Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin


II. Qeyri-bazar iqtisadi sistemi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə57/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   160
Mikroiqtisadiyyat (1)

II. Qeyri-bazar iqtisadi sistemi. 
1.
 
 
Ənənəvi iqtisadi sistem forması. 
Bu sistemin mahiyyəti, onun milli adət və ənənələrə 
əsaslanmasında, habelə dini etiqadlara, etik normalara 
söykənərək, iqtisadiyyatı inkişaf etdirməsindədir. Bu sis-
temdə cəmiyyətin bütün həlledici iqtisadi problemləri əsr-
lər boyu davam etmiş tayfa və «dədə-baba» qaydaları ilə 
həll edilir. Təsərrüfat həyatının idarə olunması başçı və 
rəhbərliyin idarəsi ilə reallaşdırılır. 
Doğrudur, bu sistem şəraitində müasir sivilizasiyanın 
müəyyən nailiyyətlərindən istifadə olunur. Lakin bu təsa-
düfi və ötəri xarakter daşıyır. Bu sistemdə ölkənin iqtisa-
diyyatı yarı inkişaf etmiş vəziyyətdə olur, onun qayğıları 
vərəsəlik prinsiplərinə tabe edilir, resursların və gəlirlərin 
bölgüsü isə adət, habelə ənənələrə uyğun aparılır. 
Ənənəvi iqtisadi sistem ölkənin təbii sərvətlərindən, 


110 
məsələn Ərəb ölkələrində zəngin neft yataqlarından səmə-
rəli istifadə olunmasına, neft ixracından əldə edilən və-
saitin düzgün yerləşdirilməsinə, habelə onun yaratdığı im-
kanlardan səmərəli faydalanmağa mane olur. Eyni zaman-
da milli ənənələrə əsaslanan bu iqtisadiyyat ölkənin təsər-
rüfat həyatını kofe, çay, banan, pambıq kimi bir məhsul 
üzərində qurmağa yönəldərək, monokulturizm, yəni bir 
məhsul üzərində ixtisaslaşmaya şərait yaradır.
Bu gün də Asiya, Afrika, Cənub Amerikanın bir sıra 
ölkələrində, uzaq adalarda məhz bu cür, yaxud ona yaxın 
iqtisadi sistemin ünsürləri hökm sürür. Təbii sərvətlərin 
zənginliyinə baxmayaraq, ənənəvi sistemin mövcud olduğu 
yerlərdə əhalinin iqtisadi-sosial vəziyyəti xeyli aşağıdır. 
2. İnzibati-amirlik sistemi forması (tipi). 
 
Bu sistem keçmiş Sovet İttifaqında, Şərqi Avropa so-
sialist ölkələrində, hazırda isə qismən Çin, Şimali Koreya 
və Kuba Respublikasında olmuş, habelə vardır. Azərbay-
can Respublikası da 70 il müddətində obyektiv səbəblər 
üzündən inzibati-amirlik sistemi daxilində yaşamışdır. 
Bu iqtisadi sistem sözdə hamının bərabərliyi və əha-
linin rifahım yüksəltməyi özünün ən əsas məqsədi, praktik 
vəzifəsi elan etsə də, əslində öz gündəlik fəaliyyəti, siya-
səti, ideologiyası ilə işdə həmin prinsipləri pozmuşdur. 
İnzibati-amirlik sisteminin səciyyəvi xüsusiyyətləri 
aşağıdakılardır: 
- cəmiyyətin bütün sərvəti ictimai mülkiyyət adı al-
tında dövlətin sərt nəzarəti sayəsində mərkəzləşdirilərək, 
planlı surətdə və inzibati-amirlik üsulları ilə (əmrlə, direk-
tivlərlə, göstərişlərlə) idarə olunmuşdu;
- ölkənin iqtisadi resursları dövlətin nəzarəti altında 
olduğundan, istehsalçıların müstəqilliyi məhdudlaşdırıla-


111 
raq yox dərəcəsinə endirilmiş, iqtisadiyyatın idarəetmə 
mexanizminin əsasını mərkəzləşdirilmiş planlaşdırma təş-
kil etmişdi; 
-
cəmiyyətdə yaradılmış nemətlər və məhsulların ölkə-
nin regional (bölgə), habelə yerli (milli) xüsusiyyətləri nə-
zərə alınmadan bölgüsü mexaniki surətdə həyata keçi-
rilmişdi; 
- əhalinin iqtisadi fəallıq və təşəbbüskarlığı boğul-
muşdu; 
- iqtisadi resursların istifadəsi ideoloji prinsiplərə 
tabe edilərək, hərbi-sənaye kompleksinin tələblərinə yö-
nəldilmişdi. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin