Qərbi Kaspi Universiteti
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
fənni üzrə sillabus
Fənn Kodu və adı
Semester
Kredit
ÜF-B05
Azərbaycan dilində
işgüzar və akademik
kommunikasiya
I
4
Fənn haqqında/
Dərsin dili
Azərbaycan
Təhsil pilləsi
Bakalavr
Məqsədi
1.“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya”
fənni müəyyən ehtiyac və tələbat əsasında meydana çıxmışdır.
Qloballaşma şəraitində zamanın tələblərinə uyğun Azərbaycan
dilinin düzgün, səlis istifadəsi, eləcə də bu dildə ixtisasından
asılı olmayaraq rəvan nitq hazırlanması, fikirlərin qüsursuz
çatdırılması üçün onun fonetik, leksik və qrammatik qayda-
qanunlarını, normalarını dərindən bilərək yazılı və şifahi nitqə
düzgün tətbiq etmək zəruridir. Fənn praktik məşğələlər
formasında tədris edilir.
2.Praktik məşğələlər formasında tədris edilən “Azərbaycan
dilində işgüzar və akademik kommunikasiya” fənni tələbələrə
Azərbaycan dilinin qrammatik normalarını tətbiq edərək,
təmiz, düzgün, dəqiq, yığcam, ümumiyyətlə, kamil nitq
vərdişlərini yaratmağa, eləcə də işgüzar ünsiyyət etikasını
aşılamağa xidmət edir.
Əldə ediləcək nəticələr
“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya”
fənni ana dilinin fonetik, leksik, qrammatik qaydalarını,
normalarını, nitqin qarşısında duran tələbləri akademik və
işgüzar kommunikasiyada tətbiq etməyi öyrədir. Fənnin
tədrisinin hədəfləri:
Azərbaycan ədəbi dilinin qayda-qanunlarına düzgün
əməl etmək;
Azərbaycan dilində təqdimat etmək;
tələbələrin yaradıcılıq qabiliyyətini inkişaf etdirmək;
yazılı və şifahi dil vasitəsi ilə məlumatı çatdırmaq;
qeydiyyat aparmaq, məlumat toplamaq;
müxtəlif məzmunda məlumatları müzakirə etmək;
akademik məqalələri tərtib etmək;
akademik və işgüzar yazı bacarıqlarını aşılamaq;
çoxparaqraflı mətnlərin təşkilatı hissələrinə nəzarət
etmək;
müxtəlif ideya və ziddiyyətli fikirləri təhlil etmək;
fikirləri düzgün dəstəkləmək (statlar, faktlar, misallar);
işgüzar və akademik ünsiyyət vərdişlərini yaratmaq;
xüsusi auditoriyalar üçün uyğun söz, uyğun ton, uyğun
səs seçmək.