31
səviyyəsi arasındakı qarşılıqlı əlaqəni 1958-ci ildə iqtisad-
çı Artur Fillips tədqiq edərək, Fillips əyrisi adlanan qrafik
sxemdə əks etdirmişdir. Həmin sxemə görə inflyasiya art-
dıqda, işsizlik azalmağa doğru meyl edir və əksinə, inflya-
siya azaldıqda isə cəmiyyətdə iş qüvvəsinə olan tələb aşa-
ğı
düşdüyündən, əhalinin məşğulluq səviyyəsi azalır, işsiz-
lərin sayı çoxalır. Bu mənada inflyasiya və işsizlik təsərrü-
fat həyatının əks prosesləri kimi fəaliyyət göstərir.
Lakin ötən əsrin 70-ci illərindən başlayaraq dünya
ölkələrində və xüsusilə keçid mərhələsində olan dövlətlər-
də baş
verən proseslər göstərdi ki, inflyasiya ilə işsizlik
arasındakı qarşılıqlı təsir əlaqəsi nisbətən “qısamüddətli”
dövr üçün düzgün sayılsa da, lakin “uzunmüddətli” dövr
üçün özünü doğrultmur. Müxtəlif ölkələrin təsərrüfat hə-
yatında
staqflyasiya
dövrü həm inflyasiya, həm də işsizlik
hadisələrinin eyni bir vaxtda baş verməsi ilə səciyyələnir.
Deməli, Fillips əyrisi qısa müddətdə inflyasiya ilə işsizlik
arasındakı əlaqəni düzgün əks etdirdiyindən, dövlət öz iq-
tisadi
siyasətində, büdcə xərclərində, vergilərdə, bank
faizlərində, gömrük rüsumlarında
müəyyən dəyişiklər et-
məklə, həmin prosesləri tənzimləyə bilər.
Şübhəsiz, yuxarıda qeyd etdiyimiz 10 prinsipin kon-
kret şəraitdən asılı olaraq, seçilib təsərrüfat həyatında isti-
fadə olunması ilk mərhələdə müsbət nəticələr versə də,
lakin onların son səmərəliliyi birgə,
kompleksli surətdə
hərtərəfli düşünülüb tətbiq edilməsi ilə bağlıdır. Unudul-
mamalıdır ki, cəmiyyət həyatının ən mürəkkəb iqtisadi--
sosial problemlərinin təhlili və onların
optimal həlli yol-
ları, məhz bu prinsiplərə əsaslanır.
32
d)
Çoxsahəli bir quruluşa malik olan cəmiyyətin tə-
sərrüfat həyatını və inkişaf qanunauyğunluqlarını yalnız
iqtisadi nəzəriyyə deyil, eyni zamanda “xüsusi
vəzifələri,
predmetləri və məntiqi üsulları olan bir sıra müstəqil kon-
kret iqtisadi elmlər də tədqiq edib öyrənir” (K.Menger).
Həmin konkret iqtisadi elmlər ilk növbədə təcrübi
fəaliyyət üçün zəruri sayılan praktik qaydalar, işgüzar dav-
ranışlar, məsləhət xarakterli tövsiyələr hazırlayırlar. Bu
mənada bütövlükdə
iqtisad elmini şərti olaraq
Dostları ilə paylaş: