Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə15/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   160
Mikroiqtisadiyyat (1)

Yeddinci prinsip,
 
müəyyən hallarda dövlətlərin ba-
zar fəaliyyətinin nəticələrini yaxşılaşdıra biləcəyini nəzər-
də tutur. Sərbəst bazar münasibətlərinin inkişafı üçün əl-
verişli imkanlar yaradan “gözəgörünməz əl” prinsipinin 
fəaliyyəti şəraitində də dövlətə müəyyən ehtiyac olduğunu 
irəli sürənlər vardır. Onların fikrincə, bazarda alıcıların və 
satıcıların təhlükəsizliyini qorumaq, sahibkarların və fer-
merlərin rahatlığı naminə dövlət orqanlarının, polisin, 


28 
məhkəmələrin olması zəruridir. Eyni zamanda dövlət or-
qanlarının iqtisadiyyata müdaxilə etməsi, cəmiyyətin tə-
sərrüfat həyatında səmərəliliyin, ictimai-siyasi həyatında 
isə sosial ədalətin təmin olunması ilə bağlıdır. Dünya öl-
kələrinin təcrübəsi göstərir ki, dövlətin simasında bazarın 
və iqtisadiyyatın fəaliyyətinə kənar müdaxilə olmadan
bazar gücü öz təsirini qiymətlərin artmasında, inhisarçılıq 
meyllərində, elm və incəsənət sahələrinə biganəlikdə, ətraf 
mühitin çirkləndirilməsi, ekologiya problemlərində hök-
mən göstərəcəkdir. Ona görə də dövlətin həyata keçirdiyi 
gəlir vergisi, gömrük rüsumları, əhalinin sosial müdafiə 
tədbirləri, iqtisadi resursların və maddi-mənəvi nemətlərin 
daha ədalətli bölüşdürülməsinə yönəldilməlidir. Əlbəttə, 
ayrı-ayrı müəlliflərin haqlı olaraq qeyd etdikləri kimi 
dövlətin bu sahədəki fəaliyyəti, heç də həmişə gözlənilən 
nəticələri vermir. Çünki “dövlət siyasətini həyata keçirən-
lər mələklər deyildir, əslində mükəmməl olmayan siyasi 
prosesin iştirakçılarıdırlar”. Belə vəziyyətdə isə obyektiv--
subyektiv xarakterli nöqsanlara, “güclü olanların mükafat-
landırılmasına”, tam məlumata malik olmayan liderlərin 
iradi “xoş niyyətlərinə” rast gəlinir ki, yalnız bunların qə-
tiyyətlə aradan qaldırılması, cəmiyyətin gələcək demokra-
tik inkişafına, daha yüksək templərlə irəliləməsinə təminat 
verir. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin