38
T.Mor və T.Kampanellanın əsərlərində, onların bü-
tün bəlaların başlıca səbəbi saydıqları xüsusi mülkiyyət,
təsəvvür etdikləri yeni ictimai quruluşda aradan qaldırıl-
malı idi. T.Mor yaşadığı mühitin pula pərəstiş üzərində
qurulduğunu, ağıllı və zəhmətsevər insanların qul vəziyyə-
tinə salındığını qəzəblə tənqid edərək yazırdı ki, “öz əkin-
çiləri,
kömür mədənləri fəhlələri, sadə peşə adamlarına
qayğı göstərməyən bir cəmiyyəti ədalətli, nəcib adlandır-
maq olarmı?”.
T.Kampanellanın təsəvvür etdiyi utopik “günəş
dövlətinin” iqtisadi əsasını “ümumi əmlak və mülkiyyət”
təşkil etməli idi. Həmin cəmiyyətdə bütün insanlar kənd
təsərrüfatında çalışır, sənətkarlıqla məşğul olurlar. İnsan-
lar hər gün 6, hətta 4 saat işləyərək, yalnız özlərinə lazım
olan miqdarda məhsul istehsal edirlər. Bu məhsullar insan-
ların tələbatına uyğun bölünür və orada uşaqların, yeniyet-
mələrin təlim-tərbiyəsi ictimai nəzarət altında aparılır.
Utopik sosialistlərin ideyaları,
şübhəsiz bütövlükdə
bəşəriyyətin ictimai fikrinin inkişafında mühüm rol oyna-
mışdır. Lakin bu işıqlı və mütərəqqi ideyaların müəllifləri
öz düşüncələrini həyata keçirməyin konkret yollarını gös-
tərə bilmədiklərindən, onların nəzəri fikirləri, araşdırılma-
ları utopik, yəni əlçatmaz bir arzu xarakteri daşımışdır.
b)
Dünya təsərrüfat və ictimai-siyasi həyatında XVI
əsrin sonu və XVII əsrin əvvəlləri yeni meylləri ilə böyük
bir tarixi dövrün başlanğıcı kimi səciyyələnir. Orta əsrlərin
və feodalizm gerçəkliyinin ətalət, din, mövhumat pərdəsi-
nə bürünmüş sosial-iqtisadi həyatı tədricən oyanıb canlan-
mağa yönəlmiş,
eyni zamanda cəmiyyətdə, habelə ətraf
aləmdə baş verən mürəkkəb hadisələrin daha obyektiv su-
rətdə dərk olunub, qiymətləndirilməsi prosesi başlanmışdı.
39
Böyük coğrafi kəşflər, ictimai əmək bölgüsünün də-
rinləşməsi, əmtəə-pul münasibətlərinin inkişafı, iqtisadi--
ticarət əlaqələrinin genişlənməsi,
müstəmləkə sisteminin
yaranması, ilkin kapital yığımı prosesinin sürətlənməsi,
dünya (beynəlxalq) bazarın formalaşması, elm və texniki
fikrin nailiyyətlərinin istehsala tədricən tətbiqi,
bu yeni
dövrün əlamətdar cəhətləri idi. Cəmiyyətin ictimai-iqtisadi
həyatında baş verən bu kəmiyyət və keyfiyyət dəyisiklik-
ləri nəticəsində, xüsusi mülkiyyətin müxtəlif növləri geniş
yayılmağa başlamış sərbəst sahibkarlıq fəaliyyəti üçün əl-
verişli imkanlar açılmış, daxili-xarici bazarlarda rəqabət
mübarizəsi gündəlik təsərrüfat münasibətlərinə daxil ol-
muşdu.
Yeni və daha mürəkkəb
bir iqtisadi sistemin forma-
laşması əlamətləri, özünün ilk növbədə Qərbi Avropa öl-
kələrinin ictimai-iqtisadi həyatında göstərmişdir. Mütərəq-
qi cəhətləri ilə səciyyələnən və inkişaf etməkdə olan bu
iqtisadi münasibətlər sistemi, onun mahiyyəti və fəaliyyə-
tini araşdırıb təhlil edən xüsusi bir elm sahəsinin formalaş-
masını irəli sürürdü. Ona görə də XVII əsrə qədər ümumi
şəkildə müxtəlif elmlərin (fəlsəfə, tarix,
politologiya, hü-
quq) daxilində inkişaf edən iqtisadi biliklər (fikirlər, ide-
yalar, təlimlər), artıq müstəqil bir elm sahəsi kimi forma-
laşmağa başladı. Sərbəst bazar (kapitalist) münasibətləri-
nin meydana çıxıb təşəkkül tapması, onun mahiyyəti,
məqsədi, vəzifələri haqqında sistemləşdirilmiş
biliklər ki-
mi iqtisadi nəzəriyyənin məhz XVI-XVII əsrlərdə yaran-
masını şərtləndirmiş və onun ilk məktəbi merkantilizm ol-
muşdur.
Dostları ilə paylaş: