Dərs vəsaitində elektrik stansiyaların və yarımstansiyaların əsas avadanlıqları: güc transformatorları, cərəyan və gərginlik transformatorları, açarlar, reaktorlar, ayırıcılar, ayıranlar vəqısaqapayanlar nəzərdən keçirilir


MÜHAZİRƏ 7 3.4. Elektromaqnit açarlar



Yüklə 0,94 Mb.
səhifə9/19
tarix27.12.2023
ölçüsü0,94 Mb.
#198996
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   19
Avadanlıqlar

MÜHAZİRƏ 7

3.4. Elektromaqnit açarlar
Elektromaqnit açarlar digər dəyişən cərəyan açarları arasında xüsusi yer tutur. Onların tətbiq sahəsi 10 -15 kV gərginliklə məhdudlaşır. Kontaktlarda yaranan qövs maqnit sahəsi ilə sönmə kamerasına dartılır. Sonuncu V – şəkilli yarıığı olan, kiçik hava məsamələri ilə aralanmış keramik qövsədavamlı inert ( ayrılan qaza qarşı) lövhələrdən ibarətdir. Qövsün uzunluğu xeyli artır (1-2m), en kəsiyi isə lövhənin dar kəsiklərində məcburən kiçilir. Qövs yüksək istilikkeçirməyə malik olan lövhələrin soyuq səthinə sıx toxunur. Bu da enerji itkisinin və gərginlik qradientinin artmasına səbəb olur. Qövsün müqaviməti tez artır, cərəyan isə qövs sönənə kimi azalır. Elektromaqnit açarda qövsün hərəkəti və onun uzanması cərəyana perpendikulyar olan maqnit sahəsinin təsiri ilə olur.
Elektromaqnit açarlar böyük güclü elektrik stansiyaların məxsusi ehtiyacları üçün, həmçinin açılma və qoşulma əməliyyatları tez-tez tələb olunan sənaye qurğularında tətbiqini tapmışdır.
Elektromaqnit açarların üstünlüyü onların yanğın və partlayış təhlükəsizliyində, həmçinin tam avtonom olmasındadır, çünki onlar hava üfürmək üçün kompressor qurğusu tələb etmir. Bu açarların nöqsanı baha olması, maqnit üfürücü sistemli qövs sönmə kamerasının mürəkkəb konstruksiyası və nominal gərginliyin yuxarı həddinin (15-20 kV) məhdudluğudur.


3.5. Vakuum açarları
Vakuum açarları 6-10 kV paylayıcı qurğularda, komplekt paylayıcı qurğularda yağ və elektromaqnit açarları əvəzinə geniş tətbiq olunmağa başlanmışdır. Şəkil 3.5-də vakuum açarı göstərilir.
Vakuum açarının kontakt sistemi lehimlənmiş balona yerləşdirilir, orada təzyiq 10-3 – 10-4 Pa təşkil edir. Kontaktlar açıldıqda keçirici kontakt nöqtələrinin sayı azalır. Son kontakt nöqtəsi ərimiş metal körpü kimi dartılır, bu da cərəyanın təsiri ilə qaynama temperaturuna qədər tez qızır və buxarlanır. Yaranmış metal buxarı buludunda qövs boşalması yaranır.


Şəkil 3.5. Vakuum açarı (BB/TEL seriyalı)


Kontakt aralığının elektrik möhkəmliyi vakuum açarında yağ və hava açarlarına nisbətən daha tez bərpa olunur ki, bu da yüklü hissəciklərin ətraf mühitə intensiv diffuziyası ilə izah olunur. Lakin nisbətən böyük cərəyan açılmasında ola bilər ki, qövsün sönməsi cərəyanın birinci yox, ikinci və ya üçüncü sıfıra yaxınlaşmasında baş versin.
Vakuum açarlarının üstünlükləri bunlardır: qövs söndükdən sonra aralığın elektrik möhkəmliyinin olduqca tez bərpası; kiçik qabarit və kütlə; kontaktların kiçik hərəkəti; əməliyyatların çoxluğuna baxmayaraq iş müddətinin çox olması. Nöqsanlar: nominal cərəyanların və açma cərəyanlarının nisbətən az olması; kommutasiya ifratgərginliklərinin ola bilməsi; Vakuum açarlarının tətbiq sahəsi, vakuum kameralarının konstruksiyası təkminləşdikcə, onların etibarlığı və açma qabiliyyəti yüksəldikcə, genişlənir.
Komplekt paylayıcı qurğularda (KPQ) son vaxtlar yağ, elektromaqnit, vakuum və eleqz açarları tətbiq edilir. Dünya praktikasında 6-35 kV KPQ üçün istehsal olunan az həcmli yağ açarlarının həcmi azalır. Eleqaz və vakuum açarları ilə müqayisədə konkurentlik qabiliyyətini artırmaq məqsədi ilə “Siemens” (Almaniya) firması az həcmli yağ açarlarının mexaniki resursunu 10 min əməliyyata çatdırmışlar. Bu açarların əsas üstünlüyü qiymətinin aşağı olmasıdır.
Hazırda dünyada ən çox vakuum və eleqaz açarları istehsal olunur. “Marlen Jeren” (Fransa) firmasının istehsal etdiyi “Flyuark” tipli eleqaz açarının iş müddətinnə 20 il qarantiya verilir.
KRQ üçün vakuum açarları Yaponiyada, Almaniyada, Böyük Britaniyada İtaliyada, Avstriyada, Rüsiyada hazırlanır.
“Siemens” və “Elin” (Avstriya) firmaları 3AF seriyalı vakuum açarları istehsal edir. Onların nominal gərginliyi 7,2 – 36 kV, nominal cərəyanı 800 – 3150 A, açma cərəyanı 8 – 40 kA-dir. “Elin” firması kiçik qabaritli KRQ üçün sadə konstruksiyalı 3AG seriyalı vakuum açarları buraxır. Onların eyni nominal gərginlik üçün qabaritləri kiçikdir, nominal cərəyanı 800 – 1200 A, açma cərəyanı 20 kA –dir. 3AF açarı ilə müqayisədə 3AG açarında detalların sayı iki dəfə azdır.
“Viark” seriyalı vakuun açarları istehsal edən “Saçe” (Yaponiya) firması nominal gərginliyi 7,2 – 38 kV, nominal cərəyanı 630 – 4000 A və açma cərəyanı 12,5 – 50 kA olan açarların istehsalını mənimsəmişdir. 4000 A cərəyan dünyada KPQ -nın vakuum açarlarının ən böyük nominal cərəyanıdır. Onların etibarlığı yüksəkdir.
Bütün açarlar üçün nominal açma cərəyanının normalanmış asimmetriyası qəbul edilmişdir (şəkil 3.6)

Şəkil 3.6. Açma cərəyanının normalanmış asimmetriyası


Aperiodik tərkibibin normalanmış faiz miqdarı βnom qövssöndürən kontaktların açılma anında cərəyanın aperiodik tərkibininaçma cərəyanının nomonal amplituduna olan nisbəti ilə (faizlə) təyin edilir.

Normalanmış asimmetriya qısa qapanma anından qövssöndürən kontaktların açılma anına qədər olan ən qısa vaxtın τ funksiyası kimi qəbul edilir. Sonuncunu istehsalçı zavodun göstərdiyi açarın məxsusi açılma vaxtı və rele mühafizəsinin minimal işədüşmə vaxtının cəmi (0,01 san) kimi qəbul edirlər.


Rusiyada vakuum açarları aşağıdakı müəssisələrdə istehsal edilir:
1) “Kontakt” (Saratov);
2) “Elvest” (Yekaterinburq);
3) “Elektrokompleks” (Minusinsk);
4) “Tavrida-Elektrik (Sevastopol).
Bu müəssisələrin istehsal etdiyi açarların texniki göstəriciləri və nomenklatirası cədvəl 3.1, 3.2, 3.3 –də verilir.
Cədvəl 3.1
6-10 kV vakuum kommutasiya aparatlarının texniki xarakteristikaları

İstehsalçı

Açarın tipi

Əsas xassələr

İntiqalım tipi

Özəklərin tipi

Unom, kV

Inom, A

Iaçma, A

“Kontakt”

ВБЕ-10-20/630-1250УХЛ3

10

630 1250

20

El.maqn.
Yaylı

КВС-
К-
КРУ-
КВП-
КВЭ-
ST-
КЗ-



ВБЭ-10-20/1600УХЛ2

10

1600

20

El.maqn.
Yaylı

ВБЭК-10-40/3150УХЛ2

10

3150

40

El.maqn.



“Elvest”

ВБЭК-10

10

630-1600

20
31,5

El.maqn.
Yaylı

ВЭМ-
К-
КРУ

ВБМЭ-10

10

2000-3150

40

El.maqn.
Yaylı

“Elektrokompleks”

ВВТЭ-М-10-12,5/630

10

630

12.5

El.maqn.

К-

ВВТЭ-М-10-20/630,1000,
1600

10

630-
1600

20

El.maqn.

“Tavrida-Elektrik”

ВВ-ТЕL-10-16/630УХЛ2

10

630

16

El.maqn.
sancaq

К-
КР-
КРН-
КМ-



ВВ-ТЕL-10-16/800УХЛ2

10

800

16

El.maqn.
sancaq

Cədvəl 3.2


Vakuum açarlarının istehlak keyfiyyətlərinin qiymətləndirilməsi

Xarakteristika

“Kontakt”

“Elvest”

“Elektrokompleks”

“Tavrida-Elektrik”

Açarların nominal cərəyanı, A
1600-ə qədər
1600-3150

+
+


+
+


+
-


+
-


Açarların açılmasının nominal cərəyanı,kA
20,0-yə qədər
31,5-ə qədər
40-a qədər

+
-
+

+
+
-

+
-
-

+
-
-

Açarların intiqalı

El.maqn./Yay-motor

El.maqn./Yay-el.maqn

El.maqn./Yay-motor

El.maqn. sancaq

Baza açarının qabarit ölçüləri (hündürlüyü -eni-uzunluğu), mm

530x704x 510

Açarın qabariti tətbiq olunan vakuum qövssöndürücü kameranın tipindən asılıdır

6400x547x 436

728x244x 467

Kütləsi, kq

108...420

Açarın kütləsi tətbiq olunan vakuum qövssöndürücü kameranın tipindən asılıdır

74...108

28...35

Rekonstruksiya

+

+

+

+

Mümkün tətbiq sahəsi

Qidalandırıcı mərkəzlər, paylayıcı şəbəkələr

Qidalandırıcı mərkəzlər, paylayıcı şəbəkələr

Qidalandırıcı mərkəzlər, paylayıcı şəbəkələr

Paylayıcı şəbəkələr,
Kabel şəbəkələri

Cədvəl 3.3
Müxtəlif istehsalçıların açarlarının üstünlüyü və nöqsanları

İstehsalçının adı

Üstünlükləri

Nöqsanları

“Kontakt”

1.İstehsalın yüksək səviyyəsi
2.Nominal cərəyanların və açma cərəyanların bütün spektr açarlarının buraxma imkanı
3.Açarların həm elektromaqnit, həm də yay-motor intiqalla kompleklənmə imkanı
4.Məhsul sertifikasıya olunmuşdur
5.Açarların qarşılıqlı məqbulla alına bilinməsi

Diyirlənib çıxan elementlər mexaniki blokirovka hissəsində KPQ özəkləri ilə tam uyğunlaşa bilmir: quraşdırmada özəklər zavodun təklif etdiyi komplektlərlə işlənib tamamlanmalıdır

“Elvest”

1.Diyirlənib çıxan elementlər mövcud KPQ özəkləri ilə və xarici qurğunun KPQ-si ilə tam uyğunlaşır
2.İstənilən vakuum qövssöndürücü kameralardan istifadə edilə bilinməsi

1.Yay pis çəkildikdə yay intiqllı açarın özbaşına qoşulması baş verə bilər.
2.Kontaktların iş normasının indikatoru yoxdur

“Elektrokompleks”

1.Nominal cərəyanların kommutasiyasında açarların böyük resursu
2.Açarların həm elektromaqnit, həm də yay-motor intiqalları ilə komplektləşməsinin mümkünlüyü
3.Diyirlənmə elementinin kiçik qabariti və çəkisi

1.Məhsulun keyfiyyəti aşağıdır
2.Elektromaqnit idarə korpusunun korpusları termiki davamsız materiallardan hazırlanmışdır
3.Tıxma kontaktları zəifdir

“Tavrida-Elektrik”

1.Kiçik qabariti və çəkisi
2.İstehsala müasir texnologiya və materialdan istifadə
3.Nominal cərəyanların kommutasiyasında açarların böyük resursu
4.Açarların qarşılıqlı qeydiyyatla alınması
5.Məhsulun sertifikatının olması

1.Nominal cərəyan 1600 A və açma cərəyanı 20 kA üçün açarlar yoxdur
2.İdarə bloku etibarsızdır

Açarların tipindəki hərflər: B – açar, B (ikinci) – hava və ya vakuum, M – yağ və ya az yağlı, M (ikinci) – az yağlı (BMM), Г – qütblərin generatorvə ya qorşoklu hazırlanması (MГГ), П – qütblərin yay intiqalı ilə asma hazırlanması (BПМП, ВМПП) və ya hazırlanma variantı (BBTП), Э – elektromaqnit və ya hazırlanma variantı (BBTЭ), Э – elektromaqnit intiqallı (BMПЭ), С – zəlzələyə davamlı, K – kolonkalı ( BK, BKЭ) və ya KPQ üçün, T – üçqütblü (BBTЭ, BBTП); birinci rəqəm – nominal gərginlik, kV, ikinci və üçüncü rəqəm – müvafiq olaraq nominal cərəyan, A, və nominal açma cərəyanı, kA ( hava açarlarında - əksinə), rəqəmlərdən sonra hərflər: У – mülayim iqlimlı rayonlarda işləmək üçün, T – tropik iqlimdə, XЛ – soyuq iqlimdə işləmək üçün; sonuncu rəqəm: 1 – açıq havada işləmək üçün, 2 – xarici havanın daxil ola bildiyi otaqlarda işləmək üçün, 3 – təbii ventilyasiyalı qapalı otaqlarda işləmək üçün .




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin