92
fının müxtəlif mərhələlərində iqtisadi həyatda müəyyən
ümumi təsərrüfat formaları, yaxud tipləri fəaliyyət göstər-
miş və göstərməkdədir. Aydındır ki, cəmiyyətin iqtisadi
həyatının formaları, sabit və dəyişməz bir anlayış deyildir.
Vəziyyət dəyişdikcə, insanların tələbatları, əmək bacarığı
və fəaliyyəti, istifadə etdikləri avadanlıq və texniki vasitə-
lər təkmilləşdikcə, təsərrüfatın təşkili (aparılması, həyata
keçirilməsi) əvvəlkindən fərqlənir. Həyat özü tələb edir ki,
cəmiyyətin təsərrüfat həyatı köhnə qaydalarla deyil, yeni
daha mütərəqqi, səmərəli, faydalı surətdə təşkil olunsun.
Cəmiyyətin tarixi təkamül və inkişaf prosesi gedişin-
də, məhsuldar qüvvələrin inkişafı və istehsal münasibətlə-
rinin dəyişilməsi nəticəsində, iqtisadi həyatda mövcud
olan, fəaliyyət göstərən təsərrüfat formaları, tipləri də
dəyişir
.
Bu
həyatın, təsərrüfatın inkişaf qanunudur. Çünki
qədim yunan müdriklərinin dediyi kimi “hər şey axır, hər
şey dəyişir”.
Dostları ilə paylaş: