20
lən, enerji daşıyıcılarının və taxıl məmulatlarının qiymət-
lərinin artırılması, həmin məhsulların ölkəyə idxalına
qoyulmuş gömrük vergiləri dərəcələrinin azaldılması
tədbirləri ilə əlaqəli aparılmalıdır. Belə bir iqtisadi siyasət
xətti isə cəmiyyət miqyasında iqtisadi səmərəliliklə sosial
ədalətliliyin düzgün nisbətinin
müəyyənləşdirilməsinin
optimal variantı kimi qiymətləndirilə bilər.
Bu mənada məşhur ingilis iqtisadçısı Ç.K.Keynsin
belə bir fikri olduqca aktual səslənir ki, iqtisadi nəzəriyyə
və onun tərkib hissəsi sayılan mikroiqtisadi təhlil insanla-
rın iqtisadi təfəkkürünün formalaşmasına, onların məqsəd-
yönlü təsərrüfat fəaliyyətlərinə, habelə konkret iqtisadi qə-
rarlar qəbul etmələri ilə davranışlarına, şübhəsiz fəal təsir
göstərir.
Lakin unutmaq olmaz ki,
iqtisadi nəzəriyyənin istər
mikro, istərsə də makro bölmələri istehsalın, xidmət dairə-
sinin, tələb-təklifin cari məsələlərinin həlli üçün hazır
tövsiyələr vermir. İqtisadi nəzəriyyə bu proseslərin ümumi
inkişafının və səmərəliliyinin nəzəri əsaslarını işləyib ha-
zırlayır. Deməli, “iqtisadi nəzəriyyə bilavasitə təsərrüfat
siyasətində tətbiq olunmaq üçün hazır
tövsiyələr toplusu
deyil, metodoloji bir elmdir,
intellektual alətdir, təfəkkü-
rün texnikasıdır”. Yalnız
bu elmə mükəmməl yiyələnənlər,
mürəkkəb iqtisadi-sosial problemlərə düzgün yanaşıb, on-
ları həll edə bilərlər.
Mikroiqtisadiyyat, cəmiyyətin təsərrüfat həyatının və
insan fəaliyyətinin əməklə bağlı ilk tətbiq, habelə çıxış
nöqtəsi sayılan ev təsərrüfatlarını,
şirkətləri, müəssisələri
korporasiyaları hərtərəfli
öyrənib təhlil edərkən, əsasən
aşağıdakı vəzifələri yerinə yetirir.
Dostları ilə paylaş: