ASCII kodlaşdırmasında 88 bit, yaxud 11 bayt yer tutur.
UNICODE kodlaşdırmasında 176 bit, yaxud 22 bayt yer tutur.
Unutmayın ki, mətndə sözlərarası boşluqlar da simvoldur. Çünki onlar da klavia-turadan daxil edilir və yaddaşda saxlanılır
Tədqiqat sualı: Verilmiş informasiyanın həcmini necə hesablamq olar?
Tədqiqatın aparılması: Sinfi 3 qrupa bölürəm. Hər qrupa işçi vərəqi təqdim edirəm.
Qrup 1. Avtomobil nömrə nişanları hərf və rəqəmlərin kombinasiyasından ibarətdir. Azərbaycanda avtomobil nömrələri region kodundan (cəmi 74 variant), 26 hərflik ingilis əlifbasının iki hərfindən və onluq say sisteminin üçrəqəmli ədədlərindən formalaşır. Qonşu Gürcüstanda isə avtomobil nömrə nişanları 26 hərflik ingilis əlifbasının 3 hərf və onluq say sisteminin 3 rəqəminin kombinasiyasından ibarət olur.
Azərbaycanda cəmi neçə müxtəlif avtomobil nömrəsi almaq mümkün olduğunu hesablayın.
Qrup 2. Avtomobil nömrə nişanları hərf və rəqəmlərin kombinasiyasından ibarətdir. Azərbaycanda avtomobil nömrələri region kodundan (cəmi 74 variant), 26 hərflik ingilis əlifbasının iki hərfindən və onluq say sisteminin üçrəqəmli ədədlərindən formalaşır. Qonşu Gürcüstanda isə avtomobil nömrə nişanları 26 hərflik ingilis əlifbasının 3 hərf və onluq say sisteminin 3 rəqəminin kombinasiyasından ibarət olur.
Hansı halda variantların sayı çoxdur: Azərbaycanda, yoxsa Gürcüstanda? Qrup 3. Avtomobil nömrə nişanları hərf və rəqəmlərin kombinasiyasından ibarətdir. Azərbaycanda avtomobil nömrələri region kodundan (cəmi 74 variant), 26 hərflik ingilis əlifbasının iki hərfindən və onluq say sisteminin üçrəqəmli ədədlərindən formalaşır. Qonşu Gürcüstanda isə avtomobil nömrə nişanları 26 hərflik ingilis əlifbasının 3 hərf və onluq say sisteminin 3 rəqəminin kombinasiyasından ibarət olur.
Hansı halda variantların sayı çoxdur: Azərbaycanda, yoxsa Gürcüstanda?
Doğru vavablar:
Nəzərə almaq olar ki, birinci region kodu 74 variantda olur, hərflərin hər biri Adan Z-dək dəyişə bilər, yəni hər birinin 26 variantı var, rəqəmlər isə 0-dan 9-dək qiymət-lər ala bilər. Deməli, Azərbaycanda mümkün müxtəlif avtomobil nömrə nişanlarının sayı belə hesablanır: 74 26 26 10 10 10 = 50 024 000 Gürcüstanda mümkün nömrə nişanlarının sayı belə hesablanır: 26 26 26 10 10 10 = 17 576 000 Demə-li, Gürcüstanda mümkün avtomobil nömrə nişanlarının sayı Azərbaycandan azdır.