
psixoloji biliklərə istinad etmək, hansı psixoloji qanunauy-
ğunluqlardan çıxış etmək lazımdır ki, tərbiyə işi uğurlu getsin,
qarşıya qoyulmuş nıəqsədə müvəffəqiyyətlə nail olmaq mümkün
olsun?
Bunun üçün ilk növbədə tərbiyə obyektinə (tərbiyə
olunana) yaxından bələd olmaq, onun bütün fərdi psixoloji
xüsusiyyətlərini dərindən öyrənmək lazımdır. Çünki dünyada ən
incə, lakin ən mürəkkəb olan insan qəlbini, onun psixoloji
xüsusiyyətlərini mükəmməl öyrənmədən tərbiyə işində uğur
qazanmaq mümkün deyildir.
Təbii ki, tərbiyə obyekti olan insan, fərdi psixoloji
xüsusiyyətlərinə görə biri digərindən kəskin surətdə forqlənir.
İctimai praktikanın müxtəlif sahələrində (sənaye, kənd təsərrüfatı,
təhsil, səhiyyə və s.) fərdi xüsusiyyətlərin təhlili və nəzərə
alınması pedaqogikanın və psixologiyanın tətbiqi problemləri
içərisində xüsusi yer tutur. Gənc nəslin təlim-tərbiyəsi işində isə
onun əhəmiyyəti xüsusilə böyükdür. Pedaqogika və psixologiya
tarixi ilə tanış olsaq, bir cəhəti aydın görə bilərik. Zamanın
görkəmli alimləri uşaq tərbiyəsindən danışarkən diqqəti həmişə
fərdi yanaşma məsələlərinə cəlb etmişlər.
Fərdi yanaşma mühüm pedaqoji-psixoloji prinsipdir.
Həmin prinsipə görə, təlim-tərbiyə işində hər bir uşağın fərdi
xüsusiyyətləri zəruri surətdə nəzərə alınmalıdır. Təlim-tərbiyə
işində fərdi yanaşma iki cəhətdən xüsusilə vacibdir. Birincisi, biz
uşağa fərdi yanaşmaqla onun özünəməxsus xüsusiyyətlərə malik
olan şəxsiyyət kimi inkişaf etməsi üçün psixoloji cəhətdən
əlverişli şərait varatmaq. İkincisi, ıışağın fərdi xüsusiyyətlərini
92
nəzərə almadan, ona göstərilən pedaqoji təsir adətən istənilən
nəticəni vermir. Müəyyən edilmişdir ki, pedaqoji təsir həmişə
uşağın fərdi-psixoloji xüsusiyyətləri ilə şərtlənir. Bu, о deməkdir
ki, pedaqoji təsirin xarakteri və səmərəsi təkcə onun obyektiv
xüsusiyyətləri ilə deyil, həm də uşağın həmin təsiri necə qəbul
etməsi ilə müəyyən olunur. Xahiş, tərif, cəzalandırma və s.-nin
bütün uşaqlara eyni səviyyədə təsir etməməsini də birinci
növbədə, məhz bununla izah etmək lazımdır.
Tərbiyə işində fərdi yanaşmanın mahiyyəti ondan ibarətdir
ki, tərbiyənin ümumi məqsədləri nəinki uşaqların yaş və cinsi
xüsusiyyətlərinə, həm də fərdi xüsusiyyətlərinə müvafiq olaraq
konkretləşdirilir. Təcrübə göstərir ki, tərbiyə işində uşaqların fərdi
xüsusiyyətləri nəzərə alınmadıqda hətta ən səmərəli təsir vasitələri
öz əhəmiyyətini itirir.
Fərdi yanaşmanın bir-birilə qarşılıqlı əlaqədə olan iki
tərəfi vardır. Onlar: a) şəxsiyyətin fərdi xüsusiyyətlərinin təhlili;
b) təlim-tərbiyə işində psixoloji cəhətdən düzgün nəzərə alınması
məsələləri ilə bağlıdır.
Tərbiyə vasitələri seçərkən uşağın fərdi xüsusiyyətlərini
də nəzərə almaq lazım gəlir. Bəzi şəxslər fərdi yanaşma və fərdi
tərbiyəni bir-biri ilə eyniləşdirirlər, halbuki onlar arasında fərq
vardır. Həmin fərqləri valideynin, tərbiyəçinin bilməsi vacibdir.
Professor
M.Ə.Muradxanov onların aşağıdakılardan ibarət
olduğunu göstərirdi: 1) fərdi tərbiyə uşağı təklikdə, kollektivdən
tamamilə ayrılıqda tərbiyə etməyi nəzərdə tutur; fərdi yanaşma isə
uşağı kollektiv içərisində saxlamaqla ona düzgün təsir etmək üçün
fərdi xiisusiyyətləri nəzərə almağı tələb edir; 2) fərdi tərbiyə,
tərbiyənin məqsədini uşağın şəxsi xüsusiyyətlərinə tabe edərək,
hər uşağın tərbiyə məqsədini bu xüsusiyyətlərdən asılı etməyi
nəzərdə tutur; Fərdi yanaşma isə, uşağın fərdi xüsusiyyətlərinə
uyğun olaraq, onu ümumi məqsədə gətirib çıxarmağı tələb edir.
Burada məqsəd uşağa tabe edilmir, üsul və vasitələr uşağın
xüsusiyyətlərinə uyğun olaraq seçilir.
Uşaqların fərdi xüsusiyyətlərinin öyrənilməsi üçün müx-
təlif tədqiqat üsullarından – müşahidə, eksperiment və s. istifadə
93
olunur. Müəllim və tərbiyəçilər üçün uşaqları təbii şəraitdə –
dərsdə, sinif yoldaşları ilə ünsiyyət prosesində, ictimai-faydalı
əməkdə öyrənmək xüsusilə zəruridir. Uşaq şəxsiyyətinin bütün
mühüm cəhətlərini əhatə edən pedaqoji-psixoloji xarakteris-
tikaların onlar üçün böyük əhəmiyyəti vardır. Pedaqoji-psixoloji
xarakteristikanı adətən sinif rəhbəri tərtib edir və həmin sinifdə
dərs deyən müəllimlərin hamısı ilə birlikdə onun müzakirəsini
təşkil edir. Pedaqogikada buna pedaqoji konsilium deyilir.
Uşaqların fərdi xüsusiyyətlərini təhlil edərkən hansı
məsələlərə diqqət yetirmək lazımdır? Müəllim şagirdlərin yaş-
cins xüsusiyyətlərini nəzərə almaqla, onların həm də fərdi
psixoloji xüsusiyyətlərini – qabiliyyətlərini, temperamentini,
xarakterini və s. diqqətlə öyrənməlidir. Fərdi xüsusiyyətlərin
formalaşmasını şərtləndirən amillər xüsusilə ətraflı tədqiq
olunmalıdır.
Beləliklə, deyilənlərdən çıxan konkret nəticələr bunlardan
ibarətdir ki, tərbiyəolunma şəxsiyyətin sosiallaşmasını təmin edir,
onu həyatda, cəmiyyətdə, ictimai fayda verəcəyi fəaliyyətə
hazırlaşdırma prosesidir. Çünki insanın zənginliyi onun həqiqi,
obyektiv münasibətlərin zənginliyindən asılıdır. Məhz tərbiyə-
olunma sayəsində insanlara, əməyə, biliklərə, fəaliyyətə çoxcə-
hətli münasibətlər yaranır. Şəxsi təcrübənin qazanılmasında
başlıca cəhət ictimai münasibətlərin şüurlu dərk olunmasından
ibarətdir. Bu zaman uşaq özünəməxsus şəxsi tələbatının ödənil-
məsinə çalışır, ictimai münasibətlərlə şəxsi münasibətlərin qar-
şılıqlı əlaqədə baş verməsinə nail olur. Tərbiyəetmə çox dinamik
və didaktik prosesdir. Tərbiyəetmə prosesində müxtəlif əlaqə və
asılılıqlar sosial, psixoloji, pedaqoji bir-birinə qovuşmuş və
qarşılıqlı şəkildə şərtlənmişdir. Tərbiyəetmə prosesinin didak-
tikası onun ziddiyyətliyində, inkişafında, mütəhərrikliyində,
dəyişiklirində ifadə olunur. Belə bir fəaliyyətin təşkili şəxsiyyətin
formalaşması prosesinin elmi əsaslarını təşkil edir. Şəxsiyyət
sosial əlaqələrə və qarşılıqlı sosial münasibətlərə malik insandır.
94
ƏDƏBİYYAT
1. Abbasov A. Pedaqogika. Bakı, 2010.
2. Ağayev Ə. Azərbaycan ictimai-pedaqoji fikrində
şəxsiyyətinin formalaşması problemi. Bakı, 2005.
3. Həsənov A., Ağayev Ə. Pedaqogika. Bakı, 2007.
4. Həşimov Ə. Azərbaycan xalq pedaqogikasının bəzi
məsələləri. Bakı, 1970.
5. Mehrabov A., Abbasov Ə., Zeynalov Z., Həsənov R.
Pedaqoji texnologiyalar. Bakı, 2006.
6. Mərdanov M. Azərbaycan təhsili yeni inkişaf
mərhələsində. Bakı, 2009.
95
XVII MÖVZU
TƏRBİYƏ İŞİNİN TƏŞKİLİNDƏ MƏKTƏB, AİLƏ VƏ
İCTİMAİYYƏTİN BİRGƏ FƏALİYYƏTİ
PLAN:
1. Yetişməkdə olan nəslin tərbiyəsində məktəbin
həlledici rolu
2. Uşağın
həyatının
ilk
dövrü
ilə
əlaqədar
valideynlərin vəzifələri
3. Cəmiyyətin inkişafının hazırkı mərhələsində gənc
nəslin tərbiyəsi işini hərtərəfli təşkil etməklə əlaqədar
dövlət və ictimai təşkilatların sıx birliyi
4. Məktəbin ailə və ictimaiyyətlə fərdi əlaqə formaları
5. Məktəbin ailə və ictimaiyyətlə kollektiv əlaqə
formaları
Ailə cəmiyyətin ilkin özəyi, onun sosial quruluşunun
əsasını təşkil edir.
Ailə tərbiyəsinin məqsədi, şəxsiyyətin elə keyfiyyət və
xassələrini formalaşdırmaqdan ibarətdir ki, şəxsiyyət həyat
yolunda qarşılaşdığı çətinlik və maneələri asanlıqla aradan qaldıra
bilir.
Ailənin iki mühüm vəzifəsi vardır: 1. Nəslin davam
etdirilməsi4 2. Yeni nəslin, yeni insanın tərbiyəsi
Bu iki vəzifə bir-birilə sıx bağlıdır. İnsan öz nəslini
artırmasa, öz nəslinə tərbiyə verməsə cəmiyyət məhv olar. Birinci
vəzifə nə qədər əhəmiyyətlidirsə, ikinci vəzifə daha məsu-
liyyətlidir. Çünki bu vəzifədə təbiətin bəxş etdiyi xüsusiyyətlər
deyil, həm də insanlığın min illər ərzində topladığı mədəniyyət,
cəmiyyətin əlavə etdiyi xüsusiyyətlər də təzahür edir. Bir damla
suda günəş əks olunduğu kimi, ailə münasibətlərində də
cəmiyyətin bütün əlaqmətləri öz inkişafını tapır. Ailə özlüyündə
kiçik bir dövlətdir. Ailə insani münasibətlərin ilk tərbiyə
məktəbidir. Ailədə ilk əxlaqi təcrübə, fəzilət və qəbahət təşəkkül
tapır. Ailədə böyüyən uşaqlar tərbiyəsində övladlıq borclarını
96
dərk edir, qocalmış valideynlərinə qayğı göstərməyin zəruriliyini
dərk edirlər. Ailənin birinci və ən əsas vəzifəsi övladlarını sağlam
və gümrah böyütməkdən, onların sağlam həyat tərzini təşkil
etməkdən ibarətdir.
Beləliklə, ailə qarşılıqlı məhəbbət, etibar, hörmət və inama
əsaslana yeni həyata başlamış, yeni nəslin yaradılması və
inkişafının qayğısına qalan qrupdur.
Məktəb gənc nəslin təlim-tərbiyəsi işinin mərkəzidir.
Hazırkı dövrdə təhsil sistemi qarşısında duran başlıca vəzifə –
dərin bilikli, fiziki və zehni cəhətdən inkişaf etmiş, elmi
dünyagörüşünə, yüksək mədəniyyətə, zəngin əxlaqa malik olan
ahəngdar şəxsiyyət tərbiyəsidir. Məktəbdə təlim-tərbiyə işi
məqsədyönlü, planlı və mütəşəkkil şəkildə, xüsusi hazırlıqlı
pedaqoji kadrların rəhbərliyi ilə həyata keçirilir. Müəllim təlim-
tərbiyə işində mərkəzi simadır, necə deyərlər, məktəbin ürəyidir.
Müəllimin gənc şəxsiyyətə təsiri çox böyükdür; onu heç bir şeylə
əvəz etmək olmaz.
Uşağın həyatının ilk dövrü valideynlər qarşısında böyük
vəzifələr qoyur. Valideynlər ata-ana olduqları gündən həm də
tərbiyəçidirlər. Bəzi pedaqoqlar ananı təbii tərbiyəçi adlan-
dırmaqda haqlıdırlar. Uşağa qarşı ağıllı tələblə birləşmiş ana
məhəbbəti, valideyn məhəbbəti tərbiyə işində böyük qüvvədir.
Ailə tərbiyəsinin müvəffəqiyyəti üçün bir çox pedaqoji
şərtlərə əməl etmək lazımdır. Həmin şərtlərdən başlıcaları
bunlardır:
-
ailədə sağlam tərbiyə şəraiti yaradılmalıdır; uşaqların
tərbiyəsi sağlam, normal, sakit, səmərəli və şən həyat şəraitində
daha normal və asan olur. Əksinə, qeyri-normal tərbiyə şəraitində,
valideynlərin dolğun insani həyatı olmadan tam dəyərli insan
tərbiyə etmək mümkün deyildir;
-
tərbiyə işində mütəşəkkil ailə kollektivi mühüm
vasitədir. Uşaq dolğun şəxsiyyət kimi о zaman yetişə bilər ki,
onun tələbat və arzuları kollektivçi tələbat və arzuları olsun. Əks
halda о
fərdiyyətçi kimi yetişə bilər. Ailə
kollektivçilik
əlamətlərini itirdikdə onun tərbiyəvi təsiri də xeyli azalır;
97
-
böyük ailə – çoxuşaqlı ailə tərbiyə üçün daha əlverişlidir:
belə ailəni ümumi mənafe, ümumi həvat, ümumi sevinc və kədər
birləşdirir. Burada uşaqlar bir-birindən öyrənir, tərbiyə üçün
əlverişli ünsiyyət mühiti yaranır. Təkuşaqlı ailədə isə tərbiyə işi
çətindir: burada uşaq hamının diqqət mərkəzində olur, hamı onu
əzizləyir, heç kəs onun xətrinə dəymək istəmir. Belə uşaqlar
adətən, ərköyün və eqoist böyüyürlər;
-
tərbiyənin, xüsusən xarakterin bünövrəsi kiçik yaşlardan
qoyulur: bu yaşda tərbiyə düzgün aparılmadıqda sonradan uşağı
yenidən tərbiyə etmək lazım gələcəkdir. Yenidəntərbiyə isə
əvvəldən aparılan düzgün tərbiyəyə nisbətən qat-qat çətindir: o,
tərbiyəçidən çoxlu vaxt, qüvvə və əsəb gərginliyi tələb edir;
-
tərbiyənin, о cümlədən ailə tərbiyəsinin müvəffəqiyyəti
tərbiyə qanunlarına və onlardan irəli gələn prinsiplərə düzgün
əməl etməkdən asılıdır. Uşağa qarşı hörmət və tələbkarlığı
birləşdirmək, ona nikbin nəzərlə yanaşmaq, hər bir uşağın yaş və
fərdi xüsusiyyətlərinə əsaslanmaqla onun qəlbinə yol tapmaq,
tərbiyə işində kollektivə istinad etmək, uşağın müstəqilliyi ilə
pedaqoji rəhbərliyi düzgün əlaqələndirmək, fəallıqla “tormoz tər-
biyəsi” arasındakı orta həddi tapmaq və s. belə prinsiplərdəndir;
-
tərbiyə işində uşağın birtərəfli inkişafına yol verməmək,
onun ahəngdar şəxsiyyət kimi formalaşmasına şərait yaratmaq,
yəni zehni, ideya-mənəvi, əmək, estetik, fıziki və s. cəhətdən
inkişafına qayğı göstərmək vacibdir;
-
həddini aşmayan valideyn məhəbbəti ilə çulğalaşan borc
hissi, valideynlərin düzgün həyat tərzi, bir-birilə və uşaqla səmimi
münasibətləri,
şəxsi
ləyaqəti, vətəndaşlıq siması, müsbət
nümunəsi və nüfuzu – bütün bunlar ailə tərbiyəsinin müvəf-
fəqiyyətini təmin edən şərtlərdəndir.
Ailə tərbiyəsi sahəsində nəzərdən keçirilən məsələlərin
uğurla yerinə yetirilməsi üçün valideynlər məktəblə sıx əlaqə
saxlamalı, müəllimlərlə əməkdaşlıq şəraitində işləməlidirlər.
İctimaiyyət tərbiyə işində böyük qüvvədir. Cəmiyyətin
inkişafının hazırkı mərhələsi gənc nəslin tərbiyəsində dövlət və
ictimai təşkilatların sıx birliyi, ictimaiyyətin tərbiyəvi rolunun
98
yüksəlməsi ilə səciyyələnir. Uşaqların tərbiyəsinə qayğı göstərən
ictimaiyyət, ictimai təşkilatlar müəyyən bir sistem təşkil edir. Bu
sistemə aşağıdakı
ictimai
təşkilatlar
–
komitələr,
şuralar,
komissiyalar, birliklər, cəmiyyətlər, fondlar və daxildir.
Tərbiyə ictimai proses olduğundan, uşağı tək bir adam –
müəllim (və ya müəssisə) tərbiyə edib yetişdirə bilməz. Uşaq həm
məktəbin, müəllimlərin, həm də valideynlərin, ictimaiyyətin, yaşlı
adamların, yoldaşlarının təsiri ilə böyüyüb inkişaf edir. Buna görə
də tərbiyə işini məktəbin, müəllimin işi çərçivəsi ilə məh-
dudlaşdırmaq olmaz. Ayrılıqda nə məktəb, nə ailə, nə də ictimaiy-
yət gənc nəslin tərbiyəsini təmin edə bilməz. Uşaq gündəlik
vaxtının ancaq 4-5 saatını məktəbdə, qalan vaxtını isə ailədə,
ictimai yerlərdə keçirir. Məktəbin uşağa göstərdiyi tərbiyəvi
təsirlər ailə və ictimaiyyətin təsiri ilə uyğun gəlməli və bir- birini
tamamlamalıdır. Bu isə, pedaqoji üçlüyün əlbir fəaliyyəti ilə
mümkün ola bilər. Məktəb, ailə və ictimaiyyət müxtəlif formada
bir-birilə sıx əlaqə saxlamalıdır. Bu əlaqə formalarını iki qrupa
böləmk olar:
a)
fərdi əlaqə formaları;
b)
kollektiv əlaqə formaları.
Fərdi əlaqə formalan müəllimlərin (o cümlədən sinif
rəhbərlərinin)
valideyn
və ictimaiyyət nümayəndələri ilə
bilavasitə və ya bilvasitə əlaqə yaratmaqla aparılan fərdi iş
formalarını əhatə edir. Nisbətən geniş yayılmış fərdi əlaqə
formalarına aşağıdakılar daxildir:
-
müəllimin. sinif rəhbərlərinin ailəyə getməsi: bu halda,
bir tərəfdən, şagirdin ailə şəraiti, ailədaxili münasibətlər, ailədə
tərbiyə işinin qoyuluşu haqda məlumat toplanır, digər tərəfdən isə
uşağın
təlim-tərbiyəsi ilə bağlı valideynlərlə söhbət və
məsləhətləşmələr aparılır, birgə hərəkət xətti müyyən edilir, zəruri
hallarda valideynlərə pedaqoji məsləhətlər verilir;
-
Valideynlərin, ictimai təşkilat nümayəndələrinin mək-
təbə dəvət edilməsi: bu zaman valideynləri danlamaq, uşaqdan
şikayət etmək yox, hər hansı konkret pedaqoji hadisənin (təlimə
məsuliyyətsiz münasibət, intizamsızlıq və s. hallarının) səbəb-
99
lərini valideynlə birlikdə təhlil etmək, konkret çıxış yolu
tapmaqda kömək etmək lazımdır. Valideynləri məktəbə təkcə
xoşagəlməz hallar üçün deyil, şagirdin təlim və tərbiyəsindəki
müsbət dəyişikliklərlə, müəyyən tədbirlərlə əlaqədar da dəvət
etmək məsləhətdir;
-
məktəbdə və ya sinifdə “açıq qapı” günlərinin
keçirilməsi: bu halda əvvəlcədən müəyyən edilmiş vaxtda (ayda
və va rübdə bir gün) müəllimlər məktəbdə olur. Valideynlər
məktəbə gələrək istənilən miiəllimlə görüşüb övladı barədə
söhbət aparır, məsləhət alırlar;
- şagird gündəliyi, yaxud məktub vasitəsilə əlaqə: müəllim
şagirdin təlim-tərbiyəsi ilə bağlı onun gündəliyində, yaxud ayrıca
vərəqdə qeydlər edir, valideynlərə lazımi göstəriş və məsləhətlər
verir;
- telefon vasitəsilə əlaqə: şagird haqqında müəyyən
informasiya mübadiləsi məqsədi ilə müəllim (sinif rəhbəri) və
valideynlər bir-birilə telefon əlaqəsi saxlayırlar.
Ailə və ictimaiyyət nümayəndəsi ilə fərdi əlaqəsi zamanı
müəllim özünü müfəttiş və ya ittihamçı kimi yox, uşağın
gələcəyinə qayğı göstərən müəllim-ziyalı, yaxın məsləhətçi kirni
çıxış etməli, valideynlərlə
pedaqoji
əməkdaşlıq yaratmağa
çalışmalıdır.
Məktəbin
ailə
və
ictimaiyyətlə
əlaqəsi
kollektiv
formalarda da aparılır. Kollektiv əlaqə formaları aşağıdakılardan
ibarətdir:
-
valideyn yığıncaqları – pedaqoji biliklərin təbliği, ailə
tərbiyəsi məsələlərinin təhlili, təcrübə mübadiləsi məqsədi ilə
təşkil edilən kollektiv iş formasıdır. Valideyn yığıncaqları sinif və
məktəb miqyasında keçirilir. Sinif valideyn yığıncaqları rübdə 1-2
dəfə, məktəb valideyn yığıncaqları isə ildə 3-4 dəfə keçirilir. Bu
yığıncaqlarda görülmüş işlərə yekun vurulur, ailə tərbiyəsinin ən
mühüm məsələləri müzakirə olunur. Ehtiyac olduqda ayrı-ayrı
pedaqoji mövzulara həsr olunmuş tematik yığıncaqlar (nıəsələn,
“Uşaqların təliminə necə kömək etməli?”, “Valideyn nüfuzu”,
100
“Ailədə əmək tərbiyəsi” və s.), habelə ata və analar üçün ayrıca
yığıncaqlar keçirmək olar;
- valideyn universitetləri və pedaqoji lektoriyalar pedaqoji
biliklərin təbliği məqsədi ilə təşkil olunan iş formalarıdır.
Valideyn universitetləri 1-2 il müddətinə məktəblərdə, idarə və
müəssisələrdə yaradılır, valideyn və ictimaiyyət nümayəndələrinə
sistemli pedaqoji biliklər verilir. Valideyn lektoriyaları isə
epizodik xarakter daşıyır. Ayda 1-2 dəfə keçilən bu məşğələlərdə
pedaqoji mühazirələrlə yanaşı, tərbiyə mövzusunda müzakirələr,
diskussiyalar, təcrübə mübadiləsi,
şagird bədii özfəaliyyət
kollektivinin çıxışları, uşaqların işlərini əks etdirən sərgilər də
təşkil edilir;
- ailə tərbiyəsi təcrübəsinə həsr olunmuş konfranslar və
sual-cavab gecələri – ailədə uşaqların tərbiyəsi ilə bağlı aktual
pedaqoji mövzuların və valideynləri maraqlandıran sualların
müzakirəsi təqsədi güdür. Konfrans məktəb (sinif) rəhbərinin giriş
sözü ilə açılır, sonra isə fəal valideynlər və ictimaiyyət nüma-
yəndələri öz təcrübələri əsasında müəyyən pedaqoji mövzularda
çıxış edirlər. Konfrans pedaqoji tövsiyələrlə başa çatır. Belə
konfransları sinif və məktəb miqyasında keçirmək olar;
- valideyn komitələri – valideyn və ictimaiyyəti gənc
nəslin təlim-tərbiyəsi işinə səfərbər edən, uşaqlara tərbiyəvi
təsirlərin vahidliyini təmin edən kollektiv formadır. Valideyn
komitələri məktəblərdə, idarə və müəssisələrdə, yaşayış yerlə-
rində yaradılır. Məktəblərdə sinif və məktəb valideyn komitələri
təşkil olunur. Sinif valideyn komitələri sinfin valideyn yığın-
cağında 3-5 nəfərdən ibarət, məktəb valideyn komitəsi isə
ümumməktəb valideyn iclasında 7-9 nəfərdən ibarət seçilir.
Valideyn komitəsində müxtəlif iş sahələri (icbari təhsil. təlim
işləri, mədəni-kütləvi işlər, idman-sağlamlıq işləri, ictimai-faydalı
əmək, təsərrüfat işləri və s.) üzrə komissiyalar yaradılır və xüsusi
planla iş aparılır. Valideyn komitələri rübdə bir dəfədən az
olmayaraq öz iclaslarını keçirir, görülmüş işləri müzakirə edir,
həlli vacib vəzifələri müəyyənləşdirir;
101
-
məktəbə və ailəyə kömək şuraları – ictimaiyyəti, əmək
kollektivlərini uşaqların tərbiyəsi işinə cəlb etməyə xidmət
göstərən ictimai orqandır. Belə şuralar idarə və müəssisələrdə –
valideynlərin iş yerlərində fəaliyyət göstərir. Onlar məktəbin
tədris-maddi bazasının möhkəmlənməsində, şagirdlərin əmək
tərbiyəsi və asudə vaxtlarının təşkilində, uşaq nəzarətsizliyi ilə
mübarizədə, habelə valideynlərin tərbiyə sahəsində məsuliyyət
hissinin artırılmasında məktəbə və ailəyə yaxından kömək
göstərirlər.
Göründüyü kimi, gənc nəslin tərbiyəsi işinə qayğı göstərən
qüvvələr çoxdur. Onların işini əlaqələndirmək və bir istiqamətə
yönəltmək mühüm şərtdir. Məktəb əlaqələndirici mərkəz kimi bu
sahədə mühüm rol oynamalıdır.
102
ƏDƏBİYYAT
1. Abbasov A., Əlizadə H. Pedaqogika. Bakı, 2000.
2. Ağayev Ə. və b. Pedaqogika. Bakı, 2006.
3. Ağayev M., Nəzərov A. Qabaqcıl təcrübənin ünvanı.
Bakı, 2004.
4. Əhmədov B., Rzayev A. Pedaqogikadan mühazirə
konspektləri. Bakı, 1983.
5. Həsənov A., Ağayev Ə. Pedaqogika. Bakı, 2007.
6. Quliyev S. Ailə pedaqogikasının mühüm problemləri.
Bakı, 2005.
7. Mərdanov M. Azərbaycan təhsili yeni inkişaf
mərhələsində. Bakı, 2009.
8. Mehrabov A., Abbasov Ə., Zeynalov Z., həsənov R.
Pedaqoji texnologiyalar. Bakı, 2006.
9. Mehrabov A., Cavadov İ. Ümumtəhsil məktəblərində
monitorinq və qiymətləndirmə. Bakı, 2007.
10. Nəzərov A., Məmmədov R. Pedaqoji ustalıq. Bakı,
2008.
11.Talıbov Y. və b. Pedaqogika. Bakı, 1993.
12.“Təhsil
haqqında”
Azərbaycan
Respublikasının
Qanunu. Bakı, 2009.
103
MÜNDƏRİCAT
ÖN SÖZ.....................................................................................3
I MÖVZU: Pedaqoji texnologiyalara tarixi-nəzəri baxış .........4
II MÖVZU:Təlim texnologiyalarının mahiyyəti və
məzmunu....................................................................................10
III MÖVZU: Təlim texnologiyasının struktur və funksional
komponentləri. ...........................................................................17
IV MÖVZU: Təlim texnologiyalarının təsnifati və xarakterik
xüsusiyyətləri .............................................................................23
V MÖVZU: Təlimdə interaktiv metodlar və fəal təlim
metodları problemi.....................................................................35
VI MÖVZU: Təlim prosesində pedaqoji diaqnostika
məsələləri ...................................................................................41
VII MÖVZU: Pedaqoji innovasiyalar ......................................45
VIII MÖVZU: Yenilikçi müəllimlərin pedaqoji
texnologiyalardan istifadə bacarığı ............................................50
IX MÖVZU: Pedaqoji texnologiya sistemində yeni təlim
texnologiyalarının səciyyəsi.......................................................57
X MÖVZU: Təlim nəzəriyyəsi yeniləşən, inkişaf edən
elmdir .........................................................................................63
XI MÖVZU: Bilik mənbələrinin meyarını təşkil edən təlim
metodlarının pedaqoji texnologiyaların əsasını təşkil etməsi ....67
XII MÖVZU: Tədris, təlim və tərbiyə prosesinin vəhdəti,
funtamentallıq və mədəniyyətəmüvafiqlik ................................72
XIII MÖVZU: Təlimin humanitarlaşdırılması və
humanistləşdirilməsi ..................................................................76
XIV MÖVZU: Təhsilin fasiləsizliyi və
informatlaşdırılması ...................................................................80
XV MÖVZU: Təhsilin məhsuldarlığına güclü təsir göstərən
tibbi-bioloji şərtlər. Fiziki tərbiyə ..............................................84
XVI MÖVZU: Tərbiyə texnologiyaları. Şəxsiyyətin tərbiyəsi
işində fərdi xüsusiyyətlərin nəzərə alınması... ...........................90
XVII MÖVZU: Tərbiyə işinin təşkilində məktəb, ailə və
ictimaiyyətin birgə fəaliyyəti .....................................................95
Nəzərov Akif Məmmədağa oğlu
10 sentyabr 1936-cı ildə Astara rayonunun Səncərədi
kəndində anadan olmuşdur.
1955-ci ildə Astara şəhər 1 №-li orta məktəbi, 1960-cı ildə
isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini
bitirmişdir.
1960-1978-ci illərdə Astara rayonunun ayrı-ayrı kənd,
qəsəbə orta məktəblərində tədris işləri üzrə direktor müavini,
direktor və ixtisası üzrə müəllim işləmişdir.
1978-1984-cü illərdə Bakı şəhəri Sabunçu rayonundakı 66
№-li orta məktəbdə müəllim, 1984-cü ilin dekabrından hal-hazıra
qədər AMİ-də əvvəlcə baş müəllim, 1994-cü ildən isə dosent
vəzifəsində işləməkdə davam edir.
May 1976-cı ildə Respublikanın EA Nizami adına
Ədəbiyyat İnstitutunda dissertasiya müdafiə edərək filologiya
üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır.
Akif Nəzərovun bir filoloq kimi ədəbiyyatımızın aktual
problemləri ilə əlaqədar bir sıra kitabçası, jurnal və qəzet
məqalələri çap olunmuşdur.
Lakın o, ömrü boyu əsasən pedaqoji işlə məşğul olmuş, bir
müəllim kimi ictimaiyyətin dərin rəğbətini qazanmışdır.
1970-1978-
ci
illərdə
Respublika
Pedaqoji
Mühazirələrinin qalibi olmuşdur. “Sosializm Yarışının Qalibi”,
“Qabaqcıl Təhsil İşçisi” döş nişanları, çoxlu Fəxri Fərmanlar və
“Əmək Veteranı” medalı ilə təltif olunmuşdur. 07 dekabr 2009-cu
il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə
“Əməkdar Müəllim” Fəxri adına layiq görülmüşdür.
Pedaqoji sahədə dörd metodik tövsiyənin, iki kitabçanın,
üç proqramın, dörd dərs vəsaitinin, on beş jurnal, altmışa qədər
qəzet məqalələrinin müəllifidir.
Ailəlidir, dörd övladı, on nəvəsi vardır.
Document Outline - ÜZ QABIÐI.pdf
- Yeni t?lim texnologiyalý D?RS V?SAÝTÝ.pdf
Dostları ilə paylaş: |