56
lərdə səylər göstərilmişdir. Xüsusilə, XVII-XVIII əsrdən
başlayaraq iqtisad elminin müstəqil bir sahə kimi forma-
laşması prosesi, alim və mütəxəssislərin bu məsələyə diq-
qətini xeyli artırmışdır.
İqtisadi nəzəriyyənin predmetinə dair A.Smit və
D.Rikardo, marksistlər, keynsçilər,
habelə digərləri müx-
təlif fikirlər söyləmişlər. İqtisad elminin klassiklərinin
mövqeyinə görə iqtisadi nəzəriyyə cəmiyyətin iqtisadi mü-
nasibətlərini və onların inkişaf qanunauyğunluqlarını öy-
rənən elmdir.
Marksistlərin fikrincə, iqtisadi nəzəriyyənin predme-
tini «bəşər cəmiyyətinin maddi həyat nemətlərinin istehsal
və mübadiləsini idarə edən qanunlar haqqında elm» kimi
səciyyələndirmək lazımdır.
İngilis iqtisadçısı A.Marşall iqtisadi nəzəriyyənin
predmetini «insan cəmiyyətinin normal həyat fəaliyyətinin
öyrənilməsi»ndə görmüşdür.
Amerika iqtisadçısı L.Robbinson göstərir ki, iqtisadi
nəzəriyyənin predmetinə «məhdud vasitələr şəraitində in-
sanların qarşıya qoyduqları iqtisadi məqsədlərinə çatmaq
səyləri» daxildir.
Nobel mükafatı laureatı P.Samuelson «Economics»
dərsliyində qeyd edir ki, iqtisadi həyatda başlıca
məsələ
«nə istehsal etmək, nə qədər istehsal etmək, kimin üçün və
hansı vasitələrlə istehsal etməkdən ibarətdir». Deməli, iq-
tisadi nəzəriyyənin predmetinə «məhdud resurslardan se-
çib istifadə etmək, istehsal olunan məhsulları cəmiyyət
üzvləri arasında bölmək və alıcıların istehlakını öyrən-
mək» daxildir.
K.Makkonnell və S.Bryu (ABŞ) iqtisadi nəzəriyyə-
nin predmetini belə müəyyənləşdirirlər: bu elm «insanın
57
maddi tələbatlarının ən yüksək səviyyədə ödənilməsi məq-
sədi ilə məhdud istehsal ehtiyatlarından
səmərəli istifadə
olunması, yaxud onların idarə edilməsi problemlərini təd-
qiq edir». Həmin müəlliflər eyni zamanda yazırlar ki, iqti-
sad elmi «məhdud ehtiyatlar şəraitində maddi nemətlərin
və xidmətlərin istehsal, bölgüsü və istehlakı prosesində
insanların davranışının (münasibətlərinin) təhlilidir».
Türk iqtisadçısı Orxan Oğuz «Ümumi iqtisadi nəzə-
riyyə» kitabında yazır: «İqtisad elminin mövzusu (pred-
meti) insanların iqtisadi fəaliyyətidir».
«İqtisadi nəzəriyyə» dərsliyinin müəllifləri qeyd
edirlər ki, bu elm «bütövlükdə iqtisadiyyatın inkişafının
başlıca qanunauyğunluqlarını
və prinsiplərini müəyyən-
ləşdirir».
Ümumiləşdirilmiş şəkildə iqtisadi nəzəriyyənin (eco-
nomicsin) predmetinə belə tərif vermək olar: iqtisadi nəzə-
riyyə müəyyən dövr ərzində, konkret tarixi şəraitdə, iqtisa-
di resursların məhdudluğu və cəmiyyətin tələblərinin son-
suzluğu reallığında daha yüksək mənfəət əldə etmək məq-
sədilə insan fəaliyyətinin elmi təhlilidir.
İqtisadi nəzəriyyə elminin tədqiq edib ümumiləş-
dirdiyi qanunauyğunluq və prinsiplərdən faydalanan kon-
kret iqtisad elmləri istehsala, habelə xidmət dairəsinə öz
təkliflərini, məsləhətlərini, tövsiyələrini verə bilirlər.
b)
Hər bir elm öz predmetini və əhatə etdiyi müxtəlif
problemlər dairəsini müəyyən metodların vasitəsilə tədqiq
edib, hərtərəfli öyrənir. İqtisadi nəzəriyyə elmi də
cəmiyyət həyatında və insanların iqtisadi münasibətlərində
baş verən prosesləri aydınlaşdırıb izah etmək üçün bir sıra
metodlardan istifadə edir.
Elmin predmeti ilə onun metodları arasında üzvi bir
58
əlaqə, qarşılıqlı təsir və daxili vəhdət vardır. Belə ki, əgər
elmin
predmeti onun məzmunu, problemləri, əhatə etdiyi
məsələlər haqqında bizə məlumat verirsə, elmin metodu
həmin araşdırmaların dərk olunması yollarını, vasitələrini,
üsullarını göstərir.
«Metod» anlayışı, yunanca «methodos» sözündən
götürülmüşdür və axtarış, tədqiqat yolu mənasını verir. Bu
baxımdan metod, iqtisad elminin
müxtəlif məsələlərinin
öyrənilməsinin açarıdır. Təsadüfi deyildir ki, məşhur ingi-
lis alimi F.Bekon metodu - tədqiqat yolunu işıqlandıran
fanara bənzətmişdi.
Bir sıra başqa elmlərdən fərqli olaraq, iqtisadi nəzə-
riyyə elminin predmetinin xüsusiyyəti elədir ki, onun
problemlərini laboratoriya və texniki vasitələrlə öyrənmək
mümkün deyildir. İqtisadi nəzəriyyənin araşdırıb, təhlil
etdiyi problemləri ilk növbədə elmi-nəzəri təfəkkür tərzi
və onun əsaslandığı müəyyən metodlar vasitəsilə səmərəli
surətdə həll etmək olar.
İqtisadi nəzəriyyənin metodları aşağıdakılardır:
Dostları ilə paylaş: