Dərs vəsaitində elektrik stansiyaların və yarımstansiyaların əsas avadanlıqları: güc transformatorları, cərəyan və gərginlik transformatorları, açarlar, reaktorlar, ayırıcılar, ayıranlar vəqısaqapayanlar nəzərdən keçirilir



Yüklə 0,94 Mb.
səhifə12/19
tarix27.12.2023
ölçüsü0,94 Mb.
#198996
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   19
Avadanlıqlar

Pnevmatik intiqal sıxılmış havanın enerjisi ilə acarın cəld qoşulmasını təmin edir. Onun kinematik sxemi elektromaqnit intiqalına oxşayır, lakin elektromaqnit əvəzinə pnevmatik silindr tətbiq edilir (şəkil 3.8).
Açar qoşulduqda sıxılmış havanı rezervuardan işçi silindrə 1 verən klapan açılır. Porşen 4 ştokla 5 yuxarı qalxır və hərəkətli rolikə və linglərə təsir edərək açarı qoşur. Bu halda porşen üzərindəki yay sıxılır, qoşulmada olan zərbəni yavaşıdır. Açılma vaxtı açılma elektromaqnitinə impuls verilir və o sərbəst açılma mexanizminə təsir edir. Sıxılmış hava (2MPa) hava acarlarını təmin edən ümumi kompressor qurğusundan verilir və ya hər intiqalda hava vurulmadan beş -altı əməliyyatı təmin edən sıxılmış hava balonu quraşdırılır. Havanın vurulması üçün gücü 1 kVt-a qədər olan elektrik mühərriki ilə kiçik kompressorlardan istifadə olunur.




Şəkil 3.7. Elektromaqnit intiqal (ПЭ-11)
1 – nüvənin ştoku; 2 – nüvə; 3 – elektromaqnit makara; 4 – sancaq;
5 – ling mexanizminin roliki; 6 – yardımçı siqnal kontaktları; 7 – açarın valı;
8 – yardımçı idarə kontaktları; 9 – sərbəst ayırma mexanizmi;
10 – əl ilə açma lingi; 11 – açma elektromaqniti; 12 – sancaqlar yığımı


Şəkil 3.8. Pnevmatik intiqal (ПВ-30)
1 – pnevmatik silindr; 2 – hava yolunun flansı; 3 – dempfer ştoku; 4 – porşen;
5 – ştok; 6 – saxlayıcı sancaq; 7 – qaldırıcı rolik; 8 – açma elektromaqniti;
9 – sərbəst açılmanın linglər sistemi; 10 – intiqalın korpusu; 11 - əl ilə qoşma üçün domkrat; 12 – vəziyyət göstəricisi

Pnevmatik intiqallar güclü akkumulyator batareyalarının qoyulmasını tələb etmir, çünki elektromaqnit qoşulma klapanının sərf etdiyi cərəyan bir neçə amperdən çox deyil. Distansion idarə sxemindən intiqala gələn naqillərin en kəsiyi elektromaqnit intiqalda olduğundan azdır.


Pnevmatik intiqalların sonrakı inkişafı hidropnevmatik intiqallardır, onlarda açarın hərəkətli sisteminin hərəkəti böyük təzyiq altinda olan
sıxılmış qaz hesabına olur. Adətən hidropnevmatik intiqallarda azotdan istifadə edilir.



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin