108
şəraitində istehsalçılar siyasi və iqtisadi baxımından azad-
dırlar. Eyni zamanda onlar istehsal etdikləri məhsulları, öz
xərclərini ödəmək şərtiylə istədikləri qiymətə satmaqda
sərbəstdirlər.
Belə
bir şəraitdə, tədricən bazarda iri kapital sahib-
ləri meydana çıxır, bazar tarazlığı pozulur, iqtisadiyyatda
böhranlı vəziyyət yaranır. Sərbəst
rəqabəti iri sahibkarla-
rın və kapital sahiblərinin yeni «oyun qaydaları» əvəz
edir. Yaranmış çətinlik və problemləri həll etmək üçün
azad sahibkarlıq və rəqabət iqtisadiyyatı (xalis kapitalizm)
öz yerini tənzimlənən müasir bazar iqtisadi sisteminə
verməli olur.
2. Müasir bazar iqtisadiyyatı (inhisarçı kapita-
lizm) forması (tipi).
XX əsrin əvvəllərindən
başlayaraq azad rəqabətin
müasir bazar iqtisadiyyatına keçidi özünü göstərir. Bu
dəyişikliyin əsas cəhətləri kimi müxtəlif mülkiyyətlərin
fəaliyyətini, elmi-texniki tərəqqinin güclü irəliləyişini, is-
tehsal və sosial təyinatlı infrastrukturunun
əhəmiyyətli
dərəcədə inkişafını, habelə dövlətin iqtisadiyyatın tənzim-
lənməsinə təsirinin xeyli artmasını göstərmək olar. Şübhə-
siz, bu yeni cəhətlər istehsalın inkişafına, onun idarə edil-
məsinə öz dəyişdirici müsbət rolunu əhəmiyyətli dərəcədə
artırmışdı. Eyni zamanda ölkələr arasında iqtisadi inteqra-
siya prosesləri güclənmiş və qlobal miqyasda vahid dünya
təsərrüfat sistemi formalaşmağa başlamışdı.
«İqtisadi nəzəriyyə» dərsliyində qeyd olunur ki, bu
iqtisadi sistem «tipinin ən üstün xüsusiyyətləri dəyişilən
şəraitə uyğun gələn, əsas aparıcı amil hesab olunan sahib-
karlar təbəqəsinin meydana gəlməsi və resurslardan istifa-
də etmək hüququnun dövlət nəzarətinə keçməsindən ibarət
olmuşdur».
109
Müasir bazar iqtisadi sistemi elmi və praktik araşdır-
malar əsasında istehsal və xidmət dairəsinin perspektivlə-
rini müəyyənləşdirməyə real imkanlar yaradır. Bu iqtisadi
sistemdə resurslardan istifadə və onların yenidən bölüşdü-
rülməsi
iri şirkətlər, habelə inhisar birlikləri tərəfindən
strateji planlaşdırma prinsipləri təməlində həyata keçirilir.
Eyni zamanda təsərrüfat həyatının bir sıra yeni sahələrinin
meydana çıxıb inkişaf etməsinə dövlət tərəfindən büdcə
hesabına yardım göstərilir.
Ümumiyyətlə götürdükdə
bazar iqtisadi sisteminin
üstünlüyü, bu formanın (tipin) istehsalın səmərəliliyinin
yüksəldilməsi naminə daimi axtarışlar üçün şərait yarat-
masındadır. Bu sistem istehsalın
və xidmət dairəsinin
maddi-texniki bazasının təkmilləşdirilməsi ilə, şəxsi habe-
lə ictimai mənafelərin əlaqələndirilməsini təmin edir.
Dostları ilə paylaş: