Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin


dəyər ölçüsü tədavül vasitəsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə74/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   ...   160
Mikroiqtisadiyyat (1)

dəyər ölçüsü tədavül vasitəsi, 
yığım vasitəsi
kimi 3 vəzifəsinə, bəzən də 
dəyər ölçüsü
və 
tədavül vasitəsi
kimi 2 vəzifəsinə daha çox diqqət 
yetirilir. Pulun mahiyyəti, onun ölkənin təsərrüfat həyatı 
və iqtisadi əlaqələr və münasibətlər sistemində yerinə 
yetirdiyi müxtəlif vəzifələr, aşağıdakı sxemdə verilmişdir. 


139 
Ayrı-ayrılıqda pulun cəmiyyətin iqtisadi münasibət-
lər sistemində yerinə yetirdiyi vəzifələri nəzərdən keçirib 
aydınlaşdıraq. 
Pul dəyər ölçüsüdür.
Bütün əmtəələrin-xidmətlərin 
hələ tədavül dairəsinə daxil olmadan və satışa çıxarılma-
mışdan əvvəl dəyəri, qiyməti müəyyənləşdirilməlidir. Müx-
təlif əmtəə və xidmətlərin dəyəri, onların hazırlanmasına 
sərf olunmuş xərclər, bazardakı tələb-təklif, rəqabət müba-
rizəsi, əhalinin alıcılıq qabiliyyəti, habelə digər şərtlərlə 
bağlıdır. Eyni zamanda müxtəlif təyinatlı əmtəə-xidmətlə-
rin dəyəri qarşılıqlı surətdə ortaq ölçülü olduğundan, tə-
biidir ki, onları kəmiyyət baxımından, miqdarca müqayisə 
etmək mümkündür. 
Lakin unudulmamalıdır ki, bütün əmtəələrin və xid-
mətlərin öz təyinatlarına görə xeyli fərqli olmalarına bax-
mayaraq, onların müəyyən ortaq ölçülü meyarlarla mü-
qayisə oluna bilməsinin səbəbi pul deyil, həmin əmtəə-
xidmətlərin, ümumiyyətlə ictimai əməyin məhsulu olma-
Pulun vəzifələri
 
Əsas vəzifələri
 
Törəmə vəzifələri
 
Dəyər ölçüsü
 
Yığım vasitəsi
 
Tədavül vasitəsi
 
Tədiyə vasitəsi
 
Qiymət miqyası
 
Xəzinə
 


140 
sıdır. Qeyd etmək zəruridir ki, pul özünün dəyər ölçüsü 
vəzifəsini ortada nağd pul, müəyyən məbləğ olmadan da 
ideal surətdə, yəni xəyalən də yerinə yetirə bilir. Əmtəə və 
xidmətlərin pulda ifadə olunmuş dəyəri onun konkret qiy-
mətidir. Şübhəsiz, müxtəlif obyektiv-subyektiv səbəblərlə 
bağlı, bazarda tələb-təklif qanununa uyğun, həmin əmtəə 
və xidmətlərin qiymətinin onların dəyərindən fərqli, aşağı-
yuxarı satılması, yaxud qiymətin dəyərdən kənarlaşması 
halları mümkündür. Əmtəə-xidmətlərin dəyərinin qiymət 
formasında pulla ifadəsi, təkcə keyfiyyət baxımdan deyil, 
eyni zamanda kəmiyyətcə də konkret müəyyənlik tələb 
edir. Bunun üçün cəmiyyət əvvəllər müxtəlif təyinatlı əm-
təələrin, xidmətlərin, resursların nisbi müqayisəli dəyərlə-
rini etalon (nümunə) kimi qəbul etdiyi qızılla ölçmüşdü. 
Deməli, milli pul vahidi müəyyən miqdarda qızıla bərabər 
sayılmış və bu dövlət tərəfindən rəsmiləşdirilmişdi. 
Lakin 1976-cı ildən başlayaraq, beynəlxalq aləmdə 
qızılın 1 unsiyasının (31,1 qram) dövlətlərarası hesablaş-
malarda rəsmi qiyməti və milli valyutaların məzənnəsinin 
qızıl ilə bağlılığı ləğv edildikdən sonra vəziyyət dəyişmiş-
dir. Hazırda, milli valyutalar ölkədə əmtəə-xidmətlərin 
dəyər ölçüsü kimi kortəbii fəaliyyət göstərir, amma qiymət 
miqyası olaraq, dövlət tərəfindən şərti müəyyən edilir. 
Pulun texniki vəzifəsi sayılan qiymət miqyası (he-
sablaşma vahidi), ölkə daxilində istehsal olunan məhsulla-
rın və göstərilən xidmətlərin dəyərinin müqayisəli şəkildə 
milli valyutada (dollarda, manatda, rublda, avroda, funt 
sterlinqdə) ifadəsidir. Əmtəələrə, xidmətlərə, resurslara 
pul mövqeyindən yanaşılması, istər satıcılara, istərsə də 
alıcılara müqayisələr aparıb, səmərəli və optimal qərarlar 
qəbul etməyə imkanlar açır. 


141 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin