Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə31/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   160
Mikroiqtisadiyyat (1)

Qrafik təsvirlər metodu.
 
İqtisadi, hadisə və pro-
sesləri daha yaxşı qavrayıb təsəvvür etmək üçün müxtəlif 
cədvəl, diaqram, sxem, əyri və şəkillərdən istifadə olunur. 
Məsələn, tələblə təklifin dəyişməsini, əmək haqqı ilə əha-
linin iqtisadi-sosial vəziyyətinin asılılığını, inflyasiya pro-
sesləri ilə əhalinin məşğulluğu arasındakı əlaqəni, ümumi 
daxili məhsulun (ÜDM) artım dinamikasını qrafik üsul-
larla aydınlaşdırmaq mümkündür. 
Riyazi modelləşdirmə metodu.
 
Bu metod iqtisadi 
prosesləri riyazi düsturlar, tənliklər, qeyri-bərabər kəmiy-
yətlər vasitəsilə ifadə etməyə imkan verir. Məsələn, hər 
hansı bir ölkədə tədavüldə nə qədər pulun lazım olduğunu, 
torpaq sahəsinin qiymətini, həyat səviyyəsi indeksini, 
xarici ticarət əlaqələrinin səmərəliliyini məhz bu metodla 
hesablayırlar. Riyazi modelləşdirmə metodu ilə aparılan 
hesablamalar, iqtisadi prosesləri sadəcə qeydə almaqla 
kifayətlənməyib, eyni zamanda həmin hadisələrin özünə-
məxsus xüsusiyyətlərini, habelə gələcək inkişaf meyllərini 
müəyyənləşdirməyə imkan verir. Həmin metod vasitəsilə 
iqtisadi modellər yaradılır. 
Cəmiyyətdə baş verən mürəkkəb və çoxcəhətli iqti-
sadi proseslərin aydınlaşdırılaraq təhlil olunmasında, ha-
belə perspektiv təsərrüfat həyatı məsələlərinin həllində 
mühüm vasitə olan iqtisadi metodlar, konkret şəraitə görə 
tətbiq olunduqda, habelə bir-biriylə əlaqəli öyrənildikdə, 
şübhəsiz daha faydalı nəticələr əldə edilir. 
Qlobal və milli iqtisadiyyat çərçivəsində baş verən 
ziddiyyətli proseslərin müxtəlif metodlar vasitəsilə öyrə-


62 
nilməsi iqtisadi nəzəriyyənin 
metodologiyası
adlanır. De-
məli iqtisadi nəzəriyyənin metodologiyası - təsərrüfat hə-
yatındakı hadisələri tədqiq edən metodlar haqqında elm-
dir. Metodologiya iqtisadi proseslərin öyrənilib dərk edil-
məsinə ümumi mövqe, yaxud vahid fəlsəfi yanaşma zə-
mini ilə səciyyələnir. 
İqtisadi nəzəriyyənin ümumi metodologiyasında bir 
neçə əsas yanaşmanı, o cümlədən: subyektiv (idealist), po-
zitiv-empirik (neopozitiv empirik və skeptizm), rasional, 
dialektik (materialist) baxışları göstərmək olar. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin