əmtəə təsərrüfatı
tutmağa başladı. Əmtəə təsərrü-
fatı istehsalın elə bir təşkili formasıdır ki, burada istehsal
edilən məhsullar mübadiləyə, dəyişmə dairəsinə, satışa
daxil olurlar. Bu təsərrüfatın meydana çıxıb, fəaliyyət
göstərməsi üçün aşağıdakı şərtlər lazımdır:
-
ictimai əmək bölgüsü olmalı, müxtəlif təsərrüfat
sahələri yaranmalı, sənaye, kənd təsərrüfatı, nəqliyyat,
tikinti, rabitə, xidmət-ticarət ixtisaslaşmalıdır.
-
xüsusi mülkiyyət olmalıdır ki, onun sahibi istehsal
etdiyi məhsulların artıq hissəsini bazara çıxarıb sata bilsin.
-
istehsalçılar arasında sərbəst alqı-satqı, ticarət,
mübadilə əlaqələri olmalıdır.
-
qiymətlərin sərbəstliyi və rəqabət sahəsində, bazar
təsərrüfatı forması özü-özünü tənzimləməlidir.
Tarixən, əmtəə istehsalı təşkilinin 3 forması, yaxud
tipi vardır:
sadə əmtəə təsərrüfatı forması, kapitalist
əmtəə istehsalı forması və planlı əmtəə təsərrüfatı for-
ması.
Sadə əmtəə istehsalı, təsərrüfat təşkilinin elə bir for-
masıdır ki, burada istehsal vasitələri üzərində istehsalçı-
ların xüsusi mülkiyyəti var və onlar öz məhsullarını bazar-
da satmaq üçün hazırlayırlar.
Kapitalist əmtəə istehsalı - istehsal vasitələri və ha-
zırlanmış məhsul üzərində sahibkar mülkiyyətinə əsasla-
nır. Kapitalist əmtəə istehsalı şəraitində muzdlu əməkdən,
yəni haqqı ödənilən iş qüvvəsindən istifadə olunmaqla,
101
müxtəlif məhsullar hazırlanır, yaxud xidmətlər göstərilir.
Kapitalist istehsal üsulu şəraitində sahibkar, istehsal
amillərinə (torpağa, kapitala, işçiyə) sahib olaraq, öz
müəssisəsinin fəaliyyətini sərbəst təşkil edir. Kapitalist-
sahibkar öz məhsullarını bazara çıxararaq reallaşdırır
(satır). İstehsala çəkdiyi xərclərin əvəzi ödənildikdən, işçi-
lərin
haqqını verdikdən, vergi və digər ödənişlər yerinə
yetirdikdən sonra, yerdə qalan müəyyən məbləğ sahibka-
rın mənfəəti kimi ona çatır. Bu onun kapitalına, zəhməti-
nə, bacarığına görə aldığı haqdır, onun halal qazancıdır.
Sahibkar öz fəaliyyətini fərdi rəhbərlik (ağalıq) qay-
dasında, təkbaşına və şərikli (ortaq) surətdə qura bilər.
Sahibkarlığın müştərək, qrup, səhmdar formaları da müm-
kündür.
Kapitalist əmtəə istehsalı, inkişaf etmiş bazar siste-
minin olmasını və ona müvafiq infrastrukturun (xidmət
göstərən sahələrin-bankların, sığorta şirkətlərinin, nəqliy-
yat təşkilatlarının və sair) olmasını tələb edir.
Kapitalist əmtəə istehsalının formalaşması üçün ilkin
kapital yığımı prosesi getməlidir. Bu proses bir tərəfdən
zorakılıq (istehsalçıların istehsal vasitələrindən məhrum
edilməsi), digər tərəfdən isə sərvət toplanması (müstəqil
gəlir göstəricisi, vergi sistemi, himayədarlıq siyasəti)
vasitəsilə həyata keçirilə bilər.
Təsərrüfat tiplərindən biri də, mərkəzləşdirilmiş qay-
dada idarə olunan planlı iqtisadiyyatdır.
Planlı iqtisadiyyatın əsasını istehsal vasitələri üzərin-
də dövlət mülkiyyəti (kolxoz-kooperativ mülkiyyəti) təşkil
etmişdi. Bu təsərrüfat formasında əmtəə istehsalı və bazar
əlaqələri saxlanılır. Lakin bütün bunlar dövlətin sərt nəza-
rəti altında olur və dövlət cəmiyyətin təsərrüfat həyatının
102
bütün sahələrinin fəaliyyətinə qarışır. Ona görə də bu cür
iqtisadiyyatın idarə olunması inzibati - amirlik qaydaları
kimi səciyyələndirilir.
Bu tip ictimai təsərrüfatda iki model fəaliyyət göstə-
rir:
Dostları ilə paylaş: |