188
hisar) təhlil olunur.
Mükəmməl
(kamil, azad, sərbəst, sağlam)
rəqabət
bazarında, eyni adlı məhsul istehsalçıları-satıcıları ilə is-
tehlakçılar arasında, hamı tərəfindən qəbul olunmuş "gö-
rünməz əl" (A.Smit) prinsipi əsasında normal, halal rəqa-
bət mübarizəsi gedir. Bu rəqabətin məntiqi və mahiyyəti
onunla izah olunur ki, bazarda eyni adlı, standart
məhsul
istehsal edib satışa çıxaran çoxsaylı şirkətlər, habelə say-
sız-hesabsız alıcılar iştirak edirlər.
Məhsul istehsalçıları əmtəə-xidmətlərin satış həcmi-
nin, miqdarının müəyyənləşdirilməsində, alıcılar isə öz
konkret seçimlərində sərbəst olduqları halda,
onlar qiy-
mətlərə təsir göstərə, başqa istehsalçıların, yaxud alıcıların
işinə qarışa və digərlərinin bazara daxil olmasına mane ola
bilməzlər.
Buna səbəb odur ki, həm çoxsaylı istehsalçılar, həm
də alıcılar vahid rəqabət bazarının eyni hüquqlu iştirak-
çıları kimi ayrı-ayrılıqda hərəkət etdiklərindən, "dağınıq"
olduqlarından, müstəqil sürətdə qərarlar qəbul etdiklərin-
dən, onların
bazarda baş verən proseslərə, xüsusilə qiy-
mətlərin formalaşmasına təsiri çox az olub, yox dərəcəsin-
dədir.
Məsələn taxılçılıqla məşğul olan fermer, ayaqqabı is-
tehsal edən şirkət, mebel istehsalçısı "böyük" rəqabət ba-
zarının "kiçik" iştirakçısı
olduğundan, istər istehsalın
ümumi həcminə, istərsə də orada formalaşan qiymətlərə
təsir göstərmək imkanlarından məhrumdur. Çünki azad
rəqabət bazarında qiymətlər əvvəlcədən verilmiş,
kənar
(ekzogen) kəmiyyət olduğundan, bazarın hər bir iştirakçısı
bu "oyun qaydasını" qəbul etməlidir. Rəqabət bazarının bu
qaydalarını bəyənib-bəyənməmək olar, lakin onun "iqtisa-
189
di oyun qaydalarını" ləğv etmək mümkün deyildir. Bunun
üçün cəmiyyətin təsərrüfat həyatı və iqtisadi münasibətlər
sistemi dəyişməlidir. Sərbəst rəqabət bazarının fərqlən-
dirici xüsusiyyətləri kimi aşağıdakıları göstərmək olar:
1.
Bazarda öz məhsul-əmtəə və xidmətləri ilə iştirak
edən istehsalçıların (satıcıların), eyni zamanda istehlak-
çıların (alıcıların)sayı çoxdur.
2.
Sərbəst rəqabət eyni adlı, çeşidli, standart əmtəə-
məhsulları əhatə edir və onlara aiddir.
3.
Bazarda qiymətlər
üzərində nəzarət yoxdur, o
tələb-təklif qanunu əsasında formalaşır.
4.
Sərbəst rəqabət bazarına daxil olmaq, orada isteh-
salçı-satıcı və istehlakçı-alıcı kimi iştirak etmək, yaxud bu
bazarı tərk etmək üçün heç bir ciddi maneə yoxdur.
5.
Bu bazar haqqında məlumat toplamaq və orada
gedən prosesləri izləmək, hamı üçün açıqdır.
Qeyd etmək lazımdır ki, sərbəst (azad) rəqabət ba-
zarı anlayışı nəzəri, abstrakt bir model olub, real həyatda
çox az, məsələn taxıl, qiymətli kağızlar, balıq,
gül-çiçək,
tez xarab olan məhsullar, valyuta bazarlarında təsadüf olu-
nan haldır. Lakin bu sadə bazar vəziyyəti, bir çıxış nöqtəsi
kimi başqa tip bazar modellərini təhlil etmək üçün nümu-
nədir.
Mükəmməl (sərbəst) rəqabət bazarının əksi,
Dostları ilə paylaş: