Məlumat mübadiləsi Hər qrupun nümayəndəsi qrup işini təqdim edir.
Məlumat müzakirəsi Şagirdlərə suallarla müraciət edirəm: 1. UNICODE kodlaşdırmasında "Yalançının yaddaşı olmaz." informasiyasının həcmi nə qədər olacaq? – 50 bayt. 2. Tutumu 1 Kbayt olan yaddaş sahəsinə ASCII kodu ilə verilmiş "Saxla samanı, gələr zamanı." atalar sözü neçə dəfə yerləşər? Mətn 27 simvoldan ibarətdir. ASCII kodlaşdırmasında yazı 27 bayt yer tutur. 1 Kb=1024 bayt olduğunu nəzərə alaraq 1024 : 27 = 37,926. Deməli, 1 Kbaytda 37 belə yazı yerləşə bilər.
Nəticə və ümumiləşdirmə kompüterdə informasiya 0 və 1-lər vasitəsilə – ikilik kod-la göstərilir. İkilik kodun hər bir rəqəmi (0, yaxud 1) bit (ingiliscə binary digit – ikilik rəqəm) adlanır.
Bir bit iki qiymət (2) ala bilər. İkilik kodun rəqəmlərinin sayı artdıqca onunla kodlaşdırılan simvolların sayı da artır. Məsələn, rəqəmlərin sayı iki olarsa, dörd simvolu (2∙2) ifadə etmək olar: 00, 01, 10, 11. Üç rəqəmlə səkkiz simvolu (2 2 2) kodlaşdırmaq olar: 000, 001, 010, 011, 100, 101, 110, 111.
Beləliklə, rəqəmlərin sayının bir vahid artırılması kodlaşdırılan simvolların sayını iki dəfə artırır.
Gerçək mətndə təxminən 100 müxtəlif simvol (əlifbanın böyük və kiçik hərfləri, rəqəmlər, durğu işarələri, tez-tez istifadə olunan riyazi simvollar və s.) olur. Buna görə də belə mətni kodlaşdırmaq üçün ən azı 7 ikilik rəqəm lazımdır. Belə ki, 7 bitlə 128 simvolu kodlaşdırmaq olur (2 ∙ 2 ∙ 2 ∙ 2 ∙ 2 · 2 ∙ 2 = 128). Kompüterlərdə ingilis əlifbası ilə yanaşı, milli əlifbalardan da istifadə olunur. Bu halda 128 simvolu əhatə edən 7-bitlik kodlaşdırma kifayət etmir və əlavə bir bitə də ehtiyac yaranır. Yuxarıda deyildiyi kimi, bir əlavə bit kodlaşdırılası simvolların sayını ikiqat artırır. Daha dəqiq desək, 8 bit vasitəsilə 256 simvolu kodlaşdırmaq mümkündür.
Səkkiz bitdən ibarət ardıcıllığa bayt deyilir.

Mətn informasiyasının baytlar vasitəsilə belə kodlaşdırılması ASCII standar-tı adlanır (“askii” kimi tələffüz olunur). ASCII standartı iki kodlaşdırma cədvəlindən ibarətdir. UNİCODE-də hər bir simvol 16-bitlik ədədlə göstərilir. Bu isə o deməkdir ki, hər bir simvol iki bayt yer tutur. Bu qayda ilə 65 536 işarə və ya simvol kodlaşdırmaq olur.