L 3. ionlaşdırıcı şüalar.
Radiasiya təhlükəli obyektlərdə qəza yaxud dağıntılar nəticəsində insanların, heyvanların və bitkilərin kütləvi radiasiya zədələnmələrinə və ərazinin RM-lə çirklənməsinə səbəb ola bilən elmi, sənayə yaxud müdafiə obyektlərinə radiasiya təhlükəli obyektlər deyilir/Atom elektrik stansiyaları (AES), uran mədənləri, nüvə silahı istehsalı, sınağı və tətbiqi sahələri radiasiya təhlükəli obyektlər sırasına daxildir.? Bu amil həmin obyektlərdə qəzalar olduqda, nüvə döyüş sursatlarının partlayışlarında, ionlaşdırıcı şüalar mənbələri (ionlaşdırıcı şüaları buraxan yaxud buraxmağa malik olan qurğular yaxud radioaktiv maddələr) ilə işləyən zaman texnoloji proseslərin pozulması və texniki təhlükəsizlik qaydalarına riayət etmədiyi hallarda meydana gəlir.
cİnsanlar bilavasitə ionlaşdırıcı şüalar mənbələrində işləyən zaman yaxud RM-lə çirklənmiş ərazidə olduqda zədələnmələr baş verir. Birinci halda onlar xarici şüalanmaya ikinci halda isə həm xarici, həm də daxili şüalanmaya məruz qalırlarp>RM hava, su və qida ilə orqanizmə daxil olaraq orada daha böyük təhlükə mənbəyinə çevrilirlər.
/İonlaşdırıcı şüaların təsir dərəcəsi insan orqanizminin aldığı dozanın miqdarı ilə müəyyən olunur.
Onun ölçü vahidi radian və Qreydir.
1 Qrey = 100 radiandır./
İonlaşdırıcı şüaların orqanizmə təsiri (hopmuş dozanın miqdarı 1 Qrey və ondan artıq olduğu halda) nəticəsində kəskin şüa xəstəliyi meydana gəlir.
Dostları ilə paylaş: |