36
(ev təsərrüfatı) və “nomos” (qanun, qayda) söz birləşmə-
sindən əmələ gələrək, “ev təsərrüfatı qaydaları”,
yaxud
“ev təsərrüfatının idarə olunması qayda-qanunları” anla-
mını verir. Bu mənada qədim Yunanıstan iqtisadi biliklə-
rin vətəni, qədim yunan müəllifləri isə onun yaradıcıları
sayıla bilərlər.
IV-XVIII əsrləri əhatə etmiş orta əsrlərdə, qədim və
antik dövrlərə nisbətən iqtisadi fikirlərin ardıcıllıqla
inkişaf etməməsinin səbəbi, istər Şərq aləmində, istərsə də
Qərb ölkələrində dini-mövhumat mühitinin hökm sürməsi
olmuşdu. Doğrudur, buddizm-xristian-islam
dininin mü-
qəddəs kitabları və qaydalarında ölkənin təsərrüfat həyatı,
xüsusi mülkiyyət, ədalətli bölgü, əmək haqqı, vergilər, qə-
naət, sadə həyat tərzi, sələmçiliyin pislənməsi haqqında
müəyyən fikirlər irəli sürülmüşdür. Lakin bu dini təlimlər-
də zülmə qarşı səbirli olmaq, cəmiyyətdəki ictimai və iqti-
sadi haqsızlıqlarla barışmaq cəhdləri, hər işi Tanrının hök-
mü ilə bağlamaq meylləri üstünlük təşkil etmişdir.
Orta əsrlərdə ərəb mütəfəkkiri
Dostları ilə paylaş: