85
ğı” kitabında yazırdı ki, bütün böyük iqtisadi sarsıntılar,
böhranlar, işsizlik, inflyasiya halları “bazar iqtisadiyyatı-
nın qeyri-sabitliyi ilə deyil, dövlətin
səhv pul siyasətinin
nəticəsidir”. Monetaristlər ümumiyyətlə dövlətin ölkənin
təsərrüfat həyatı məsələlərinə qarışmasının əleyhinə olsa-
lar da, lakin yalnız bir məsələdə, yəni ölkədə pul kütləsini
kəmiyyəti və onun üzərində ciddi dövlət nəzarətini zəruri
hesab etmişlər. Onlar C.Keynis və onun davamçılarının
məcmu tələbin dövlət tərəfindən tənzimlənməsi tədbirləri-
nə qarşı çıxaraq göstərmişlər ki, belə bir siyasət
bazar qüv-
vələrinin real nisbətini pozur və uzunmüddətli dövrdə in-
flyasiya prosesinin sürtələnməsinə xidmət edir.
M.Fridmenin fikrincə, bazar iqtisadi sisteminə dövlət
müdaxiləsi qısamüddətli dövr ərzində müəyyən müsbət
nəticə versə də, gələcək
perspektivləri nəzərə almaqla, o
“bazar münasibətlərinə mümkün qədər az və ehtiyatla mü-
daxilə etməlidir”.
Monetaristlər ölkə iqtisadiyyatını 2 sahəyə -
real iq-
tisadiyyat və pul tədavülü dairəsinə
ayırmışlar. Bu böl-
güyə əsasən real iqtisadiyyata əmtəə-xidmətlərin istehsalı
və satışı daxil edilərək, orada bazar
prinsiplərinin fəaliyyə-
ti əsaslandırılır. Pul tədavülü dairəsinə isə real iqtisadiy-
yatla müqayisədə xarici bir amil kimi, böhran törədən
şərtlər mövqeyindən yanaşıdır ki,
həmin sfera dövlətin
fəaliyyəti ilə bağlıdır. Ona görə də monitaristlər dövlətin
vəzifəsini, iqtisadiyyatın real sahəsinə qarşılıqlı münasi-
bətdə pul tədavülü dairəsini neytrallaşdırmaqda, bazar me-
xanizminin fəaliyyəti üçün daha əlverişli şərait yaratmaq-
da, ən başlıcası isə əmtəə bazarını
zəruri miqdarda pul
kütləsi ilə təmin etməkdə görmüşlər.
86
XX əsrin 70-ci illərində dünya kapitalizm sistemin-
də təkrar istehsal prosesi şərtlərinin xeyli dəyişməsi, enerji
böhranı, iqtisadi artım templərinin zəifləməsi, müxtəlif
xammal növlərinin çatışmaması, daxili və xarici bazarlar-
da satış həcminin azalması, inflyasiya əlamətləri moneta-
rizm nəzəriyyəsi müddəalarının yayılmasına, habelə təsər-
rüfat həyatında dövlət siyasəti səviyyəsində tətbiqinə əlve-
rişli imkanlar yaratmışdı.
Dünyanın müxtəlif ölkələrində, xüsusilə də postsovet
və postsosialist məkanında formalaşmış
müstəqil dövlət-
lərdə, o cümlədən də Azərbaycan Respublikasında, mone-
tarizm ideyalarının müəyyən cəhətlərindən yaradıcılıqla
istifadə olunmuşdur.
Monetarizmlə bağlı və onun davamı kimi formalaşan
Dostları ilə paylaş: