Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə100/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   96   97   98   99   100   101   102   103   ...   160
Mikroiqtisadiyyat (1)

Maykl Porterin
(ABŞ) işləyib, hazırladığı 
aşağıda verilmiş sxemindən rəqabət mübarizəsinin 5 gücü-
nü (istiqamətini) görmək olar: 


186 
Rəqabətin 5 gücü
Həmin sxemdə rəqabət mübarizəsinin müxtəlif isti-
qamətlərini (əmtəə-xidmətlərin satıcıları arasında; əvəzlə-
yici əmtəə-xidmətlərin satıcıları arasında; bazarı xammal 
və hazır məhsullarla təchiz edənlər arasında; alıcılar 
arasında) şərtləndirən amillər öz əksini tapmışdır. 
Eyni zamanda həmin sxemin təhlili, "rəqabətin hərə-
kətverici qüvvəsi" adlandırılan amillərin bu prosesin in-
tensivləşdirilməsi gedişinə necə təsir etdiyini aydınlaşdırır. 
Həmin amillər sırasında aşağıdakıları göstərmək olar: 
-
uzunmüddətli artım templərinin aşağı düşməsi 
meyli, fəaliyyət göstərən şirkət və istehsal-xidmət sahələ-
rinin sayının azalması ilə nəticələnir yaxud əks proses baş 
verir; 
-
alıcı tələbinin müəyyən əmtəə-xidmətlərə olan əv-
vəlki səviyyəsinin dəyişməsi, həmin şirkətlərin tədricən 
sıradan çıxmasına səbəb olur
-
yeni məhsullar istehsal edib, bazara çıxaran şirkət-
lərin fəaliyyətinin genişlənməsilə yanaşı,
 
"mühafizəkar" 
Əvəzləyici əmtəə-xidmətləri 
bazara çıxaran şirkətlərin
 
rəqabəti
 
Bazarı xammal 
və hazır məhsul-
larla təchiz edən-
lərin rəqabəti 
Eyni adlı əmtəə-
xidmətlərin satıcıları 
arasında
 
rəqabət 
Alıcıların rəqabəti 
Yeni rəqiblərin bazara daxil olmaq 
uğrunda rəqabəti 


187 
(dəbdə olmayan) məhsullar, habelə alıcı zövqünü təmin 
etməyən mallar istehsal edən şirkətlərin sayı azalır;
 
-
istehsalın texniki-texnoloji cəhətdən təkmilləşdi-
rilməsi əsasında, onun həcmində və qiymətlərində səmərə-
liliyin dəyişməsi baş verir; 
-
əvvəlki rəqiblərin yeni texnika və texnologiyadan 
istifadəsinə dair məhdudiyyətlər aradan qaldırılır; 
-
iqtisadi islahatların həyata keçirilməsi və yeni hü-
quq - normativ aktların qəbul olunması nəticəsində, dövlə-
tin iqtisadi siyasətində müəyyən dəyişikliklər nəzərdə 
tutulur; 
-
inteqrasiya və qloballaşma proseslərinin genişlən-
məsi, habelə "açıq iqtisadiyyat" prinsiplərinin tələbləri nə-
ticəsində, daxili bazara beynəlxalq səviyyəli xarici rə-
qiblərin müdaxiləsi güclənir. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin