Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə38/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   160
Mikroiqtisadiyyat (1)

investisiyalar- is-
tehlak - milli gəlir
arasındakı qarşılıqlı təsir əlaqəsi xətti, 
multiplikator 
mexanizmi vasitəsilə aydınlaşdırılmışdır. 
Latıncadan tərcüməsi sürətləndirmək, artırmaq mənasını 
verən bu termin, iqtisadiyyata tətbiq edildikdə investisiya-
ların gəlirlərin yüksəlməsinə təsiri nəticəsində məcmu tə-
ləbin cəmiyyət miqyasında artdığını göstərir. Səmərəli 
tələb isə ödəniş (tədiyyə) qabiliyyətli məcmu tələb kimi 
mövcud məşğulluğun səviyyəsini ötdüyündən, onu iki 
amil, yəni 
istehlak 

 investisiyalar
şərtləndirir. 
Multiplikator anlayışı, iqtisadi böhranları və işsizli-
yin səviyyəsini aşağı salmaq üçün dövlət xərclərini artır-
mağı, nəzəri baxımdan əsaslandırırdı. Keyns bu göstərici-
dən iqtisadiyyata dövlət təsirinin zəruri olduğunu göstər-
mək üçün istifadə etmişdi. 
Başqa sözlə desək, multiplikator - gəlirin artımının 
investisiyaların artımına olan nisbətini ifadə edir və o, in-
vestisiya qoyuluşlarının hər yeni artımı nəticəsində gəlirin 
çoxalmasını təmin edir. Keynsin bu müddəasından aydın 
olur ki, hər bir artım, cəmiyyətdə milli gəlirin artımını tə-
min edən məşğulluğu yüksəldir. Ölkənin mühüm iqtisadi 
göstəricisi sayılan milli gəlirin artması isə öz növbəsində 
yeni əlavə kapital qoyuluşları üçün başlanğıc şərt rolunu 
oynayır. 


74 
Keynsin davamçıları, yaxud neokeynsçiliyin A.Han-
sen, R.Xarrod, E.Domar, C.Xiks, P.Samuelson, C.Robin-
son kimi nümayəndələri, bu nəzəriyyəni təkmilləşdirərək
daha da inkişaf etdirmiş, habelə onu yeni yaranmış «iqti-
sadi dinamika» nöqteyi-nəzərdən işləyib hazırlamışlar. 
Həmin müəlliflər ilk növbədə diqqətlərini təsərrüfat 
həyatının ən aktual problemləri sayılan - 
iqtisadi tsikl və 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin