123
Müəssisə və obyektlərin dövlətsizləşdirilməsl, satış
bazarına əvvəllər qoyulmuş məhdudiyyətlərin aradan qal-
dırılması (liberallaşdırılması); qarışıq (dövlət-xüsusi) mül-
kiyyət bazasında müəssisələrin yaradılması;
dövlət mül-
kiyyətində olan müəssisələr üçün nisbətən əlverişli və gü-
zəştli vergi, kredit mühiti formalaşdırılması; əks-milliləş-
dirmə yolu ilə dövlət müəssisələrinin təkcə xüsusi şəxslə-
rin deyil, eyni zamanda bankların, digər dövlət müəssisə-
lərinin, kooperativlərin əlinə keçə bilməsi variantları ilə
reallaşdırıla bilər.
Özəlləşdirmə isə dövlət mülkiyyətinin müəyyən şərt-
lərlə dəyişməsini nəzərdə tutur. Özəlləşdirmə prosesi nəti-
cəsində
mülkiyyətin yeni sahibi, onun təsərrüfat fəaliyyə-
tində istifadəetmə nəticələrinə görə tam məsuliyyət daşı-
yır. Deməli, özəlləşdirmə dövlət mülkiyyətini ayrı-ayrı
şəxslərin,
əmək kollektivlərinin, hüquqi şəxslərin özəl
mülkiyyətinə verilərək, həmin obyekt, yaxud
təsərrüfat va-
hidlərinin dövlətsizləşdirilməsi üsullarından biri hesab
olunur.
Dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesi, yaxud
mülkiyyətin bir əldən başqasına keçməsi (transformasiya-
sı) bəsit şəkildə hələ lap qədim vaxtlardan kralların, şahla-
rın, hakimlərin öz pay torpaqlarını, kəndlərini, saraylarını,
mülklərini bağışlamaları formasında məlumdur.
Sonralar
bu proses geniş yayılaraq, bir çox ölkələri əhatə etmişdir.
Ötən əsrin son 20-30 ilində dünya miqyasında dövlət mül-
kiyyətinin özəlləşdirilməsinin yeni dalğası başlanmışdır.
Bu proses dövlət mülkiyyəti ilə xüsusi mülkiyyət arasında
daha optimal nisbətlər tapmaq axtarışı ilə bağlı olmuşdur.
Elmi-texniki inqilab, istehsalda struktur dəyişikliklər
aparmaq zərurəti, «insan amilinə» diqqətin artması, rəqa-
124
bət
mübarizəsi, istər iqtisadi-texniki,
istərsə də sosial -
mənəvi cəhətdən dövlətin əlindəki mərkəzləşmiş hədsiz
mülkiyyətin müəyyən hissəsinin özəl bölməyə verilməsini
irəli sürmüşdü. Təsadüfü deyildir ki, məhz dövlət mülkiy-
yətinin özəlləşdirilməsi,
Dostları ilə paylaş: