Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə43/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   160
Mikroiqtisadiyyat (1)

Monetarizm
konsepsiyasının tərəfdarları (M.Frid-
men, A.Şvarts, K.Uorberton, D.Meyzelman, F.Keyçen və 
başqaları) iqtisadiyyatı idarəetməni ilk növbədə 
pul küt-
ləsi, onun emissiyası, dövriyyədə və ehtiyatda olan 
pulun kəmiyyətinə dövlət nəzarəti edilməsində, habelə 
büdcənin balanslaşdırılmasında, yüksək bank faizləri-
nin
müəyyənləşdirilməsində görmüşlər. Bu mənada mone-
tarizm, bütövlükdə pul amilinin (“fenomeninin”) ölkənin 
təsərrüfat həyatında başlıca rol oynadığını əsaslandıran 
stabilləşdirmə nəzəriyyəsi kimi səciyyələndirilir. 
Bu nəzəriyyənin banisi 
M.Fridmen 
“Seçim azadlı-


85 
ğı” kitabında yazırdı ki, bütün böyük iqtisadi sarsıntılar, 
böhranlar, işsizlik, inflyasiya halları “bazar iqtisadiyyatı-
nın qeyri-sabitliyi ilə deyil, dövlətin səhv pul siyasətinin 
nəticəsidir”. Monetaristlər ümumiyyətlə dövlətin ölkənin 
təsərrüfat həyatı məsələlərinə qarışmasının əleyhinə olsa-
lar da, lakin yalnız bir məsələdə, yəni ölkədə pul kütləsini 
kəmiyyəti və onun üzərində ciddi dövlət nəzarətini zəruri 
hesab etmişlər. Onlar C.Keynis və onun davamçılarının 
məcmu tələbin dövlət tərəfindən tənzimlənməsi tədbirləri-
nə qarşı çıxaraq göstərmişlər ki, belə bir siyasət bazar qüv-
vələrinin real nisbətini pozur və uzunmüddətli dövrdə in-
flyasiya prosesinin sürtələnməsinə xidmət edir. 
M.Fridmenin fikrincə, bazar iqtisadi sisteminə dövlət 
müdaxiləsi qısamüddətli dövr ərzində müəyyən müsbət 
nəticə versə də, gələcək perspektivləri nəzərə almaqla, o 
“bazar münasibətlərinə mümkün qədər az və ehtiyatla mü-
daxilə etməlidir”. 
Monetaristlər ölkə iqtisadiyyatını 2 sahəyə - 
real iq-
tisadiyyat və pul tədavülü dairəsinə
ayırmışlar. Bu böl-
güyə əsasən real iqtisadiyyata əmtəə-xidmətlərin istehsalı 
və satışı daxil edilərək, orada bazar prinsiplərinin fəaliyyə-
ti əsaslandırılır. Pul tədavülü dairəsinə isə real iqtisadiy-
yatla müqayisədə xarici bir amil kimi, böhran törədən 
şərtlər mövqeyindən yanaşıdır ki, həmin sfera dövlətin 
fəaliyyəti ilə bağlıdır. Ona görə də monitaristlər dövlətin 
vəzifəsini, iqtisadiyyatın real sahəsinə qarşılıqlı münasi-
bətdə pul tədavülü dairəsini neytrallaşdırmaqda, bazar me-
xanizminin fəaliyyəti üçün daha əlverişli şərait yaratmaq-
da, ən başlıcası isə əmtəə bazarını zəruri miqdarda pul 
kütləsi ilə təmin etməkdə görmüşlər.


86 
XX əsrin 70-ci illərində dünya kapitalizm sistemin-
də təkrar istehsal prosesi şərtlərinin xeyli dəyişməsi, enerji 
böhranı, iqtisadi artım templərinin zəifləməsi, müxtəlif 
xammal növlərinin çatışmaması, daxili və xarici bazarlar-
da satış həcminin azalması, inflyasiya əlamətləri moneta-
rizm nəzəriyyəsi müddəalarının yayılmasına, habelə təsər-
rüfat həyatında dövlət siyasəti səviyyəsində tətbiqinə əlve-
rişli imkanlar yaratmışdı.
Dünyanın müxtəlif ölkələrində, xüsusilə də postsovet 
və postsosialist məkanında formalaşmış müstəqil dövlət-
lərdə, o cümlədən də Azərbaycan Respublikasında, mone-
tarizm ideyalarının müəyyən cəhətlərindən yaradıcılıqla 
istifadə olunmuşdur. 
Monetarizmlə bağlı və onun davamı kimi formalaşan 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin