Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin


T.Veblen, C.Helbreyt, R.Kouz



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə40/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   160
Mikroiqtisadiyyat (1)

T.Veblen, C.Helbreyt, R.Kouz, 
Y.Tinbergen
kimi görkəmli nümayəndələri olmuşdur. 
Onlar cəmiyyətin sırf iqtisadi problemləri ilə yanaşı onun 
sosioloji münasibətlərini də hərtərəfli öyrənməyi zəruri 
hesab etmişlər.
 
Bu istiqamətin tərəfdarları iqtisadi nəzəriyyənin 
(economicsin)
 
predmetinə siyasi və texniki amilləri də 
daxil etmiş, təsərrüfat subyektlərinin ayrı-ayrılıqda fərdi 
fəaliyyətlərini deyil, kollektiv institutların (dövlətin, həm-
karlar təşkilatlarının, iri korporasiyaların, inhisarların) işi-
nin təhlil olunmasını irəli sürmüşlər. Onların fikrincə, 
müasir mərhələdə cəmiyyətin təsərrüfat həyatında sərbəst 
bazar rəqabətinin yerini iri inhisar birliklərinin və trans-
milli korporasiyaların (TMK) tutduğu bir şəraitdə, ölkənin 
təkcə iqtisadi problemləri ilə məşğul olmaqla ciddi səmə-
rəli nəticələr əldə etmək, mümkün deyildir. Deməli cəmiy-
yətin problemlərinə kompleksli yanaşılmalı, onun 
siyasi, 
mənəvi, sosial, təşkilati 
problemləri iqtisadi məsələlərlə 


76 
qarşılıqlı əlaqə müstəvisində, birlikdə həll edilməlidir. Bu 
istiqamətə mənsub iqtisadçılar kapitalizmin təkamül yolu 
ilə tədricən təkmilləşməsi, yaxud “xalq kapitalizmi” kon-
sepsiyası əsasında cəmiyyətin postsənaye daha sonra isə 
informasiya, texnotron inkişaf mərhələləri keçəcəyi ideya-
sını irəli sürərək, müdafiə etmişlər. 
İnstitusionalizmin meydana çıxıb formalaşması XIX 
əsrin axırı və XX əsrin başlanğıcında, sərbəst rəqabətə 
əsaslanan bazar iqtisadiyyatının (kapitalizmin) öz inkişafı-
nın daha yüksək, inhisarçı mərhələsinə keçməsilə olmuş-
dur. Həmin mərhələdə baş verən proseslər və qarşıya çı-
xan iqtisadi-sosial problemlər, cəmiyyətdə yaranmış yeni 
qüvvələr nisbəti baxımından, bir sıra məsələlərin elmi-nə-
zəri cəhətdən dərk edilərək, ümumiləşdirilməsini irəli sü-
rürdü. 
Mürəkkəb və ziddiyyətli bir iqtisadi nəzəriyyə istiqa-
məti olan institusionalizm nümayəndələrinin vahid ümumi 
mövqeləri olmamışdır. Lakin qeyd etmək lazımdır ki, öl-
kənin iqtisadiyyatına dövlət tərəfindən nəzarət olunub, 
onun tənzimlənməsi məsələsində, bu nəzəri istiqamətin 
tərəfdarları eyni fikirdə olmuşlar. Digər ümumi oxşar cə-
hət isə, bu iqtisadi istiqamət nümayəndələrinin yaşadıqları 
bazar iqtisadiyyatı münasibətlərinin hakim olduğu cəmiy-
yəti ciddi tənqid etmələridir. 
Mütəxəssislər qeyd edirlər ki, institusionalizm iqtisadi 
nəzəriyyənin əhəmiyyətli dərəcədə yenidən qurulması 
mərhələsinin başlanğıcı və ondan yeni tarixi şəraitə (azad 
rəqabətin məhdudlaşması, inhisarların hökmranlığı, dövlətin 
rolunun güclənməsi) uyğunlaşmasının əsasını qoymuşdur. 
Bu istiqamətin sosial-psixoloji cərəyanının banisi sa-
yılan T.Veblen, bazar iqtisadiyyatı inkişafının inhisarçı 


77 
mərhələsində liberalizmin və neoliberalizmin (bazar sər-
bəstliyi tərəfdarlarının) əsassızlığını sübut edən, habelə 
ölkənin təsərrüfat həyatı üzərində sosial (dövlət, ictimai, 
qeyri-dövlət) nəzarətin zəruriliyini əsaslandıran ilk iqti-
sadçılardan biri olmuşdur. O, iqtisadi nəzəriyyə və təlim-
lər tarixində yeni bir metodoloji üsulun - texniki determi-
nizmin (qarşılıqlı səbəb-nəticə əlaqəsinin, sosial-texniki 
amillərin bir-birinə təsirinin) əsasını qoymuşdur. 
T.Veblen «Avara sinfin nəzəriyyəsi» və «Təsərrüfat 
və cəmiyyət» adlı əsərlərində yaşadığı cəmiyyəti, həmin 
mühitin iqtisadi-sosial nöqsanlarını kəskin tənqid etmişdir. 
Müəllifin fikrincə, cəmiyyətdə iqtisadi nəzəriyə ilə 
onun sərt reallığı arasında çox böyük bir uçurum vardır. 
İqtisadi nəzəriyyə cəmiyyətdə ahəngdarlıq, tarazlılıq prin-
siplərinə əsaslandığı halda, cəmiyyətdə fasiləsiz təkamül 
istiqamətində yaşamaq uğrunda amansız mübarizə get-
məkdədir. Gündəlik həyat tələbatları üçün zəruri olan 
müxtəlif təyinatlı məhsulların faydalılığı ilə həmin nemət-
lərin əldə olunması çətinlikləri arasında çırpman iqtisadi 
insan (homo economicus) modeli T.Veblenin tədqiqatla-
rına görə artıq köhnəlmişdir. Çünki, əslində cəmiyyətdə 
insanların fəaliyyəti və davranış qaydaları bir çox amillər-
lə bağlıdır. İnsanın anadangəlmə, irsi genləri ilə bağlı xü-
susiyyətlərilə yanaşı, onun davranış və rəftarına yaşadığı 
mühitin ənənələri, əxlaq normaları, habelə özünütəsdiq, 
nüfuz amilləri də güclü təsir göstərir. 
Ona görə də, cəmiyyətdə baş verən iqtisadi proses-
ləri öyrənib təhlil edərkən həm ənənələri, mentalitetlə 
bağlı cəhətləri, həm də mövcud qayda-qanunları, müxtəlif 
təşkilatların, idarələrin, orqanların müvafiq qanunlar əsa-
sında fəaliyyətini hökmən nəzərə almaq lazımdır. T.Veb-


78 
len tərəfindən bu amillərin birinci qismi - «institutsiya», 
ikinci qismi isə - «institut» kimi səciyyələndirilmişdir. 
«İnstitut» dedikdə, T.Veblen dövləti, ailəni, mənəvi, hüqu-
qi normaları nəzərdə tutmuşdu. 
O, yazırdı ki, artıq elə bir vaxt gəlib çatmışdır ki, 
iqtisad elmi ayrı-ayrı təsərrüfat subyektlərinin deyil, siyasi 
Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin