Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin


Tomos Mor (1478-1532) və  Tommazo Kampanellanın



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə21/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   160
Mikroiqtisadiyyat (1)

Tomos Mor
(1478-1532) və 
Tommazo Kampanellanın
adı ilə bağlıdır. Onların «Utopiya» və «Günəş şəhəri» adlı 
əsərlərində, yaşadıqları dövrün ictimai-siyasi, fəlsəfi-əxla-
qi problemləri ilə yanaşı, eyni zamanda iqtisadi görüşləri 
də əks olunmuşdur. Bu mütəfəkkirlər mövcud cəmiyyətdə 
hökm sürən və getdikcə artan bərabərsizlik meyllərini, 
onun kəskinləşən ziddiyyətlərini dərk edərək, həmin icti-
mai fəlakətlərin səbəbləri haqqında öz düşüncələrini, nə-
zəri baxışlarını aydın bir formada şərh etmişlər. Onların 
fikrincə, bu ədalətsizlik və haqsızlıqları aradan qaldırmaq 
üçün hökmən cəmiyyətin ictimai qaydalarını daha mü-
kəmməl təsisatlarla əvəz etmək lazımdır. 


38 
T.Mor və T.Kampanellanın əsərlərində, onların bü-
tün bəlaların başlıca səbəbi saydıqları xüsusi mülkiyyət,
təsəvvür etdikləri yeni ictimai quruluşda aradan qaldırıl-
malı idi. T.Mor yaşadığı mühitin pula pərəstiş üzərində 
qurulduğunu, ağıllı və zəhmətsevər insanların qul vəziyyə-
tinə salındığını qəzəblə tənqid edərək yazırdı ki, “öz əkin-
çiləri, kömür mədənləri fəhlələri, sadə peşə adamlarına 
qayğı göstərməyən bir cəmiyyəti ədalətli, nəcib adlandır-
maq olarmı?”. 
T.Kampanellanın təsəvvür etdiyi utopik “günəş 
dövlətinin” iqtisadi əsasını “ümumi əmlak və mülkiyyət” 
təşkil etməli idi. Həmin cəmiyyətdə bütün insanlar kənd 
təsərrüfatında çalışır, sənətkarlıqla məşğul olurlar. İnsan-
lar hər gün 6, hətta 4 saat işləyərək, yalnız özlərinə lazım 
olan miqdarda məhsul istehsal edirlər. Bu məhsullar insan-
ların tələbatına uyğun bölünür və orada uşaqların, yeniyet-
mələrin təlim-tərbiyəsi ictimai nəzarət altında aparılır. 
Utopik sosialistlərin ideyaları, şübhəsiz bütövlükdə 
bəşəriyyətin ictimai fikrinin inkişafında mühüm rol oyna-
mışdır. Lakin bu işıqlı və mütərəqqi ideyaların müəllifləri 
öz düşüncələrini həyata keçirməyin konkret yollarını gös-
tərə bilmədiklərindən, onların nəzəri fikirləri, araşdırılma-
ları utopik, yəni əlçatmaz bir arzu xarakteri daşımışdır.
b)
Dünya təsərrüfat və ictimai-siyasi həyatında XVI 
əsrin sonu və XVII əsrin əvvəlləri yeni meylləri ilə böyük 
bir tarixi dövrün başlanğıcı kimi səciyyələnir. Orta əsrlərin 
və feodalizm gerçəkliyinin ətalət, din, mövhumat pərdəsi-
nə bürünmüş sosial-iqtisadi həyatı tədricən oyanıb canlan-
mağa yönəlmiş, eyni zamanda cəmiyyətdə, habelə ətraf 
aləmdə baş verən mürəkkəb hadisələrin daha obyektiv su-
rətdə dərk olunub, qiymətləndirilməsi prosesi başlanmışdı.


39 
Böyük coğrafi kəşflər, ictimai əmək bölgüsünün də-
rinləşməsi, əmtəə-pul münasibətlərinin inkişafı, iqtisadi--
ticarət əlaqələrinin genişlənməsi, müstəmləkə sisteminin 
yaranması, ilkin kapital yığımı prosesinin sürətlənməsi, 
dünya (beynəlxalq) bazarın formalaşması, elm və texniki 
fikrin nailiyyətlərinin istehsala tədricən tətbiqi, bu yeni 
dövrün əlamətdar cəhətləri idi. Cəmiyyətin ictimai-iqtisadi 
həyatında baş verən bu kəmiyyət və keyfiyyət dəyisiklik-
ləri nəticəsində, xüsusi mülkiyyətin müxtəlif növləri geniş 
yayılmağa başlamış sərbəst sahibkarlıq fəaliyyəti üçün əl-
verişli imkanlar açılmış, daxili-xarici bazarlarda rəqabət 
mübarizəsi gündəlik təsərrüfat münasibətlərinə daxil ol-
muşdu. 
Yeni və daha mürəkkəb bir iqtisadi sistemin forma-
laşması əlamətləri, özünün ilk növbədə Qərbi Avropa öl-
kələrinin ictimai-iqtisadi həyatında göstərmişdir. Mütərəq-
qi cəhətləri ilə səciyyələnən və inkişaf etməkdə olan bu 
iqtisadi münasibətlər sistemi, onun mahiyyəti və fəaliyyə-
tini araşdırıb təhlil edən xüsusi bir elm sahəsinin formalaş-
masını irəli sürürdü. Ona görə də XVII əsrə qədər ümumi 
şəkildə müxtəlif elmlərin (fəlsəfə, tarix, politologiya, hü-
quq) daxilində inkişaf edən iqtisadi biliklər (fikirlər, ide-
yalar, təlimlər), artıq müstəqil bir elm sahəsi kimi forma-
laşmağa başladı. Sərbəst bazar (kapitalist) münasibətləri-
nin meydana çıxıb təşəkkül tapması, onun mahiyyəti, 
məqsədi, vəzifələri haqqında sistemləşdirilmiş biliklər ki-
mi iqtisadi nəzəriyyənin məhz XVI-XVII əsrlərdə yaran-
masını şərtləndirmiş və onun ilk məktəbi merkantilizm ol-
muşdur. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin