125
Sovet İttifaqı dağıldıqdan sonra bazar iqtisadiyyatına
keçid, istər Qərbi Avropanın sosialist ölkələrində,
istərsə
də keçmiş sovet respublikalarında yaranmış yeni müstəqil
dövlətlərdə, habelə Çin, Monqolustan, Vyetnamda özəlləş-
dirmə proseslərinə başlandı və bu gün də davam etmək-
dədir.
Azərbaycan Respublikasında
dövlət mülkiyyətinin
özəlləşdirilməsi işinə, 1993-cü ilin yanvar ayında «Azər-
baycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdiril-
məsi haqqında» Qanun və 1995-ci ildə qəbul olunmuş
Dövlət Proqramı əsasında başlanmışdır. 2000-ci ildə yeni
özəlləşdirmə qanunu və Dövlət Proqramları qəbul olun-
muşdur.
Müxtəlif
çətinliklər, özünəməxsus xüsusiyyətlər və
problemlərlə rastlaşmasına baxmayaraq, respublikada bu
proses indi də davam etməkdədir. Azərbaycanda dövlət
mülkiyyətinin özəlləşdirilməsinə dair iki Proqramın həya-
ta keçirilməsi nəticəsində minlərlə
dövlət müəssisəsi və
obyekti özəlləşdirilmişdir. Müstəqillik illərində respubli-
kada 50 minə yaxın dövlət mülkiyyətinə məxsus müəssisə
və obyekt özəlləşdirilmiş, 1500-ə qədər səhmdar cəmiy-
yəti yaradılmış, dövlət büdcəsinə
milyardlarla manat və-
sait daxil olmuşdur.
Hazırda respublikada orta, iri və strateji əhəmiyyətə
malik dövlət mülkiyyəti obyektlərinin yeni müəyyən olun-
muş qaydalar əsasında özəlləşdirilməsi prosesi davam
edir.