103
digər işgüzar biznes adamları birgə fəaliyyət göstərirlər.
Bunu, keçmiş Sovet İttifaqı dağıldıqdan sonra, ya-
ranmış müstəqil dövlətlərin iqtisadiyyatı timsalında daha
aydın görmək olar. Məsələn, Rusiya kimi böyük bir ölkə-
də son illərdə böyük dəyişikliklər baş verərək, mülkiyyətin
65-70%-i xüsusi mülkiyyətçilərin əlinə keçmişdir.
Son məlumatlara görə Azərbaycan Respublikasında
ÜDM-un 82% özəl bölmənin payına düşür. Respublikada
sənaye məhsulunun 33-35%, kənd təsərrüfatı məhsulla-
rının isə 95-98%-i özəl bölmənin payına düşür. Hazırda
respublikanın iqtisadiyyatında
dövlət bölməsi, xüsusi sa-
hibkarlar, şərikli müəssisələr, xarici
investorlar fəaliyyət
göstərməkdədirlər.
Bəzən belə fikirlər irəli sürülür ki, dövlət iqtisadiy-
yatın işinə qarışmamalı və təsərrüfat məsələləri ilə məşğul
olmamalıdır. Lakin
dünya təcrübəsi göstərir ki,
dövlətin
müəyyən hüdudlar çərçivəsində ölkənin təsərrüfat həyatın-
da iştirakı məqsədəuyğundur. Çünki, ölkənin və milli iqti-
sadiyyatın elə problemləri, sahələri vardır ki, dövlətin
həmin işdə iştirakı, habelə tənzimləyici fəaliyyəti, ölkənin
milli maraqları, onun iqtisadi təhlükəsizliyi baxımından
məqsədəuyğundur.
Dostları ilə paylaş: