III. Qarışıq sistem.
Bu sistem bazar və inzibati sis-
temlərin qarışığı olub, həmin sistemlərin müəyyən cəhət-
lərini özündə birləşdirir.
Qarışıq sistem dünyanın bir çox ölkələrində uğurla
fəaliyyət göstərməkdədir. Bu ölkələrin bəziləri bazar iqti-
sadiyyatı, digərləri isə inzibati iqtisadi sistemə daha yaxın-
dırlar. Qarışıq iqtisadi sistemdə resursların bölgüsü və
müxtəlif təyinatlı hazır məhsulların, xidmətlərin istehsalı,
habelə satışı ayrı-ayrı mülkiyyətçilər (xüsusi, dövlət, şə-
rikli), o cümlədən xarici investorlar tərəfindən həyata ke-
çirilir.
Keçmiş Sovet İttifaqının, sosialist ölkələrinin ərazi-
sində formalaşmış yeni müstəqil dövlətlərdə, o cümlədən
də Azərbaycan Respublikasında qarışıq iqtisadiyyatın
müəyyən ünsürlərilə rastlaşmaq mümkündür. Bu isə tama-
milə təbiidir, çünki həmin ölkələr hələlik inzibati sistemin
prinsiplərindən birdəfəlik uzaqlaşmamış və bazar münasi-
bətlərini hərtərəfli formalaşdıra bilməmişlər. Lakin bunun-
la yanaşı Şərqi Avropa ölkələri, Rusiya, Qafqaz respubli-
112
kaları, Orta Asiya dövlətləri, Çin, habelə başqa ölkələrin
qarışıq iqtisadi sistemi arasında ciddi fərqlər, özünəməx-
sus xüsusiyyətlər vardır.
İqtisadi nəzəriyyənin müxtəlif istiqamət və məktəb-
ləri nümayəndələrinin fikrincə, perspektivdə ayrı-ayrı öl-
kələrin təsərrüfat həyatında qarışıq iqtisadi sistem daha
mühüm bir rol oynayacaqdır. Sosial yönümlü bazar iqtisa-
diyyatının formalaşmasına real imkanlar yaradan qarışıq
iqtisadi sistem cəmiyyətin sabitliyi, istehsalın səmərəliliyi,
əhalinin gəlirlərinin artırılması baxımından daha əlveriş-
lidir.
Qeyd etmək zəruridir ki, yuxarıda göstərilən iqtisadi
sistemlərin hər birinin öz milli modelləri və variantları
vardır. Həmin model və variantlar bir-birindən istehsalın
təşkilinə, ölkənin milli xüsusiyyətlərinə, iqtisadi imkanla-
rına, iqtisadi-sosial problemlərinə, ümumi mədəni inkişaf
səviyyəsinə görə fərqlənirlər. Müasir bazar münasibətləri
iqtisadi sistemində amerika, alman, isveç, yapon, çin və
digər modellər fəaliyyət göstərir.
|