Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə71/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   160
Mikroiqtisadiyyat (1)

Dəyərin ilk forması
- sadə və ya təsadüfi dəyər for-
masıdır. Əmtəələrin mübadiləsinin bu ilkin formasında, 
hər hansı bir əmtəə, digər əmtəəyə dəyişdirilir. 
Məsələn: 1 daş alət = 2 dəriyə 
10 balıq = 1 rəngli parlaq daşa. 
Bu prosesdə qarşılaşan əmtəələrdən konkret əmək, 
abstrakt (mücərrəd) əməyin ifadəsinə çevrilir. Bu prosesdə 
ekvivalent tarazlığı gözləmək şərtiylə, nisbətən sadə əmək 
sərfinə başa gəlmiş əmtəələr, daha mürəkkəb əməyin nəti-
cəsi olan əmtəələrə sərbəst dəyişdirilə bilir. 
Real həyat şəraiti dəyişdikcə, ictimai əmək bölgüsü 
genişlənib dərinləşdikcə, mübadilə prosesləri sürətlən-
dikcə, təsərrüfat əlaqələri intensivləşdikcə sadə, yaxud 
təsadüfi mübadilədən fərqli, yeni dəyər formalarına ehti-
yac yaranmışdır. 
Tam, dolğun və ya geniş dəyər forması adlandırılan 
bu yeni mərhələdə, əmtəələrin mübadiləsi artıq təsadüf 
xarakterindən uzaqlaşdığından, ekvivalent vəzifəsini təsa-
düfi dəyər formasında olduğu kimi tək bir əmtəə deyil, bir 
neçə xüsusi seçilmiş əmtəə yerinə yetirir.
Məsələn:
{
ə
ə


133 
Bu mərhələdə mövcud istehsal əlaqələri genişlənir, 
həmin əlaqələr təsadüfü deyil, daha sabit xarakter daşıyır. 
Lakin cəmiyyətin və təsərrüfat həyatının inkişafı ilə 
əlaqədar, tədricən bu forma da insanları qane etmir. Get-
dikcə ümumi əmtəələr kütləsi içərisindən, müxtəlif ölkə-
lərdə elə bir əmtəə (xəz, duz, çay, qoyun) ayrılır ki, o bir 
növ ümumi ekvivalent rolunu oynamağa başlayır. 
Məsələn:

ə
}
ə
ə
Bu dəyər forması mərhələsində, ümumi ekvivalent 
rolunu oynayan bir neçə, yaxud bir əmtəənin əvəzinə, istə-
nilən bir sıra əmtəələri əldə etmək mümkündür. Çünki 
ümumi ekvivalent rolunu oynayan əmtəə, ümumi müba-
dilə olunmaq xüsusiyyətinə (xassəsinə) malikdir.
Bəşəriyyətin tarixi inkişaf yoluna nəzər salsaq görə-
rik ki, konkret coğrafi mühit və əhalinin ənənəvi xüsusiy-
yətləri (mentaliteti) ilə bağlı olaraq, ümumi ekvivalent 
vəzifəsinə müxtəlif ölkələrdə mal-qara, balıq qulağı, metal 
və sairə yerinə yetirmişdir. Əmtəələrin mübadilə prosesi 
daha da genişlənib, yerli bölgə və bazar hüdudlarını aşdıq-
ca, vahid bir əmtəənin ümumi ekvivalent kimi sabitləş-
məsi zərurəti yaranır. Həmin əmtəə isə puldur. Pul və 
onun müxtəlif ölkələrdəki nişanları - ümumi ekvivalentin 
bitmiş və son forması olub, əmtəənin istehlak dəyəri ilə 
mübadilə dəyərini özündə üzvü surətdə birləşdirən xüsusi 
bir əmtəədir. 
Tarixi inkişafın ayrı-ayrı mərhələlərində pul rolunu 


134 
müxtəlif ölkələrdə və xalqlarda dəmir, mis, taxta, gümüş, 
qızıl, kağız, plastik lövhələr oynamışdır. Tədricən dünya-
nın bir sıra dövlətlərində xüsusi pul kəsən emalatxanalar 
yaranıb, fəaliyyətə başlamışdır. İndiyədək arxeoloqlar 
dünyanın müxtəlif ölkələrində, o cümlədən də Azərbay-
canda yerli zərbxanalarda, habelə yaxın və uzaq ölkələrdə 
hazırlanmış pullar tapırlar. 
Pul rolunu müxtəlif əmtəələr yerinə yetirsə də, lakin 
tədricən bu rol qızıla nəsib olmuşdur. Qızıl öz təbii və 
kimyəvi xassələrinə görə ümumi ekvivalent rolunu daha 
yaxşı yerinə yetirir. Qızıl mübadilə vasitəsi və ümumi 
ekvivalent kimi çoxdan məlum olsa da, lakin onun əsl 
hökmranlığı XIX əsrdən başlanmış, müəyyən istisnalarla 
indiyədək davam etməkdədir. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin