və bütün mümkün olan üsullar onda fiziki gücü inkiĢaf etdirməyə yönəldilirdi.
Silahla davranma va müxtəlif hərəkətlər üzrə müntəzəm təlimla yanaĢı, ona
qaçıĢ, tullanma, süvülla tullanma, gayaya dırmanma, güləĢmə, uy mak (avvalca
geyimsiz, sonra bütün hərbi lavazimatla) kimi
tam 0 funtdan il davam etada fiziki təmrinlar əsaslı öyrədilirdi. Hər döyüĢçü
tam yürüĢ ləvazimatı ilə (40 funtdan 60 funtadək yüklə) saatda 5 mil sürətlə
uzun müddətli yürüĢü davam etdirməli idi. Təkcə taza döyüĢçülər deyil, veteran
legionerlər də fiziki gümrahlığı və qıvraqlığı saxlamaq, yorucu maĢğələlərə və
məhrumiyyətlərə adət etmək üçün bu rejimlə bütün hərəkətləri yerinə yetirməli
idilər».
Bu tərbiyə sistemi Romada b. e. ə. II əsrin sonunadək davam
etdirilmiĢdir. Sonra isə Mariyanın reforması əsasında peĢəkar ordunun əsası
qoyuldu. Fiziki hərəkətlər, oyunlar, yarıĢlar qadim romalıların məiĢətinə
möhkəm daxil olmuĢdu. Topla müxtəlif oyunlar həm patrisi zadəganları, həm
də plebeylər arasında geniĢ yayılmıĢdı.
Əlamətdar tarixi hadisalər və müxtəlif dini bayramlar Ģərəfinə bir çox ictimai
oyunlar keçirmək romalıların hayatında böyük yer tuturdu. Ġctimai Oyunlar
keçirmək üçün hələ b. e. ə. VI əsrda qədim Romada çar Tarkvinin Priski
tərəfindən böyük sirk tikdirilmiĢdi. Sonralar b. e. ə. II əsrdə ikinci sirk inĢa
olunmuĢdu. Bu, Flamineylərin sirki idi. Sirk oyunları arasında ən kütləvisi
Roma oyunları sayılırdı. Bu oyunlar patrisi zadəganlarının ən qədim
bayramlarını bəzəyirdi. VI əsrdə respublika təsis olunandan sonra plcbey
oyunları da geniĢ inkiĢaf yoluna çıxdı.
Yunanıstanla əlaqələr möhkəmləndikcə yunan mədəniyyəti elementləri, o
cümlədən, fiziki tərbiyə Roma gənclərinə də sirayət etməyə baĢladı. E. ə. II
əsrdən baĢlayaraq siyasi və ictimai xadimlər yunan atletika yanıĢlarını Roma
torpağına da keçirməyə cəhd göstərdilər. Lakin bu cəhd baĢ tutmadı. E. ə. I
əsrdə Roma Yunanistanı ələ keçirəndən sonra konsul Sulla yunan Olimp
oyunlarını (e. 5. 80-cı ildə) Romada keçirməli idi. Lakin bu oyunlar Romada
müvəffəqiyyat qazanmadı, Sullanın cəhdi romalılar tərəfindən müdafiə
olunmadı. Növbəti olimp oyunları yenə də Yunanıstanda keçirildi.
E. Ə. II əsrdə sinfi simasını itirmiĢ xalq kütlələri Roma Ģəhərinə axıĢdı.
Hakimiyyət uğrunda mübarizə aparan müxtəlif sağ qrup zadəganlar öz
məqsədlərinə çatmaq üçün bülümpen proletarlardan istifadə etməyə çalıĢırdılar.
Bu, kütlələrə yaxınlaĢmaq cəhdlərindən biri onlar üçün ictimai bayramlar
əsasında dəbdəbəli tamaĢalar təĢkil etmək idi. Bele tamaĢaların təĢkilatçıları
19
ənənəvi qədim Roma oyunları ilə kifayətlənməyərək, həyəcanlanmıĢ kütlələri
daha da qızıĢdıra biləcək yeni yarıĢ növləri də axtarırdılar. Qanlı tamaĢalardan
biri b.e.ə. II əsrdə meydana çıxmıĢ qladiator döyüĢləri idi. Sonralar bu döyüĢlər
Roma tamaĢalarının əsas elementlərindən birinə çevrildi. B.e.ə. I əsrdə qədim
Romada qladiatorlar hazırlamaq üçün xüsusi məktəblər yaradılmağa baĢlandı.
Belə məktəblər istər ayrı-ayrı Ģəxslər, istərsə də dövlət tərəfindən yaradılırdı.
Bu məktəblərdə qullar təcrübəli təlimatçıların rəhbərliyi altında qılınc
oynatmağı öyrənirdilər. TamaĢaları təĢkil edənlər lazım gəldikdə haqqını
ödəməklə bu məktəbin qladiatorlarından da istifadə edirdilər.
Qladiatorların məktəblərində qulları amansızcasına istismar edirdilər. Bu da
üsyana qalxmaq üçün onların birləĢməsinə səbəb olurdu. Bu üsyanlardan ən
böyüyü Kapuya Ģəhərindəki məktəbdə Spartakın baĢçılığı ilə meydana gəlmiĢ
üsyan (b.e.ə. 74-71-ci illər) idi. Bu üsyanı yatırmaq üçün Roma özünün bütün
qüvvəsini səfərbərliyə almağa məcbur oldu. Üsyan qəddarcasına yatırıldı.
4.2. ROMA ĠMPERĠYA ELAN OLUNANDAN
SONRA FĠZĠKĠ TƏRBĠYƏ
B.e.ə. I əsrdə Roma quldarlıq imperiyasına çevrildi. Yunanıstanda olduğu
kimi burada da quldarların hərbi-fiziki sisteminin tənəzzülə uğraması inuzdlu
ordunun yaranmasına səbəb oldu. Bər-bəzək içində yaĢayan zadəganlar fiziki
hərəkətlorden yalnız özlərinə lazım olanlarını qoruyub saxladılar. Xüsusi
tikilmiĢ dəbdəbəli termlərdə (hamamlarda) ilıq suda çimmək dəb halını aldı. Elə
buradaca masaj qəbul olunur, yüngül gimnastika hərəkətləri və topla oyunlar
keçirilirdi.
Romada imperiya dövründə fiziki tərbiyənin xarakterik cəhətlərindən biri
tamaĢaların (əyləncələrin) daha da inkiĢaf etdirilməsi idi. Quldarlar tamaĢaların
miqyasını artırmaqla kifayatlənməyib onların xaraktercə qəddar və amansız
olmasına xüsusi fikir verir, oyunların vəhĢi əylənceyə çevrilib kütlələrin
hisslərini qızıĢdırmağa yönəldirdilər. Imperiya dövrünün əvvəlində (b.e. I
əsrinin ilk illərində) ildo ümumən 66 gün əyləncəli tamaĢa keçirilirdi. B. e. II
əsrinin ortalarında ildə 135 gün, IV əsrin ortalarında isə 175 gün əyləncəli
tamaĢalar göstərilirdi.
Sirk oyunlarının böyük miqyasda artması ilə yanaĢı, qladiator döyüĢlərinin
sayı da durmadan çoxalıdı. Belə döyüĢlər keçirmək üçün xüsusi qurğular-
amfiteatrlar tikilirdi. Onlardan ən böyüyü Kolizey amfiteatrı (b. e. I əsrində)
sayılırdı ki, onun xarabalıqları indi də Ġtaliya paytaxtında qalmaqdadır.
Amfiteatr səhnələrində qanlı döyüĢlər gedirdi. Bu döyüĢlər də atlı
qladiatorlar da iĢtirak edirdilər. Bəzi hallarda qladiatorları vəhĢi heyvanlarla da
döyüĢdürürdülər.
Dəniz vuruĢmaları gladiator döyüĢlərinin xüsusi növü sayılırdı. Belə döyüĢlər
xüsusi tikilmiĢ nəhəng su anbarlarında keçirilirdi. Ġmperator Avqustun təĢkil
etdiyi belə döyüĢlərdən birində 19 min qladiator iĢtirak etmiĢdi.
20
Bütün bunlarla yanaĢı Romanın sağ dairəsinə mənsub adamlar yunan tipli
atletika yarıĢlarının keçirilməsinə də var qüvvə ilə çalıĢırdılar. Imperator
Avqust Aktsi yaxınlığındakı qələbə Ģərəfinə dörd ildən bir atletika yarıĢları təsis
etməyə səy göstərmiĢdi.
Bizim eranın 60-cı ilində Neron neroneyn» bayramı təĢkil etdi. Proqrama at
qoĢulmuĢ arabada yarıĢ ve atlətlərin yarıĢları daxil idi. Imperator Domisionun b.
e. 86-cı ilində təsis etdiyi kapitoli oyunları daha uğurlu sayılmalıdır. Bu oyunlar
Roma imperiyasının sonunadək davam etdi. Proqrama atletlerin çıxıĢları ilə
yanaĢı xanəndələrin, musiqiçilərin və deklamasiya söyləyənlərin də
göstərdikləri nömrələr daxil idi. Bu çıxıĢlar proqramda daha böyük yer tuturdu.
Atletika yarıĢlarından ən kütləvisi güləĢmə və yumruq döyüĢü idi.
B.e.IV əsrində Romada xristian dini dövlət himayesi altına keçdi. Bundan sonra
xristian dini Romanın əyləncəli tamaĢalarına, xüsusən qanlı qladiator
döyüĢlərinə qarĢı fəal mübarizə aparmağa baĢladı. Məsələ burasındadır ki, belə
tamaĢalara daha çox adam gəlir və kilsənin təsir gücü azalırdı. Buna görə də
bizim eranın IV əsrində artıq qladiator döyüĢlərinin miqyası və miqdarı
azalmağa baĢladı, 404-cü ildə isə xristian dininə zidd olan belə tamaĢalar və
digər tədbirlər büsbütün qadağan olundu.
Dostları ilə paylaş: |