Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə19/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   160
Mikroiqtisadiyyat (1)

MÖVZU 2. 
 
İQTİSADİ FİKRİN MEYDANA ÇIXMASI VƏ 
FORMALAŞMASI MƏRHƏLƏLƏRİ 
 
a)
İqtisadi fikrin və biliklərin meydana çıxması. 
b)
İqtisad elminin formalaşması və müxtəlif məktəbləri. 
c)
Azərbaycanda iqtisadi fikrin formalaşması və inkişaf 
mərhələləri. 
a)
 
İctimai elmlərin tərkib hissəsi sayılan iqtisad elmi-
nin tarixi minillikləri əhatə edərək, bəsit və ibtidai şəkildə 
olsa da, ilk ünsürləri qədim Babilistan, Misir, Çin, Hindis-
tan, Yunanıstan kimi sivilizasiya ocaqlarında meydana 
çıxmışdır. 
Qədim Hind və Çin mənbələrində, Misirin papirus 
yazılarında, şumerlərin daş və kərpic üzərində həkk olun-
muş kitabələrində, Babilistan hökmdarı Xammurapinin 
qanunlarında, Şərq və Qərb müəlliflərinin, xüsusilə də Yu-
nanıstan, Roma müdrik filosoflarının, tarixçilərinin əsərlə-
rində, natiqlərinin çıxışlarında o dövrün təsərrüfat həyatı, 
əkinçilik, sənətkarlıq peşələri, gəmiçilik, sələmçilik, tica-
rət əlaqələri haqqında bir sıra qiymətli məlumatlar öz ək-
sini tapmışdır. 
Elm tarixində iqtisadiyyat-oykonomiya anlayışı ilk 
dəfə qədim yunan filosofu 
Ksenofont
(e.ə.450-355) tərə-
findən onun “Ev təsərrüfatı”, yaxud “Ev iqtisadiyyatı” adlı 
kitabında işlədilmişdir. Sonralar yunan filosofu 
Aristotel
(e.ə.384-322) bu sözü daha geniş mənada işlədərək, şərh 
etmişdir. 
“Oykonomiya” sözü 2 hissədən ibarət olub, “oykos” 


36 
(ev təsərrüfatı) və “nomos” (qanun, qayda) söz birləşmə-
sindən əmələ gələrək, “ev təsərrüfatı qaydaları”, yaxud 
“ev təsərrüfatının idarə olunması qayda-qanunları” anla-
mını verir. Bu mənada qədim Yunanıstan iqtisadi biliklə-
rin vətəni, qədim yunan müəllifləri isə onun yaradıcıları 
sayıla bilərlər. 
IV-XVIII əsrləri əhatə etmiş orta əsrlərdə, qədim və 
antik dövrlərə nisbətən iqtisadi fikirlərin ardıcıllıqla 
inkişaf etməməsinin səbəbi, istər Şərq aləmində, istərsə də 
Qərb ölkələrində dini-mövhumat mühitinin hökm sürməsi 
olmuşdu. Doğrudur, buddizm-xristian-islam dininin mü-
qəddəs kitabları və qaydalarında ölkənin təsərrüfat həyatı, 
xüsusi mülkiyyət, ədalətli bölgü, əmək haqqı, vergilər, qə-
naət, sadə həyat tərzi, sələmçiliyin pislənməsi haqqında 
müəyyən fikirlər irəli sürülmüşdür. Lakin bu dini təlimlər-
də zülmə qarşı səbirli olmaq, cəmiyyətdəki ictimai və iqti-
sadi haqsızlıqlarla barışmaq cəhdləri, hər işi Tanrının hök-
mü ilə bağlamaq meylləri üstünlük təşkil etmişdir. 
Orta əsrlərdə ərəb mütəfəkkiri 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin