Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin


Klassik siyasi iqtisad məktəbi U.Petti (1623-1687)



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə24/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   160
Mikroiqtisadiyyat (1)

Klassik siyasi iqtisad məktəbi U.Petti (1623-1687), 
A.Smit (1723-1790), D.Rikardonun
(1772-1823) adları 
ilə bağlıdır. Bu iqtisadi məktəb İngiltərədə meydana çıxıb 
formalaşmış və davamçıları tərəfindən inkişaf etdirilərək, 
Qərbi Avropa, habelə dünyanın bir sıra ölkələrində geniş 
yayılmışdır. Klassik siyasi iqtisad məktəbinin İngiltərədə 
yaranması təsadüfü deyildi, çünki XVII-XIX əsrlərdə o, 
Avropanın və dünyanın ən yüksək inkişaf etmiş sənaye 
ölkəsi sayıldığından, “dünya emalatxanası” rolunu oyna-
yırdı. XVIII əsrin ikinci yarısından başlanmış “sənaye 
çevrilişi” və bu inqilabi prosesin elm-texnika, mütərəqqi 
texnologiya, istehsalın daha mükəmməl maddi-texniki ba-
zası, ölkədə əl əməyinə əsaslanan 
manufaktura 
tipli is-
tehsaldan iri maşınlı zavod-fabrik sənaye mərhələsinə keç-
məyə imkan yaratmışdı. Şübhəsiz, belə bir yeni tarixi iqti-


43 
sadi inkişaf dövründə, ölkənin təsərrüfat həyatını bir-birin-
dən tədric olunmuş, yaxud əlaqəsiz (merkantilistlərin tica-
rəti, fiziokratların isə əkinçiliyi) tədqiq edib, öyrənmələri 
özünü doğrulda bilməzdi. Cəmiyyətdə və iqtisadiyyatda 
getdikcə güclənən meyllər, istehsalın ayrı-ayrı sahələrində 
baş verən kəmiyyət və keyfiyyət dəyişiklikləri, ölkənin 
təsərrüfat həyatını bütöv sistem, yaxud tam halında öyrən-
məyi irəli sürürdü.
Sərbəst bazar (kapitalist) iqtisadi münasibətləri sis-
teminin elmi nəzəriyyəsini formalaşdıran klassik məktəbin 
nümayəndələri, əmək - dəyər nəzəriyyəsi əsasında, insanın 
iqtisadi azadlığı, onun sərbəst surətdə öz qabiliyyətini 
reallaşdırılması, iqtisadi fəaliyyətin şəxsi maraq əsasında 
aparılması, rəqabət mübarizəsinə real şərait yaradılması 
məsələlərinə ciddi diqqət yetirmişdilər. U.Pettinin “sərvə-
tin atası əmək, anası isə torpaqdır” obrazlı sözləri, klassik 
siyasi iqtisad məktəbinin ən mühüm xidməti sayılan əmək 
dəyər nəzəriyyəsinin yığcam ifadəsidir. 
A.Smit “Xalqlar sərvətinin təbiəti və səbəbləri haq-
qında tədqiqat” (1776) əsərində insanların iqtisadi marağı, 
onların sərbəstliyi, bazarda rəqabətə geniş yol
 
verilməsi 
prinsiplərini irəli sürərək yazırdı ki, bazarı “görünməz əl” 
(tələb, təklif, qiymət, rəqabət mənasında) idarə edir. Çünki 
insan öz ətrafındakıların daimi yardımına ehtiyac duyduğu 
halda, bu yardımı yalnız onların xeyirxahlığında axtarması 
əbəsdir. A.Smitin fikrincə, bizim naharımız qəssabın və ya 
çörəkçinin xeyirxahlığından deyil, onların öz maraqlarına 
uyğun peşə-sənət məşğuliyyətləri (əmək fəaliyyətləri) ilə 
bağlıdır. Doğrudur, “hər bir fərd ictimai mənafeyi qoru-
maq niyyətində olmadığı kimi, onu nə dərəcədə güddüyü-
nü də bilmir. O yalnız öz mənfəətini düşünür və bunu 


44 
edərkən, arzulamadığı (nəzərdə tutmadığı) məqsədlərə 
doğru bazarın

gözəgörünməz əli” tərəfindən idarə olu-
nur”. Ona görə də dövlətin vəzifəsi bazarın işinə qarışmaq 
yox

onun normal təsərrüfat
 
fəaliyyəti üçün əlverişli şərait 
yaratmaq

ölkə vətəndaşlarının həyatını, azadlığını və iqti-
sadi sərbəstliyini qorumaqdır. A.Smit ölkənin sərvətinin 
və milli gəlirinin artırılmasını, istehsalda çalışmaların sayı, 
habelə onların əmək məhsuldarlığı, peşə-sənət bacarığı 
qabiliyyəti kimi iki əsas amillə əlaqələndirmişdi. 
D.Rikardonun “Siyasi iqtisadın və vergi qoyulması-
nın əsasları” (1817) əsərində A.Smitin insanların şəxsi 
maraq, fayda əldə etmək, bazarda sərbəst rəqabət haqqın-
da fikirləri daha da genişləndirilib inkişaf etdirilmişdir. O, 
iqtisadi nəzəriyyənin pul, onun tədavülü, kredit münasi-
bətləri, vergi məsələlərinə dair elmi-nəzəri, habelə konkret 
əməli fikirlər söyləmiş, beynəlxalq əmək bölgüsü və dün-
ya ticarət əlaqələrinə, xüsusilə bu münasibətlərdə A.Smi-
tin “mütləq üstünlüklər” nəzəriyyəsinin davamı kimi özü-
nün “müqayisəli üstünlüklər” konsepsiyasını işləyib hazır-
lamışdır.

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin