118
fondu, qeyri-yaşayış binaları, mühəndis infrastrukturu ob-
yektləri (su kəməri, kanalizasiya təsərrüfatı, istilik, elek-
trik və qaz təchizatı), habelə bir sıra təhsil, səhiyyə, isteh-
sal, xidmət, ticarət, idman təşkilatları, yaxud onların əmla-
kı bələdiyyə mülkiyyətində ola bilər.
Xüsusi mülkiyyət
.
Qədim və mürəkkəb bir təkamül
tarixinə malik olan xüsusi mülkiyyət, ictimai icma qurulu-
şunun son mərhələlərində, ictimai mülkiyyətin dağılması
meylləri ilə bağlı meydana çıxmışdır. Bütün sonrakı cə-
miyyətlərin tarixi, xüsusi mülkiyyət münasibətlərinin
müxtəlif məzmun və mahiyyət etibarilə inkişaf dövrləri ol-
muşdur.
Təsadüfi deyildir ki, filosoflar və iqtisadçılar
əmlak, mülkiyyət, əşya üzərində sahibliyi, yaxud «bu
mənimdir» hüququnu insan azadlığı və sərbəstliyinin ilkin
zəruri şərti kimi qiymətləndirmişlər.
Xüsusi mülkiyyətə cəhətdən yanaşmaq olar: a) şəxsi
əmək, yaxud ailə üzvlərinin əməyi
ilə fəaliyyət göstərən
istehsal və xidmət obyektləri; b) başqalarının əməyinin
haqqı ödənilməklə (muzdlu əməyə əsaslanmaqla) fəaliyyət
göstərən müəssisələr.
Yüksək inkişaf etmiş və
inkişaf etməkdə olan ölkə-
lərdə təsərrüfat həyatında xüsusi mülkiyyət həlledici rol
oynayır. Postsovet və postsosialist ölkələrində xüsusi,
mülkiyyət formalaşmaqda, habelə
fəaliyyət dairəsini ge-
nişləndirməkdədir.
Dostları ilə paylaş: