Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə18/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   160
Mikroiqtisadiyyat (1)

nəzəri və 
tətbiqi
kimi iki hissəyə bölmək mümkündür. Cəmiyyət 
həyatının mürəkkəb və ziddiyyətli iqtisadi proseslərinin 
obyektiv qanunauyğunluqlar əsasında gedişi, inkişaf meyl-
ləri, habelə gələcək perspektivləri iqtisadi nəzəriyyə tərə-
findən öyrənilir. Tətbiqi iqtisadiyyat isə konkret təsərrü-
fatçılıq fəaliyyəti ilə sıx bağlı olub, real vəziyyətin göstəri-
cilərinin hərtərəfli təhlilinə üstünlük verir. İqtisadi nəzə-
riyyənin praktik əhəmiyyəti ondadır ki, əgər “bilik irəlini 
görməyə imkan yaradırsa, qabaqgörənlik isə fəaliyyət 
üçün meydan açır” (O.Kont). 
İqtisadi nəzəriyyə ictimai (sosial) elmlərin ayrılmaz 
tərkib hissəsi olmaqla yanaşı, eyni zamanda bütöv bir iq-
tisadi elmlər kompleksinin, yəni 
sahə 
(sənaye, tikinti, nəq-
liyyat, ticarət, xidmət və sair); 
funksional
(maliyyə, kre-
dit, proqnozlaşdırma, marketinq, menecment və sair.); 
sa-
hələrarası
(statistika, ekonometrika, təsərrüfat fəaliyyəti-
nin təhlili və sair) elmlərinin də metedoloji əsasıdır. 
Aşağıdakı cədvəldə iqtisadi nəzəriyyənin başqa 
iqtisadi elmlərlə qarşılıqlı əlaqəsi verilmişdir. 


33 
İqtisadi nəzəriyyənin başqa iqtisadi elmlərlə əlaqəsi 
İqtisadi nəzəriyyənin tarix, fəlsəfə, hüquq, sosio-
logiya, politologiya, psixologiya, estetika, riyaziyyat elm-
ləri ilə də bilavasitə, yaxud dolayı yollarla əlaqələrinin 
müxtəlif aspektləri vardır. Bu qarşılıqlı təsir və zənginləş-
mə əlaqələrinə toxunan C.M.Keyns yazmışdır ki, “iqtisa-
diyyatın öyrənilməsi yüksək səviyyəli xüsusi qabiliyyətin 
olmasını tələb etməsə də, lakin çox az adam bu sahədəki 
əla biliyi ilə fərqlənə bilər. Buna səbəb, iqtisadçıda bir 
neçə qabiliyyətin nadir surətdə birləşməsi zəruriliyidir. 
İqtisadçı müəyyən qədər riyaziyyatçı, tarixçi, filosof və 
dövlət adamı olmalıdır. O, simvolları başa düşməli və öz 
fikirlərini sözlə ifadə etməyi bacarmalıdır. İqtisadçı detal-
lara ümumi cəhətdən yanaşmalı və eyni bir məsələyə həm 
abstrakt, həm də konkret tərəfdən toxunmalıdır. O, buğunu 
keçmişin işığında gələcək məqsədlər üçün öyrənməli, nə-
zərindən heç nəyi qaçırmamalıdır. İqtisadçı məqsədyönlü 
Konkret iqtisadi elmlər
Sahələrin iqtisadiyyatı. 
Müəssisələrin iqtisadiyyatı. 
Ölkələrin iqtisadiyyatı və sair.
İnformativ – 
analitik elmlər 
İqtisadi nəzəriyyə 
(mikroiqtisadiyyat, 
makroiqtisadiyyat)
İqtisadi – riyazi metod-
lar, Statistika. Təsərrü-
fat fəaliyyətinin təhlili 
Xüsusi iqtisadi qurum 
və təşkilatların iqtisa-
diyyatı 
Maliyyə, Kredit, Mar-
ketinq, Təbiətdən isti-
fadənin iqtisadiyyatı
və s.
Tarixi – iqtisadi elmlər
İqtisadi fikir tarixi.
Xalq təsərrüfatı tarixi
(iqtisadi tarix)


34 
olmalıdır və kimlərinsə əhval-ruhiyyəsinə uyğun olaraq 
dəyişməməlidir. O, əsl sənətkar kimi yüksəkdə dayanmalı, 
təmiz olmalıdır. İqtisadçı cəmiyyətin problemlərini həll et-
dikdə alim kimi hərəkət etməli, həmin məsələlərin həyata 
keçirilməsində isə siyasətçi olmalıdır”. 
Qeyd etmək zəruridir ki, dövlətin həyata keçirdiyi 
iqtisadi siyasət xətti iqtisadi nəzəriyyənin obyektiv elmi 
araşdırmalar nəticəsində gəldiyi nəticələrə əsaslanmalıdır. 
Eyni zamanda unudulmamalıdır ki, iqtisadi nəzəriyyə bü-
tün problemlərin hazır həllini vermir və real iqtisadi vəziy-
yəti dərk etmək üçün yalnız bir vasitədir. Ona görə də 
müxtəlif peşə və sənət adamlarının bu elmin əsaslarına yi-
yələnməsi, rastlaşdıqları çətin həyat məsələlərinin həllində 
düzgün seçim etməyə kömək göstərəcəkdir.
Qarşılıqlı əlaqə və təsir meyllərinə baxmayaraq, şüb-
həsiz iqtisadi nəzəriyyə (elmi yanaşma və təhlil vasitəsi) 
ilə iqtisadi siyasəti (dövlətin tədbirlər sistemi və əməli 
fəaliyyətini), şübhəsiz bir-birindən fərqləndirmək lazım-
dır. İqtisadi siyasət, cəmiyyətin iqtisadi resurslarının isteh-
salı, bölgüsü, mübadiləsi və istehlakı dairəsində dövlətin 
məqsədyönlü tədbirlər sistemi olduğundan, bu siyasət cə-
miyyətin bütün sosial qruplarının mənafelərinin nəzərə 
alınmasına yönəldilmişdir. Tarixi təcrübə təsdiq etmişdir 
ki, dövlətin həyata keçirdiyi düşünülmüş və tarazlı iqtisadi 
siyasət xətti, ictimai-iqtisadi sistemin yeniləşib kamilləş-
məsinə xidmət etdiyi kimi, həm də yol verilmiş nöqsan və 
əyintilər nəticəsində onun dağılmasına gətirib çıxara bilər. 


35 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin