Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin


faydalılıq həddi (əmsalı)



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə35/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   160
Mikroiqtisadiyyat (1)

faydalılıq həddi (əmsalı) 
konkret istehlakın həcmi (miqdarı) ilə tərs mütənasib-
dir.
Belə ki, ac adam dalbadal 3 pay dönər yeyirsə və hər 
bir sonrakı dönər ona doymaq baxımından əlavə fayda 
gətirsə də, lakin təbiidir ki, həmin faydalılıq səviyyəsi istər 
mütləq, istərsə nisbi mənada, xeyli aşağı olacaqdır. 
Marjinalizm nəzəriyyəsi, hər növbəti sonrakı məhsul 
vahidinin istehlakından alınmış əlavə faydanı – 
faydalılıq 
həddi
kimi səciyyələndirərək, qiymətin məhz bu amil əsa-
sında müəyyənləşdiyini qəbul edir. Deməli, marjinalist 
mövqe əmtəə - xidmətlərin qiymətinin, həmin şeylərin ən 
zəruri tələbatı ödəyən sonuncu vahidinin (miqdarının, 
kəmiyyətinin, həmçinin) faydalılığı ilə ölçüldüyünü nəzər-
də tutur.
Bu nəzəriyyənin daha da inkişafında A.Kurno, H.Tyu-
nen, C.Klark kimi tanınmış iqtisadçı və riyaziyyatçılar 
mühüm rol oynasalar da, bütövlükdə marjinalizm nəzəriy-
yəsinin ayrı-ayrı məktəblərinin müxtəlif ideyalarını neo-
klassik istiqamət adı altında birləşdirən, “bütün dövrlərin 
və xalqların” iqtisadçılarından biri sayılan Alfred Marşall 
(1842-1924) olmuşdur. 
Onun 1890-cı ildə nəşr olunmuş “İqtisad elminin 
prinsipləri (Economics)” kitabı müəllifi məşhurlaşdırmış-
dır. Bu əsərdə klassik iqtisadi nəzəriyyə ilə marjinalizmin 
yeni ideyaları üzvü surətdə birləşdirilmişdir. XIX əsrin 
sonu XX əsrin əvvəllərində dünya kapitalizm aləminin tə-
sərrüfat həyatında baş verən dəyişiklikləri klassik və 
marksist iqtisadi nəzəriyyə məktəblərinin ideyaları baxı-


69 
mından təhlil etmək imkanları məhdudlaşdığından, bu 
mürəkkəb proseslər yeni yanaşma metodları tələb edirdi. 
Cəmiyyətin iqtisadiyyatındakı dəyişkən və ziddiyyətli 
hadisələri təkcə klassik, habelə marksist məktəblərin əmək 
dəyər konsepsiyası mövqeyindən deyil, həm də subyektiv- 
psixoloji prinsiplərə əsaslanan faydalılıq baxımından təhlil 
etmək zəruriliyi irəli sürülmüşdü. 
A.Marşall, klassik və marksist məktəblərin “siyasi 
iqtisad” terminini “iqtisad (ekonomiks) termini ilə əvəz 
edərək, siyasi və sinfi problemləri iqtisadi nəzəriyyənin 
predmetindən çıxarmış, iqtisadiyyata dövlət müdaxiləsinin 
məhdudlaşdırılmasını əsaslandırmış, iqtisadi problemlərin 
mikroiqtisadi və makroiqtisadi səviyyələrdə öyrənilməsinin 
zəruriliyini göstərmiş, bu istiqamətdə qrafik və riyazi vasi-
tələrdən istifadə olunmasına diqqəti cəlb etmişdir. Onun 
nəzəri irsində 
qiymət
problemi mərkəzi yer tutmuşdur. Bu 
konsepsiyanın hazırlanmasında əvvəlki dəyər nəzəriyyələ-
rindən yaradıcılıqla istifadə edən müəllif, həmin ideyaların 
qarşılıqlı əlaqəsi yolunu seçmişdir. A.Marşallın qiymət 
konsepsiyasında ayrı-ayrı iqtisadi məktəblərə məxsus 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin