120
Sahiblik
tam və natamam ola bilər. Tam sahiblikdə
mülkiyyətçi mütləq mənimsəmə hüququna malik olur.
Natamam sahiblikdə isə torpaq, müəssisə, xidmət obyekti
mülkiyyətçisi öz obyektinin yalnız bir hissəsinə sahiblik
edərək, digər hissəsini başqasına verə bilər.
İstifadə
- əmlak və əşyalardan öz təyinatına görə
faktiki istifadə edilməsidir. İstifadə etmək - mülkiyyətin,
sahibolmanın həyata keçirilməsi, reallaşdırılması forması-
dır. Deməli, sahibolma mülkiyyətin funksiyasıdır (təyina-
tıdır), istifadə etmə isə sahibolmanın funksiyasıdır.
Sərəncam
- mülkiyyət obyektinin fəaliyyətinə göstə-
riş vermək barədə sahibkarın, yaxud onun tapşırığı ilə
digər şəxsin qərar qəbul etməsidir. Sərəncam verən, mül-
kiyyət formasından asılı olaraq, dövlət məmuru, xüsusi
şəxslər, fiziki və hüquqi şəxslər ola bilər.
Dostları ilə paylaş: