Dərs vəsaitində elektrik stansiyaların və yarımstansiyaların əsas avadanlıqları: güc transformatorları, cərəyan və gərginlik transformatorları, açarlar, reaktorlar, ayırıcılar, ayıranlar vəqısaqapayanlar nəzərdən keçirilir



Yüklə 0,94 Mb.
səhifə11/19
tarix27.12.2023
ölçüsü0,94 Mb.
#198996
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   19
Avadanlıqlar

Elektromaqnit intiqllar vasitəli əlaqə intiqallarına aiddir: onun qoşulması üçün enerji intiqala qoşulma prosesində böyük güc mənbəyindən verilir.
Açarın qoşulması üçün lazımi güc polad nüvə ilə 2 yaranır, o elektromaqnitin makarasından 3 cərəyan keçdikdə ora dartılır (şəkil 3.7). Elektromaqnitin dartma qüvvəsi cərəyandan və nüvənin vəziyyətindən asılıdır. Nüvənin ştoku 1 ling mexanizminin rolikinə 5 dirənir, onu iki şarnirlə birləşmiş linglər ilə yuxarı qaldırır. Sonuncular intiqal lingi ilə hərəkəti açarın valına ötürür. Rolik qalxdıqda sancaq 4 sola hərəkət edir, nüvənin hərəkətinin sonunda, açar qoşulduqda, sancağın kəsiyi rolikn altına keçir və mexanizmi qoşulmuş halda saxlayır.
Qoşulmanın sonunda yardımçı siqnal kontaktları 6 elektromaqnit qoşulma dövrəsini açır və nüvə aşağı düşür. Şəkil 3.7-də intiqal qoşulmuş vəziyyətdə göstərilir.
Açıldıqda cərəyan açılma elektromaqnitinə 11 verilir, onun vurucusu sərbəst açılma mexanizminin linginə 9 dəyir, açılma mexanizminin lingləri “sınır” və rolik 5 sancaqdan çıxır. Açarın valı açıcı yayın təsiri ilə saat əqrəbi istiqamətinin əksinə dönür – açılma baş verir. İntiqalda yardımçı idarə kontaktları 8 nəzərdə tutulmuşdur.
Qoşulma və açılma elektromaqnitləri sıxaclar yığımı 12 ilə akkumulyator batareyalarından qidalanır. ПЭ-11 intiqalının elektromaqnit qoşulmada sərf etdiyi cərəyan – 58 A, elektromaqnit açılmada isə 1,25 A-dir. ПЭ-11 intiqalı BMП-10 açarları üçün tətbiq edilir. Elektromaqnit intiqllarının üstünlüyü onların konstruksiyalarının sadəliyi və sərt iqlim şəraitində etibarlı işidir. Nöqsanları: böyük cərəyan sərfi və buna görə güclü akkumlyator batareyalarının vacibliyidir.
Qeyd edildiyi kimi, elektromaqnit intiqlını qidalandırmaq üçün kifayət qədər tutumu olan akkumulyator batareyası lazımdır. Lakin alçaldıcı yarımstansiyaların çoxunda akkumulyator batareyalatının qoyulması iqdisadi cəhətcə əlverişlı deyil. Belə şəraitdə elektromaqnit intiqallarının tətbiqi yalnız onların dəyişən cərəyanlı elektrik şəbəkəsindən fərdi yarımkeçirici düzləndiricilərlə qidalanması ilə mümkündür.

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin