Açarlar elektrk dövrələrini müxtəlif şəraitlərdə: normal rejimlərdə - cərəyanın azdır və faza gərginliyindən geri qalır və ya onu qabaqlayır; qısa qapanmada - cərəyan on və hətta yüz min amperlərlə ölçüləndə, fazada cərəyan və gərginlik faza sürüşmə bucağı π/2 –yə çatdığı halda, qoşmaq və açmaq üçündür. Açar nəinki zədələmmiş dövrəni açmalı, həm də onu təkrar qoşmalıdır və qısaqapanma araqan qalxmazsa, yenidən aşmalıdır.
Tətbiq olunan açarlarların bu növləri var: yağ, hava, eleqaz, elektromaqnit və vakuum açarları.
Yuxarıda göstərilən tələblərə cavab verən açarlar normal rejimdəki dövrələri açan (qısa qapanmada olmayan) yük açarlarından fərqli olaraq güc açarları adlanır.
3.1. YAĞ AÇARLARI Yağ açarlarının iki növünün tətbiqi üstünlük təşkil edir: böyükhəcmli və kiçikhəcmli.
Böyükhəcmli (və ya çənli) yük açarları. Bu açarlarda yağ nəinki qaz generasiya edən maddə, həm də izolyasiyadır. Bu tip açarlar son vaxta qədər nominal gərginliyin bütün pillələrində geniş tətbiq olunurdu. Hazırda onların tətbiq sahəsi kiçilmişdir. Enerji sistemlərində onlar xüsusi şəraitdə, yalnız 35-220 kV xarici paylayıcı qurğularda (PQ -PУ) tətbiq edilir.Bu tip açarların xarakterik cəhəti üç qütb üçün torpaqlanmış ümumi polaq çənin olması və ya hər qütb üçün ayrılıqda çənin olmasıdır.
Çənli yağ açarlarının hazırlanması sadədir. Onların qiyməti nisbətən uçuzdur. Ona qoşulmuş cərəyan transformatorunun olması onun üstünlüyüdür. Qövssöndürən qurğuların konstruksiyalarının təkminləşməsi yanğın və partlayış təhlükəsini praktiki olaraq aradan qaldırmışdır. Lakin yağın həcminin böyük olması kontakt sisteminə girişi və təmiri çətinləşdirir. Çən açarlarının altında özül (fundament) böyük impuls yüklərinə davamlı olmalıdır. Göstərilən nöqsanlara görə çən açarları yeni obyektlərdə tətbiq edilmir, fəaliyyətdə olan obyektlərdə isə azhəcmli və eleqaz açarları ilə əvəzlənir.