115
nəticəsi olan mülkiyyətin müxtəlif formaları, tipləri zaman
keçdikcə dövrün tələblərinə uyğun deyişir. Həm də bu
dəyişmə və yeniləşmə prosesində həlledici rolu həmişə cə-
miyyətin məhsuldar qüvvələri, yəni istehsal vasitələri, ha-
belə bunları hərəkətə gətirən insanlar oynamışdır.
Sonra,
müxtəlif cəmiyyətlərdə ayrı-ayrı qrupların,
təbəqələrin ictimai vəziyyəti, iqtisadi imkanları, onların
mülkiyyətə sahib olmaq, yaxud bu mülkiyyətin istifadəçisi
kimi rollarını, yerini müəyyənləşdirir.
Daha sonra,
hər hansı bir cəmiyyət, yaxud iqtisadi
sistemdə müəyyən bir mülkiyyət forması (xüsusi, dövlət,
bələdiyyə, qarışıq) aparıcı rol oynayıb, həlledici sayılsa
da, lakin həmin iqtisadi sistemdə digər mülkiyyət forma-
ları da fəaliyyət göstərir. Bu hal, müxtəlif cəmiyyətlərdə
özünü tarixi bir meyl kimi göstərir.
Nəhayət,
mülkiyyətin bir formasının digərinə keç-
məsi, yaxud başqasına çevirməsi (transformasiyası), həm
təkamül
(evolyusiya), həm də inqilabi (zorakılıq, revolyu-
siya) yolu ilə gedə bilər.
Mülkiyyətin tarixi tipləri kimi - icma mülkiyyətini,
quldar mülkiyyətini, feodal mülkiyyətini, kapitalist mül-
kiyyətini, ümumi (ictimai, sosialist) mülkiyyətini, dövlət
mülkiyyətini, göstərmək olar.
Tarixdə olmuş və bəziləri məhv olub getmiş bu mül-
kiyyət tiplərinin hər birinin özünəməxsus xüsusiyyətləri,
fərqləndirici cəhətləri ilə yanaşı, eyni zamanda ümumi ox-
şar tərəfləri də mövcud olmuşdur. Cəmiyyət inkişaf edib
dəyişdikcə, mülkiyyət tipləri də yeniləşməyə məruz qal-
mışdır.
Dostları ilə paylaş: