Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin


Müxtəlif mülkiyyət formaları



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə55/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   160
Mikroiqtisadiyyat (1)

Müxtəlif mülkiyyət formaları.
İqtisadi sistem da-
xilində mülkiyyətin müxtəlif formalarının (dövlət, xüsusi, 
bələdiyyə) mövcudluğu, təsərrüfat həyatının ayrı-ayrı sa-
hələrində onun uyğun variantlardan konkret şəraitlə bağlı 
daha səmərəli istifadəsini təmin etməlidir. 
-
Kapitalın müxtəlif formaları və ünsürləri.
Maddi 
nemətlər istehsalı və xidmətlər göstərilməsi üçün yığılmış 
istehsal vasitələri ehtiyatı olan kapitalın müxtəlif formala-
rından (investisiya, maliyyə resursları, pul) bacarıqla istifa-
də olunması, iqtisadi sistemin səciyyəvi cəhətlərindəndir. 

Sahibkarlıq qabiliyyəti və idarəetmə məharəti.
Cəmiyyət tarixinin müxtəlif mərhələlərində, xüsusilə ba-
zar iqtisadiyyatı şəraitində bu şərtlər, iqtisadi sistemin 
uğurlu fəaliyyətində böyük rol oynayır. 
c)
Tarix boyu dünyanın ayrı-ayrı ölkələrində, dövlət-
lərində müxtəlif iqtisadi sistemlər meydana çıxmış, for-
malaşaraq inkişaf etmiş, özünün yüksəliş zirvəsinə çatmış, 
nəhayət bütün daxili imkanlarını itirərək, sıradan çıxıb 
getmişlər. 


107 
İqtisadi nəzəriyyə elmi, indiyədək bəşər cəmiyyəti 
tarixində olmuş aşağıdakı iqtisadi sistemləri və onların 
formalarını, variantlarını öyrənir. Bəzən iqtisadi ədəbiy-
yatlarda iqtisadi sistemlərin tipləri və modelləri anlayışı 
işlədilir. İqtisadi sistemləri 2 qrupa ayırmaq olar. Bunlar-
dan 
birincisi, bazar iqtisadi sistem olub, özündə bu sis-
temin sərbəst bazar (rəqabət bazarı) və müasir bazar 
iqtisadiyyatı kimi formalarını, tiplərini birləşdirir. 
İkincisi, isə, qeyri-bazar iqtisadi sistemi adlanıb, özün-
də ənənəvi və əmrlə idarə olunan planlı inzibati-amir-
lik iqtisadi sistemlərini birləşdirir. 
Bunlardan törəmə bir forma kimi qarışıq iqtisadi sis-
temi göstərmək olar. 
Təbiidir ki, hər hansı bir ölkənin iqtisadi resursları və 
ictimai-siyasi vəziyyətdən asılı olaraq, yuxarıda göstərilən 
iqtisadi sistemlərin müəyyən fərqlərə malik modelləri, 
variantları ola bilər, habelə mümkündür. 
İqtisadi sistemin formaları (tipləri) və müxtəlif ölkə-
lərin təsərrüfat həyatı təcrübəsində fəaliyyətdə olan mo-
delləri (variantları) kimi aşağıdakıları göstərmək olar: 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin