97
arasında müəyyən nisbi uyğunluq olur. Lakin eyni zaman-
da istehsal münasibətləri ilə məhsuldar qüvvələr arasında
ziddiyyətlərin yaranması da təbiidir. Bu ziddiyyətlər dinc
yollar və üsullarla öz həllini tapmadıqda, cəmiyyətdə so-
sial narazılıqlar, inqilablar baş verə bilər.
ç)
Cəmiyyətin inkişafının və təsərrüfat həyatının
tədricən dəyişərək, daha mütərəqqi, səmərəli, insanlar
üçün, onların tələbatlarının dolğun ödənilməsi məqsədilə
yeni formalarda (tiplərdə) davam etdirilməsi bir sıra sə-
bəblərlə bağlıdır.
^-—I—
İlk səbəb kimi əmək kooperasiyasını göstərmək la-
zımdır. Əmək kooperasiyası - insanların əmək fəaliyyə-
tinin birləşməsi formasıdır. Başqa sözlə, bir çox adamın
(şəxsin) birləşərək eyni növ məhsul istehsal etməsi, yaxud
müəyyən bir işi görməsi əmək kooperasiyası adlanır.
Əməyin kooperasiya şəklində (formasında) birləşməsi
özünü ibtidai insanların ovçuluq, balıqçılıqla birgə məşğul
olmalarında göstərmişdi. Sonrakı dövrlərdə Misir pirami-
dalarının (ehramlarının) inşa olunmasında, Şərqdə suvar-
ma sistemlərinin yaradılmasında, Qərbdə iri binaların ti-
kilməsində, Çin səddinin yaradılmasında, Cənubi Amerika
və Meksika ərazisində tarixi Maya mədəniyyəti abidələ-
rinin nümunəsində əmək kooperasiyasına rast gəlirik.
İstehsalda əməyin birgə fəaliyyət formasının başqa
bir növü (tipi) əmək bölgüsüdür. Əmək bölgüsü anlayışı,
iqtisadi kateqoriya kimi təbii və ictimai əmək bölgüsünə
ayrılır.
Dostları ilə paylaş: